Kommunal sektorda istehlakçı hüquqları araşdırılacaq
Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi tərəfindən həyata keçirilən “Kommunal sektorda istehlakçı hüquqlarının müdafiəsinə yardım göstərilməsi” layihəsinin icrasına başlayır. Layihə çərçivəsində əhalinin təbii qaz, elektrik enerjisi və su ilə təminatındakı mövcud durum, istehlakçı hüquqlarının qorunması vəziyyəti və bu sahədəki qanunsuzluqlar araşdırılacaq.
Lent.az-ın məlumatına görə, bu barədə Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT-lərin Məlumat və Əməkdaşlıq Şəbəkəsi barədə məlumat verən təşkilatın koordinatoru, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bu gün keçirilən təqdimat mərasimində bildirib. O qeyd edib ki, Azərbaycanda vətəndaşların sosial hüquqlarının pozulması problemi ümumi insan haqları sisteminin ən zəif yeridir: “Xüsusən kommunal xidmət sektorunda vətəndaşların hüquqlarının pozulması kütləvi xarakter daşıyır. İnsanlar hər gün, elektrik enerjisi, qaz, su təchizatında fasilələrlə qeyri-müntəzəmliklə, yaşadıqları ərazidə ətraf mühitin çirkləndirilməsi ilə rastlaşırlar. Xidmətlər qeyri-sabit, keyfiyyətsiz surətdə, mövcud standartlara riayət edilməməklə və hətta insanın sağlamlığı üçün ciddi zərər verməklə göstərilir”.
Vətəndaşların adətən xidmət göstərənlərin özbaşınalığı ilə üzləşdiyini deyən Əlməmməd Nuriyevin fikrincə, kommunal xidmətlər sahəsində şəffaflıq, normal hesabat yoxdur. Belə ki, kommunal xidmət sektorunda natamam və keyfiyyətsiz xidmətlərə görə vətəndaşlardan əsassız ödəmələr alınır. Hüquqşünasın fikrincə, bu, onunla bağlıdır ki, normativ baza tamamilə yalnız xidmət göstərənlərin marağı, xeyri nəzərə alınaraq formalaşdırılıb, xidmətlərin göstərilməsi üzrə bağlanan müqavilələr təchizatçıların xeyrinə tərtib olunub və orada istehlakçıların hüquqları tamamilə nəzərə alınmır. Əslində müqavilələrdə həm xidmətin keyfiyyəti, həm də icra edilməli öhdəliklərlə bağlı müddəalar öz əksini tapmalıdır. Bundan əlavə, çox vaxt istehlakçılarla müqavilə heç bağlanmır da.
Əlməmməd Nuriyev hesab edir ki, qanunvericilikdə istehlakçıların hüquqlarının qorunması ilə bağlı boşluqlar xidmət göstərənlərlə istehlakçılar arasında birincilərin xeyrinə qeyri-bərabər vəziyyət yaranmasına səbəb olub: “Kommunal xidmətlər sektorunda korrupsiya, özbaşınalıq və istehlakçıların hüquqlarının pozulması halları o qədər dərin geniş vüsət alıb ki, vətəndaşların böyük əksəriyyəti buna heç bir müqavimət göstərmir və yaranmış vəziyyətlə barışır. Bu, çox təhlükəli təmayüldür, çünki bu, insanı əxlaq qaydalarına zidd gerçəkliklə barışmağa məcbur edir, onu sosial aspektdə laqeyd və aciz, həm də özünün siyasi, iqtisadi və digər hüquqlarının müdafiəsi və gerçəkləşdirilməsi xüsusunda passiv edir. Bununla da passiv istehlakçılar və fəal korrupsioner və rüşvətxorlardan ibarət olan cəmiyyət əxlaqi və hüquqi cəhətdən pozulur və dövlətin sabitliyi və demokratik inkişafı üçün təhlükəyə çevrilir”.
Bu baxımdan “Kommunal sektorda istehlakçı hüquqlarının qorunmasına yardım göstərilməsi” layihəsinin xüsusi əhəmiyyət daşıdığını deyən Əlməmməd Nuriyev bildirib ki, layihənin məqsədi kommunal xidmət sektorunda müasir təcrübənin tətbiqi, istehlakçıları və təchizatçıları arasında yeni, beynəlxalq standartlara müvafiq olan münasibətlərin yaradılmasına, şəffaflığın artırılmasına yardım göstərilməsidir.
Xatırladaq ki, layihə Açıq-Cəmiyyət İnstitutu Yardım Fondu (ACYF) tərəfindən dəstəklənir. Layihənin müddəti 9 aydır.
Elxan SALAHOV

690