“Dağın başından qayıdanda yoldaşımı görmədim - uçqunun altında qalmışdı...” - HEKAYƏT
Açığı, son vaxtlara qədər Azərbaycanda belə bir idman növünün varlığını ümumiyyətlə bilmirdim. Heç rastıma da çıxmamışdı. Son aylarda da ordan-burdan eşitdiklərim də ucqar dağlarda bu idman növü - buza dırmanma üçün Azərbaycanda yalnız bir neçə həvəskarın olması qənaətini verirdi. Lakin onunla tanışlıq məni xeyli təəccübləndirdi...
Qusarda buza dırmanma üzrə Azərbaycanda yeni olan açıq çempionat keçirilirdi, o da elə peşəsinin başında idi. Onunla Lent.az üçün söhbət etməyə maraq həmin gün göstərdiyi peşəkar hərəkətlərdən yarandı. Sonra bəlli olacaqdı ki, o, hətta təlimçidir - baxmayaraq ki, bizdə bu sahədə hələ yetişmiş idmançı ola biləcəyinə inanmırdım... Azərbaycanda əksəriyyətin tanımadığı bu məşğuliyyətlə o, düz 27 ildir məşğuldur. İş də orasındadır ki, o, heç dağlıq bölgədə də böyüməyib.
Əsədov Yaqub 1961-ci ildə İmişli rayonu Qarallar kəndində dünyaya gəlib. Doğulduğu yer tamamən aran yer olduğu üçün və ailəsinin də sırf kənd təsərrüfatı ilə məşğul olduğu üçün uşaqlığında nəinki buzlu dağ, heç dağ üzü belə görməyib: “Aran yeri olduğu üçün kəndimizdə belə şeylər heç yada belə düşmürdü. Amma ara-sıra əlimə keçən qəzetlərdə və jurnallarda dağlarla bağlı nə vardısa, hamısı ilə maraqlanırdım. İndi də bilmirəm o vaxt bu maraq məndə nədən oyanırdı, amma onu bilirəm ki, getdikcə əməlli-başlı azarkeş olurdum. Böyüdükcə dağlara dırmanmaq həvəsi məndə daha da artmağa başladı və mən artıq alpinistlərlə maraqlanırdım. Təəssüf ki, o vaxt bu həvəsim ürəyimdə qaldı. Böyüdüyüm yerlərə bu həvəs yad olduğu üçün atamın heç xoşuna getmirdi. Mən ailədə böyük uşaq idim, ailəmiz də kasıb olduğu üçün məndən o vaxt adlı-sanlı ali məktəblərdən birinə daxil olmağı gözləyirdilər. Ona görə də atam məndəki bu həvəsi görüb əsəbiləşərək deyirdi ki, “camaatın uşaqları “ağ gün”ə çıxmağı fikirləşir, mənim ki, isə keçi kimi dağa-daşa dırmaşmağa həvəsiyir”. Ev bir yana, söz-söhbət yayılanda ki, mən oxumaq əvəzinə belə bir idmanın dalınca gedirəm, qohum-əqrəba mənə lağ edib “bu uşağın axırı yaman zay oldu, yazıq atasının ona bağladığı ümidlərə” deyirdilər”.
Həmsöhbətim deyir ki, ailələri çox kasıb olduğu üçün və o zaman bu istəyinin dalınca axıra qədər gedə bilməyib və arzusunu “elə ürəyindəcə müvəqqəti dəfn edib”. Yaqub orta məktəbi bitirdikdən sonra Politexnik İnstitutuna (indiki Texniki Universitetə) daxil olur: “Amma, tələbəlik illərində sərbəstliyim uşaqlıq həvəsimin yenidən böyüməsinə daha geniş imkan yaratdı. O vaxt SSRİ-də buza dırmanma, ümumiyyətlə, alpinizm o qədər geniş yayılmamışdı, bir hobbi kimi mövcud idi. Özü də geniş formada yox, müəyyən bir təbəqədə tanınırdı. Yəni, aran rayonlarında heç bu haqda məlumat belə yox idi. Bakıya gədikdən sonra nisbətən əlaqə imkanlarım artdı. Yuxarı kurslarda oxuyarkən artıq başladım dağçılıq turizmi, buza dırmanma dərnəkləri ilə maraqlanmağa. O vaxt bunlar ayrıca deyildi, hamısı bir yerdə alpinizm dərnəyi kimi fəaliyyət göstərirdi. Tələbə vaxtı oxumaqla yanaşı, həm də işləyirdim. Elə ki vaxt tapıb bu dərnəklər vasitəsi ilə ara bir dağlıq rayonlara gedib dağlara dırmanmağa başladım, ailəmizdən xəbər tutub narahat olmağa başladılar. Atam tez-tez məktub yazıb deyirdi ki, başın qarışacaq elə şeyə, həm işindən olub bizi ac qoyacaqsan, həm də institutdan olacaqsan. Görəndə ki, mənimlə gedən yoldaşlarıma hobbilərində evlərindən dəstək verirlər, mənim ailəmdə isə bu cür yanaşırlar, bu, məni sarsıdırdı. Buna baxmayaraq, mən həm oxudum, həm işləyib evə də pul göndərdim, həm də alpinist bacarıqlarımı artırdım”.
- Bunun hamısını bir arada necə edirdiniz?
- Əlbəttə, çətin idi... Mən o vaxt rayona məktub yazıb evimizə dedim ki, daha getməyəcəm dağlara, arxayın olun. Beləcə başladım xəlvəti məşğul olmağa. Amma həqiqətən problemlər çox olurdu bu yolda. Məsələn, mən hər dəfə dağlara çıxmaq üçün gedəndə institutda bülleten açdırmalı idim və qayıdanda imtahanları təzədən verməli idim və s. Elə vaxt olurdu ki, bu səbəbdən imtahanlarda nə qədər sürünürdüm. Deyəndə ki, mən belə bir idmanla - buza dırmanmaqla məşğulam, müəllimlərim deyirdi “gözümüz aydın, neyniyək”. Nə isə... həm evdən, həm də oxuduğum institutdan, ümumiyyətlə yaxınlarımdan belə bu işdə mənə o vaxt heç kəs xeyir-dua vermirdi. Amma, yenə də istək... bu məndə bütün qarşılaşdığım hər maneəni üstələdi. Həm də o vaxt yataqxanada qalırdım, sərbəst idim. İnstitutu bitirdikdən sonra mən o vaxtkı “Leytenant Şmidt” (indiki “Səttarxan”) adına maşınqayırma zavodunda işləməyə başladım. Zavodun nəzdində özümüz bir klub yaratdıq və o vaxtdan da peşəkar məşğul olmağa başladım.
- İstədiyiniz zirvəni fəth edə bilmisiniz?
- Deyərdim ki, hələ yox.... Amma bunu gözləyirəm... Sovet İttifaqı dövründə xarici ölkələr gedə bilmirdik. Amma İttifaq daxilində bütün məşhur dağların hamısında olmuşam. Pamirdə, Himalayda, Tyan Şanda, Elbrusda... Zavodun nəzdində alpinizm klubu artıq idman cəmiyyəti kimi fəaliyyət göstərirdi. SSRİ dağıldı, bizim klubumuz da bağlandı. Arada qalan bu fasilə vaxtı çox ağır oldu, uşaqlar elə dağılmışdı ki, mən ümid etmirdim bir də bu idman növü üzrə biz Azərbaycanda yenidən toplaşa bilərik. Klubumuzun uşaqlarının əksəriyyəti Qarabağ döyüşünün iştirakçısı oldu. Azərbaycanda hər şey yenidən qurulmağa başladı. 1997-ci ildə bizim alpinizm klubu da keçmiş üzvlərinin sayəsində yenidən formalaşdı. Nəhayət, 2005-ci ildə Hava və Ekstremal İdman Növləri Federasiyası yarandı və sağ olsunlar, mənə də köhnə mütəxəssis kimi orada təlimçi yeri verdilər. Bu gün də Azərbaycanda keçirilən yarışlara uşaqları mən hazırlayıram.
Həmsöhbətim deyir ki, dağlar demək olar ki, onun həyat tərzini təşkil edir. İlk qalxdığı yüksəklik Siyəzən rayonunda “Beşbarmaq” deyilən kiçik bir yüksəklik olub. Bura Azərbaycanda tanınmış ziyarətgahlardandır. Yaqub deyir ki, bəlkə də ilk özünü sınadığı yer bura olub deyə, ondan sonra bütün ən hündür yüksəkliklərdə təhlükələrdən salamat sovuşa bilir. O, daha çox buzlu dağlara qalxdığını söyləyir: “Bu idman adından sadə görünsə də mahiyyətcə təhlükə ilə yoldaş olan növdür. Burada əsasən yüksəklikdə olan havaya uyğunlaşmaq əsas məsələlərdəndir. Məsələn, ilk dəfə Elbrusa çıxanda yüksəkliyə çıxmazdan əvvəl düz 1 həftə həmin dağda təlim keçdik. 150 metr qalxmalı idik. Sonra hazırlaşırdıq ki, yüksəkliyə çıxaq, bir də baxdıq ki, dağı bağlayıblar. Bizdən əvvəl çıxan ukraynalıları xərəkdə düşürdürlər, aralarında dünyasını dəyişənlərdə var idi. Yolu bağlayanlardan soruşanda dedilər ki, onların çoxu havaya uyğunlaşmayıb dünyasını dəyişiblər. Bunu eşidəndə istər-istəməz məndə qorxu yarandı, amma utandığımdan heç kəsə heç nə demədim. Yol açılandan sonra dişlərimi sıxıb yüksəkliyə doğru dırmanmağa başladım. Həmən gün qalxdığım 10 metr mənə min kilometrlərlə gəldi. Xoşbəxtlikdən heç nə də olmasa da bir müddət o anlar yuxularıma da girirdi”.
Yaqub artıq ən böyük yüksəkliyə belə vərdiş etdiyini söyləyir. İndi daha çox aşağıda olanda yüksəklikdən ötəri darıxdığını deyir. Həmsöhbətimin sözlərinə görə, sevdiyi bu idman növü ona acı kədər də yaşadıb: “Bu, Şahdağa qalxanda oldu. Bir yaxın dostum vardı, tələbəlikdən onunla dağlara qalxırdıq. Bir gün vaxt ayırdıq işdən, klubumuzun adından Şahdağa getdik. Təxminən 4 min metrdən çox yüksəklik idi. Bu yüksəkliyi çıxıb düşmək iki gün çəkdi. Hər şey normal idi, amma qayıdanda dostumu görmədim... o qar uçqunun altında qalıb tələf olmuşdu...”
Müsahibim deyir ki, onu bu məşğuliyyətində indiyədək ən çox təəccübləndirən alpinist yoldaşı Hava və Ekstremal İdman Növləri Federasiyanın prezidenti, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov olub. Bu, 2009-cu ildə - dünyanın 7 ən yüksək zirvələrindən biri olan Kilimancaro dağına səfər zamanı olub: “O vaxt cənab nazirin başçılığı ilə Azərbaycandan gedən heyətin tərkibində mən də vardım. Bu demək olar ki, mənim karyeramda hələ ki indiyə qədər qalxdığım ən yüksək zirvə idi. Orada 7 min metrə kimi məsafə qalxdıq. Bakıdan yola düşəndə məni çox düşündürürdü ki, əsasən kabinetdə və rəsmi yerlərdə olan bir nazir bu sərt hava şəraitində, həm də böyük yüksəklikdə necə tab gətirəcək, özünü necə göstərəcək. Amma o, nazir olmasına baxmayaraq, bizi mat-məəttəl qoydu. O, çox sürətli və aclığa, çətinliyə dözümlü oldu. Orda bizim marşruta mane olub bir az uzatdılar, amma bu fiziki cəhətdən nazirimizə təsir etmədi”.
Yaqub deyir ki, Azərbaycanda bu idmana nədənsə yad məşğuliyyət kimi baxırlar: “Amma, mən gəzdiyim ölkələr arasında, buza dırmanma üzrə ən əlverişli təbiəti öz ölkəmdə görürəm. Bizdə bu idman növü dövlət üçün gəlir mənbəyi də ola bilər. Turistləri cəlb eləmək baxımından. İndi gənclərin çoxu bu idmana gələndə birinci maddiyyatı düşünürlər. Onları qınamıram, bunun üçün onlara şərait yaratmaq lazımdır. Axı bizim dövrümüzdən fərqli olaraq, indi imkanlar daha çoxdur. Və istəmirəm bildiklərimi özümlə qəbirə aparım, bunun incəliklərini yüzlərlə gənclərimizə öyrətməyə hazıram”.
P.S. O, sözünü bitirib ayağa durdu. Məndən soruşdu ki, bunları örənməkdə məqsədin nədir? Dedim, yazmaq istəyirəm. Gülüb dedi: “Yəni, bu kiməsə maraqlı olacaq?”
Mübariz Aslanov
[email protected]

813