İçməli su təchizatını necə yaxşılaşdırmalı? - ARAŞDIRMA
“Azərbaycanda içməli su təchizatının yaxşılaşdırılmasına dair ayrıca Dövlət Proqramı hazırlanmayınca əhalinin, xüsusən də kənd yerlərində yaşayanları davamlı və keyfiyyətli su ilə təmin etmək mümkün olmayacaq”.
Son dövrlər əhalinin içməli su təchizatının vəziyyətinə dair müxtəlif səpgili tədqiqatlar aparan İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavinin Rövşən Ağayev bu fikirdədir. Ekspert Lent.az-a açıqlamasında deyib ki, hazırda kənd yerlərində əhalinin neçə faizinin əlçatan və təhlükəsiz su mənbəyinə çıxışı olduğuna dair konkret hesabatlar yoxdur. Ancaq pərakəndə informasiyalardan məlum olur ki, Azərbaycanda kənd əhalisinin ən yaxşı halda 1/3-nin keyfiyyətli və əlçatan içməli su mənbələrinə çıxış imkanlarına malikdir. Onun sözlərinə görə, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında kənd yerlərində su təchizatının yaxşılaşdırılması nəzərdə tutulsa da, bu tədbirlər ümumi xarakter daşıdığından bunun o qədər də ciddi nəticəsi olmur.
Rövşən Ağayev deyir ki, sovet dövründən sonrakı müddət ərzində Azərbaycanda kənd yerlərinin içməli su təchizatı probleminə heç vaxt köklü və fundamental yanaşma olmayıb. Bu sahədə görülən azsaylı tədbirlər isə pərakəndə olub: “Ümumiyyətlə, bir qayda olaraq dövlət o məsələlərə proqram vasitəsilə yanaşır ki, bu sahədə ciddi fundamental resurslara və köklü işlərin aparılmasına ehtiyac var. Fərdi qərarlar şəklində bu məsələyə yanaşmaq isə problemin həllini çətinləşdirir, resursların pərakəndəliyinə səbəb olur. Buna görə də hökumət özü proqram idarəçiliyi ilə bu tip problemləri həll etməlidir”.
Azərbaycan kəndlərinin içməli su təchizatındakı çatışmazlıqları ölkə miqyaslı problem kimi xarakterizə edən ekspert hesab edir ki, bu problemi xüsusi proqram vasitəsilə həll etmək ən doğru variantdır. Onun sözlərinə görə, əslində proqram özü bir idarəetmə vasitəsidir. Belə proqramlar isə o vaxt tətbiq olunur ki, kənd yerlərinin su təchizatında olduğu kimi, məsələlərin kökündən həllinə ehtiyac yaranır: “Bəzən deyirlər ki, dağ rayonlarında su mənbələri ilə bağlı heç bir problem yoxdur. Ancaq bir məsələni unutmamalıyıq ki, hələ su mənbəyinin olması əhalinin su ilə təmin olunması demək deyil. Ona qalsa, Aran rayonlarında da kifayət qədər yeraltı su mənbələri var. Lakin su artezianlar vasitəsilə vətəndaşlara çatdırılmırsa, hələ problem həll olunmuş sayıla bilməz. Həmçinin Aran regionu ilə müqayisədə bir çox dağ ərazilərində problem yüngüldür. Çünki bulaqlar var, amma o su insanlar üçün əlçatan mənbələrdə deyil”.
ÜST-ün suya əlçatanlıq tələbi
Yeri gəlmişkən, ayrı-ayrı ölkələrin və beynəlxalq təşkilatların içməli suyun keyfiyyəti və əlçatanlıq səviyyəsi fərqli yanaşmalarla ölçülür. Bu yanaşmalarda ümumi cəhət budur ki, insanların suya əlçatanlığı üçün optimal çıxış məsafəsi olmalıdır. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə əsasən, 1 kilometrdən artıq məsafədə yerləşən su mənbələri insanlar üçün əlçatan sayılmır. Həmçinin su mənbəyinə piyada bir dəfə gediş-gəliş 30 dəqiqədən çox vaxt apararsa, bu da əlçatan hesab olunmur. Rövşən Ağayevin fikrincə isə ən ideal əlçatanlıq odur ki, insanlar içməli su ilə mərkəzləşmiş sistemlə təmin olunsun: “Yəni mərkəzləşmiş anbarlar tikilməlidir, xüsusi paylayıcı sistem vasitəsilə ev təsərrüfatlarına paylanmalıdır”.
Ekspert sudan istifadənin sayğaclaşdırılmasını da vacib amillərdən hesab edir. Onun sözlərinə görə, son illər dünyada şirin su ehtiyatı sürətlə azalır. Bu isə içməli su ilə təmin olunmuş ev təsərrüfatlarında ciddi sayğaçlaşma aparılmasını tələb edir. Onun sözlərinə görə, bu, istehlakçıların suyu qənaətlə işlətməsi, eləcə də istifadə olunan suyun hesabatının aparılması üçün vacibdir.
Rövşən Ağayev deyir ki, hazırda su infrastrukturunun qurulması ayrı-ayrı icmaların və bələdiyyələrin görə biləcəyi işlər deyil. Onun fikrincə, bunun üçün elə böyük resurslar tələb olunur ki, burada dövlətin problemin həllində fəal iştirakı həyati əhəmiyyət daşıyır. Bu iştirak isə dövlətin su təchizatının yaxşılaşdırılmasına dair xüsusi proqram vasitəsilə ola bilər: “Belə bir proqram hər şeydən əvvəl problemi kəskinliyini görmək üçün lazımdır. Çünki belə bir proqram hazırlanarsa, hər bir rayon və rayonların içərisində kəndlər üzrə ciddi araşdırmalar aparılacaq. Nəticədə çox dəqiq şəkildə əhalinin su təminatı sahəsindəki vəziyyət daha dərindən öyrəniləcək. Həmçinin problem öyrənildikdə onun aradan qaldırılması üçün tələb olunan resursların həcmi də hesablanaraq dəqiq müəyyən ediləcək. Bu resurslar hesablandıqdan sonra isə artıq dövlətin özünün nəzarəti və bilavasitə iştirakı ilə maliyyə mənbələri müəyyənləşdiriləcək və bu prosesə start veriləcək”.
Ekspert hesab edir ki, əhalinin içməli suya əlçatanlıq səviyyəsi real qiymətləndirilərək infrastruktur yenidən qurulmalı və sonda idarəetmə yerli özünüidarə səviyyəsinə keçməlidir. Onun sözlərinə görə, dövlətin iştirakı ilə bu infrastruktur tam qurulandan sonra icmalar, yerli özünüidarə qurumları, yaxud da dövlətin adından çıxış edən təsərrüfat birlikləri istehlakçılardan yığılan ödənişlər hesabına su infrastrukturunu saxlaya biləcək: “Sadəcə bu prosesə başlamaq və infrastrukturu qurmaq ehtiyacı var. Bu infrastruktur isə dövlətin gücü və hərtərəfli işlənmiş proqram olmadan yaratmaq mümkün olmayacaq”.
“Azərsu” da təklif hazırlayıb
“Azərsu” ASC-də isə bildirirlər ki, “Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində su infrastrukturunun və əhalinin su təchizatının yaxşılaşdırılması üçün də konkret vəzifələr qoyulub. Həmçinin “2011-2013-cü illərdə regionların sosial-iqisadi inkişafına dair Dövlət Proqramı”nda kəskin su qıtlığı olan kənd və qəsəbələrdə, eləcə də sərhəd rayonlarında içməli su təchizatının yaxşılaşdırılması nəzərdə tutulur. Bu səbəbdən də su təchizatı ilə xüsusi dövlət proqramına ehtiyac yoxdur.
Səhmdar Cəmiyyətdə onu da bildirirlər ki, paytaxt Bakı ilə yanaşı “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi” çərçivəsində rayonlarda su təchizatının yenidən qurulması, yeni su xətlərinin və su anbarlarının tikintisi də Dövlət Proqramı əsasında hazırlanmış Tədbirlər Planının tərkib hissəsidir. Bundan başqa, “Azərsu” ASC respublikanın ayrı-ayrı regionlarının və kənd yerlərinin su təchizatının yaxşılaşdırılması ilə bağlı təkliflər hazırlayaraq hökumətə təqdim edib.
Rövşən Ağayev isə hesab edir ki, icra olunan dövlət proqramlarında “Azərsu”yun qarşısına qoyulan vəzifələr ümumi xarakter daşıyır. Halbuki su təchizatı ilə bağlı rayonlarda problemin kəskinliyi fərqlidir və belə hallarda yanaşmalar da fərqli ola bilər. Məsələn, Aran bölgəsində əsas məsələ su mənbələrinin tapılmasıdırsa, dağ rayonlarının problemi suyun mənbədən istehlakçıya çatdırılmasıdır: “Aran rayonlarında şirin su mənbələrinin tapılması ciddi fəaliyyət tələb edir. Halbuki, hazırda icra olunan Dövlət Proqramında bu məsələyə ümumiyyətlə yer verilməyib. Sadəcə ümumi deklarasiya şəklində deyilir ki, kəndlərdə su problemi həll olunsun. Bizim təklif etdiyimiz proqramda isə bu problemlərin fokuslaşdırılması nəzərdə tutulur və orada hər bir regionun və rayonun xüsusiyyətindən asılı olaraq, konkret vəzifələr müəyyənləşdiriləcək”.
Maraqlıdır ki, əhalinin suya əlçatanlığını təmin etmək üçün vacib olan bu cür yanaşmalar nə 2004-2008 və 2009-2013-cü illəri əhatə edən “Regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dar Dövlət Proqramı”nda, nə də “Yoxsulluğun azaldılmasına dair davamlı İnkişaf Proqramı”nda nəzərdə tutulmayıb.
Gürcüstan və Qazaxıstan nümunəsi
Rövşən Ağayev indiyədək apardıqları tədqiqatlardan sonra kənd yerlərində əhalinin içməli suya əlçatanlıq səviyyəsi üzrə gəldikləri qənaəti də bölüşür. Onun sözlərinə görə, qiymətləndirmələr göstərir ki, bu gün Azərbaycanda kənd əhalisinin 20 faizinin öz təsərrüfatında, evində su kranı var: “Kənd yerlərində əhalinin 20 faizi belə şərlərlə sudan istifadə edə bilirsə, bunu yüksək göstərici saymaq olar. Çünki bizim tədqiqat apardığımız ərazilərdə su istehlakçılarının bu cür kranlaşdırılması demək olar ki, yox səviyyəsindədir”.
Xatırladaq ki, qonşu Gürcüstan və Qazaxıstanda kənd yerlərində su təchizatı sisteminin inkişaf etdirilməsi üçün ayrıca Dövlət Proqramı hazırlanıb. 2020-ci ilədək olan dövrü əhatə edən həmin proqramda Gürcüstan və Qazaxıstan hökumətləri əhalinin ən azı 80 faizə qədərini mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz etməyi hədəfləyib. Bu proqramda həmçinin kənd yerlərində su sistemlərinin idarə olunması mexanizmləri üzrə konturlar da müəyyənləşib və hökumət strukturları həmin konturlara uyğun olaraq içməli suyun toplanması, əhaliyə çatdırılması, su sistemlərinə nəzarət mexanizmlərini kompleks şəkildə həll etməyi planlaşdırıb. Proqramda hətta yeni xətlərin və anbarların tikintisi də nəzərdə tutulur.
Mərkəzləşdirilmiş su sistemi nə vəd edir?
Ekspertlər hesab edirlər ki, belə bir proqramın Azərbaycanda da hazırlanması və gerçəkləşdirilməsi bir çox üstünlüklər vəd edir. Kənd yerlərində şirin su ehtiyatının xəritələşməsini, mərkəzləşdirilmiş su sisteminin yaradılmasını, keyfiyyətə nəzarətin gücləndirilməsini, sayğaclaşmanın və vahid tarif siyasətinin daha geniş ərazilərdə tətbiqini, hər kəsin bərabər şəkildə suya əlçatanlığını nəzərdə tutan bu üstünlüklər isə istehlakçılarla yanaşı təchizatçının da maraqlarını ciddi şəkildə təmin edə bilər.
Nəhayət, mərkəzləşdirilmiş su sistemlərinin ən böyük üstünlüyü odur ki, su resursları böyük bir sututarlara, məsələn, anbarlara və ya qüllələrə yığılır və oradan paylanır. Burada isə ikiqat sayğaçlaşma aparılır – birbaşa su mənbəyindən anbara daxil olan hissədə itkilər qeydə almaq üçün, sonra isə hər ev təsərrüfatlarında. Bundan başqa, mərkəzləşdirilmiş su sistemlərinin yaradılması əhalinin bilavasitə ev təsərrüfatlarında su götürməsini nəzərdə tutur. Bu isə insanlar üçün rahatlıq deməkdir.
Eltac İsazadə

1082