Meşələrin təbii bərpası hasarlama yolu ilə təmin edilir
Keçən il 5 mindən çox ekoloji hüquqpozma faktı qeydə alınıb. Lent.az-ın verdiyi məlumata görə, bunu ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov söyləyib.
Hüseyn Bağırov deyib ki, 1000-dən çox iş hüquq-mühafizə orqanlarına göndərilib. O, meşələrin mühafizəsi və bərpası sayəsində Azərbaycanda meşə ərazilərinin sahəsinin 0,4 faiz artdığını və hazırda meşələr Azərbaycan ərazisinin 11,8 faizini təşkil etdiyini bildirib.
Ekologiya və təbii sərvətlər naziri qeyd edib ki, meşə sahələrinin artması əsasən, təbii bərpa yolu ilə baş verib: “Biz bunun üçün meşə ərazilərinin hasarlanmasını həyata keçiririk. Bu, meşələrdən otlaq kimi istifadə edən kənd əhalisinin narazılığına səbəb olsa da, meşələrin təbii yolla bərpası üçün ən səmərəli vasitədir”.
O, ötən il meşələrin qırılması nəticəsində ətraf mühitə 248 min manat ziyan dəydiyini də nəzərə çatdırıb: “Ağacların qırılması tez nəzərə çarpır. Ağacları qıranlar cərimələnir, ağacları qıranları müəyyən etmək mümkün olmadıqda meşəbəyləri cərimələnir. Çünki meşəbəyləri o meşələri qorumağa məsuldurlar”.
Hüseyn Bağırov Ətraf Mühiti Mühafizə Fonduna köçürülən vəsaitlərin artmasını da müsbət hal kimi dəyərləndirib: “Keçən il Fonda 1 milyon 100 min manat köçürülüb”.

556