Pensiyaçıların 60,4 faizi 75, 4 faizi isə 1000 manat alır
Qanunun 27-ci maddəsinə edilən dəyişiklikdən sonra bu fərqi azalacaq
“Çox təəssüf ki, pensiya sistemindəki son dəyişikliklərin fəlsəfəsi, dəyişikliyin ortaya qoyduğu məsələlərin məğzi cəmiyyətə düzgün çatdırılmır. Ona görə də “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər ajiotaja səbəb olub”.
Lent.az-ın məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri bu gün keçirdiyi mətbuat konfransında belə deyib. Onun sözlərinə görə, qanun edilən əlavə və dəyişikliklər ölkədə həyata keçirilən pensiya-sığorta islahatlarının növbəti mərhələsidir: “Bu gün pensiya sistemində atılan bütün addımlar əvvəlcədən planlaşdırılıb və 2015-ci ilədək həyata keçirilməli olan məsələlərdəndir. 2006-cı ildən başlayaraq, ölkədə iki sistem paralel aparılır. Bunlardan biri pensiya-sığorta sistemi, digəri isə dövlətin ünvanlı sosial yardım və müavinətlər sistemidir. Yəni sığorta-pensiya sisteminin inkişafı meyarları başqa, ünvanlı sosial yardım və müavinətlər sistemi isə başqadır. Ona görə də bunları dəqiq və düşünülmüş şəkildə qavramaq çox vacibdir”.
Fond sədri deyib ki, qanuna edilən dəyişikliyin ən mühüm elementi keçmiş dövrdə qazanılmış əmək pensiyasının məbləğinin müəyyənləşməsini nəzərdə tutan dəyişiklikdir. Pensiya yaşının artırılması isə ikinci dərəcəli, sığorta-pensiya sistemi üçün vacib olmayan məsələlərdir. Onun sözlərinə görə ən önəmli qanunun 27-ci maddəsinə edilən dəyişiklikdir ki, bu da keçmiş dövrdə qazanılmış hüquqların yeni qaydada hesablanmasını ortaya qoyur: “Bununla da sığorta-pensiya sistemində köklü dəyişiklik baş verir. Mən düşünürdüm ki, qanunun müzakirəsi zamanı daha çox suallar bu məsələlərin üzərində qurulacaq. Lakin təəssüf, cəmiyyətə düzgün olmayan fikirlər sızdırılır ki, guya bu dəyişikliklərin nəticəsində pensiyalar 30 faiz azalacaq. Əslində isə belə bir təhlükə yoxdur”.
Səlim Müslümov deyib ki, yeni sistem fəaliyyətə başlayandan, yəni 1 yanvar 2006-cı il tarixdən 2009-cu ili oktyabrın 1-dək DSMF-in orqanları tərəfindən 167 min 891 nəfərə yaşa görə pensiya təyin olunub. Bunların 60,4 faizi və ya 101 min 370 nəfəri minimum pensiya, yəni 75 manat alır. Yerdə qalanların 4 faizinin pensiyası 300 manatdan yuxarı, 680 nəfərin pensiyası isə 1000 manatdan çoxdur. Onun sözlərinə görə, 300 manatdan çox pensiya alan həmin 4 faizin təqribən 6700 nəfər aldığı pensiyanın məbləği ümumi pensiyaçıların aldığı toplam vəsaitin 20 faizini təşkil edir.
Pensiyaçıların 60,4 faizinin, yəni 75 manat alanların toplam pensiyası isə ümumi pensiya məbləğinin cəmi 39 faizi həcmindədir: “Belə çıxır ki, 40 il müəllim işləyən insan 75 manat pensiya alır, 10-15 il əmək fəaliyyəti olan adam isə hansısa daş karxanasının sahibi 2004-2005-ci illərdə götürüb özünə yüksək maaş yazır və axırda 2000-3000 manat pensiya alır. Bu, əvvəlki hesablama qaydasının yanlış olmasının nəticəsi idi. Ona görə də bu, aradan qaldırılmalıydı və qanun 27-ci maddəsinə dəyişiklik etməklə onu aradan qaldırdıq”.
Elxan SALAHOV

837