Mülki aviasiya hava gəmilərinin uçuşlarının təhlükəsizliyinə dair məlumatlarla bağlı qaydalar təsdiqdəndi
Nazirlər Kabineti “Mülki aviasiya hava gəmilərinin uçuşlarının təhlükəsizliyinə dair məlumatların toplanması və işlənməsi sistemlərində informasiyanın qorunması Qaydaları”nı təsdiqləyib.
Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qaydalar mülki aviasiya hava gəmilərinin uçuşlarının təhlükəsizliyinə dair məlumatların toplanması, qorunması, saxlanılması və təqdim edilməsi qaydasını müəyyən edir.
Sənəddə qeyd olunur ki, mülki aviasiya hava gəmilərinin uçuşlarının təhlükəsizliyinə dair məlumatların qeyri-qanuni və təyinatsız istifadəsinə yol verilmir. Mülki aviasiya hava gəmilərinin uçuşlarının təhlükəsizliyinə dair məlumatları mühafizə etmək səlahiyyətləri Dövlət Mülki Aviasiya Administrasiyasına (DMAA) aiddir. Uçuşların təhlükəsizliyinə dair müəyyən məlumatların əldə olunması üçün hüquqi və fiziki şəxslər DMAA-ya yazılı surətdə müraciət edirlər. Qeyd edilən müraciətdə uçuşların təhlükəsizliyinə dair konfidensial məlumatların qorunmasına zəmanət verilməlidir. Əldə edilmiş məlumatların açıqlanması və ya istismarçı personalın ayrı-ayrı şəxslərinə qarşı istifadə olunması (ədalət mühakiməsinin həyata keçirildiyi hallar istisna edilməklə) qadağandır.
Hava gəmilərinin uçuşlarının təhlükəsizliyinə dair məlumatlar aşağıdakılardır:
- Uçuşların təhlükəsizliyi üzrə inspektorlardan daxil olan məlumatlar;
- Uçuş haqqında informasiyanı qeyd edən elektron qurğularının (o cümlədən, hava gəmisində quraşdırılmış) məlumatları;
- Hava gəmisi heyətinin kabinədaxili danışıqlarının elektron yazıları;
- Uçuş haqqında hava gəmisinin bortundakı məlumatlar (bort sənədləri);
- Hava gəmisinin ekipajı ilə dispetçer xidməti arasında aparılan danışıqların elektron yazıları;
- Dispetçer xidmətləri arasında daxili danışıqların elektron yazıları;
- Hava hərəkətinin idarə edilməsi xidmətinin konkret hadisə ilə bağlı sənədləri (o cümlədən, kompüter informasiyası);
- Mülki aviasiya mütəxəssislərindən könüllü surətdə daxil olan məlumatlar;
- Vətəndaşlardan könüllü surətdə daxil olan məlumatlar.
Razılaşdırılmış şərtlər nəzərə alınmaqla, uçuşların təhlükəsizliyinə dair məlumatlar təyinatsız istifadədən müdafiə olunur. Həmin şərtlər minimal variantda aşağıdakıları nəzərdə tutur:
- İnformasiya müstəsna olaraq, uçuşların təhlükəsizliyi məqsədi ilə toplanılır;
- İnformasiyanın zəruri hallarda açıqlanması məlumatlara daimi çıxışın təmin edilməsinə mümkün dərəcədə xələl gətirməməlidir.
- Konkret olaraq, müdafiə hər bir SDCPS üçün təyin olunur və bu zaman həmin sistemdəki uçuşların təhlükəsizliyinə dair məlumatların xarakteri nəzərə alınır.
- Tam razılaşdırılmış şərtlər nəzərə alınmaqla, uçuşların təhlükəsizliyinə dair konfidensial məlumatların qorunması üçün DMAA tərəfindən rəsmi prosedur (yəni, zəruri əmr və göstərişlərin verilməsi, habelə onların icrasına daimi nəzarət) tətbiq edilir.
- Gələcəkdə uçuşların təhlükəsizliyinə dair məlumatların əldə edilməsinin uçuşların təhlükəsizliyinə mənfi təsirinin mümkünlüyü nəzərə alınaraq, belə informasiyanın digər məqsədlər üçün istifadəsinə yol verilmir.
- Zəruri hallarda intizam, mülki, inzibati və cinayət araşdırmalarının məqsədləri üçün uçuşların təhlükəsizliyinə dair məlumatlardan yalnız qüvvədə olan qanunvericiliyə əsasən istifadə edilə bilər.
Uçuşların təhlükəsizliyinə dair məlumatların açıqlanmasının minimal meyarları aşağıdakılardır:
- Uçuşların təhlükəsizliyinə dair məlumatların açıqlanması uçuşların təhlükəsizliyinə mənfi təsir göstərən şərtlərin aradan qaldırılması və (yaxud) uçuş təhlükəsizliyi üzrə siyasətin və qaydaların dəyişdirilməsi üçün zəruridir;
- Uçuşların təhlükəsizliyinə dair məlumatların açıqlanması gələcəkdə uçuşların təhlükəsizlik səviyyəsinin artırılması məqsədi ilə belə informasiyanın əldə edilməsinin qarşısını almamalıdır;
- Uçuşların təhlükəsizliyinə dair məlumatlarda mövcud olan müvafiq şəxsi xarakterli məlumatların açıqlanması şəxsi həyatın toxunulmazlığını qoruyan hüquq normalarına uyğun həyata keçirilir;
- Uçuşların təhlükəsizliyinə dair məlumatların açıqlanması sahibi göstərilmədən, qısa və ya ümumiləşdirilmiş şəkildə həyata keçirilir.
Mülki aviasiya subyektləri DMAA ilə razılaşdırmaqla, hər bir SDCPS üzrə informasiya mühafizlərini təyin etməlidir. Qanunvericiliyə uyğun olaraq iş yerindəki şəraitlə bağlı aparılan qeydlərin (məsələn, özüyazan bort qurğularının qeydləri) digər mütəxəssislərdən fərqli olaraq, istismarçı personalın şəxsi həyatına müdaxilə kimi qiymətləndirilə biləcəyini nəzərə alaraq, müdafiə və azad olunma prinsiplərindən çıxış edərək, həmin qeydlər xüsusi mühafizə olunan konfidensial məlumat kimi qəbul edilməli və onların konfidensiallığının qorunması və asanlıqla əldə edilməsinin qarşısının alınması üçün konkret tədbirlər görülməlidir.
İş yerində qanunvericiliyə uyğun aparılan qeydlərin mühafizəsi üçün mülki aviasiya subyektləri DMAA ilə razılaşdırmaqla ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı olmayan hallarda həmin qeydlərin açıqlanmasını qadağan edən əmrlər verir.

1108