Məktəblərin bağlanması məsələsinə baxıla bilər
“Azərbaycanda “donuz qripi”nin qeydə alınması ilə əlaqədar orta məktəblərin bağlanması Təhsil Nazirliyindən asılı məsələsi deyil”.
Bunu APA-ya Təhsil Nazirliyinin şəhərlər üzrə ümumtəhsil və məktəbəqədər təhsil şöbəsinin müdiri Arif Muradov bildirib. Onun sözlərinə görə, ehtiyac olarsa, belə bir müraciəti Səhiyyə Nazirliyi etməli və Azərbaycan hökuməti bununla bağlı qərar verməlidir: “Allah eləməsin ki, Azərbaycanda belə bir vəziyyət yaransın. Amma belə hal olarsa, onda gərək səhiyyə orqanları təkliflə çıxış etsin”.
A. Muradov orta məktəblərdə payız tətilinin müddətinin dəyişdirilə bilmə ehtimalına da münasibət bildirib: “Məktəblərin əsasnaməsində, köhnə və yeni “Təhsil haqqında” qanunlarda nəzərdə tutulur ki, hər hansı təbii fəlakət və ya digər fövqəladə hal olarsa, rayon təhsil şöbəsi və rayon sanitar-epidemioloji stansiyalarının müraciəti əsasında yerli icra orqanları qərar qəbul edərək tətilin vaxtını dəyişə bilər. Amma hələlik Azərbaycanda buna ehtiyac yoxdur”.
Səhiyyə Nazirliyinin sanitar-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov isə APA-ya bildirib ki, hələlik Azərbaycanda “donuz qripi” təhlükəsi ilə əlaqədar məktəblərin bağlanması məsələsini qaldırmaq tezdir: “Bu, Azərbaycanda sayca üçüncü hadisədir. Əvvəlki iki hadisə iyul ayında olmuşdu. Bir hadisənin qeydə alınması ilə məktəblər bağlana bilməz. Amma bu məsələyə epidemioloji vəziyyətdən asılı olaraq baxılacaq. Epidemioloji vəziyyət gərginləşərsə və “donuz qripi”nə yoluxan xəstələrin sayı artarsa, bu məsələyə dövlət səviyyəsində baxıla bilər”.

704