Hacıqabul gölündə canlı aləm məhv olub
Şirvanda Azərbaycanın ən böyük göllərindən biri olan Hacıqabul gölünün ekoloji problemlərinə həsr olunmuş tədbir keçirilib.
Bu barədə Lent.az-a “Aran” İsan Hüquqları Resurs Mərkəzinin sədri Əlibəy Zeynalov məlumat verib.
“Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun” maliyyə yardımı ilə “Ekoloji hüquqlar sahəsində bilgilərin əldə edilməsi” mövzusunda həyata keçirilən tədbirdə ərazisi 9 km2, su tutumu 12 mln. m3 olan Hacıqabul gölünün ekoloji vəziyyəti haqqında iştirakçılara geniş məlumat çatdırılıb. Qeyd edilib ki, Hacıqabul gölü Azərbaycanın potensial ramsar (beynəlxalq əhəmiyyətli su-bataqlıq) sahələrinə aid edilir. Sovetlər dövründə bu göldə balıqyetişdirmə zavodu fəaliyyət göstərib. Göldə avarçəkmə bazası və kiçik istirahət evləri də Şirvan və Hacıqabu sakinlərinin xidmətində olub. Hacıqabul gölü ətrafında nadir quşların da sayı artıb və bu göl köçəri quşların miqrasiya yolunun üzərində yerləşdiyindən həmin quşların yolüstü yem və istirahəti üçün əlverişli ərazi olub. Bura göydimdik ördəyi, çəhrayı flaminqonu və sair quşları aid etmək olar.
Tədbirdə nəzərə çatdırılıb ki, Hacıqabul gölünün qanunsuz qurudulmasının qarşısı alınsa da, hazırda gölün Kür çayı ilə əlaqəsi bərpa edilməyib. Gölün şirin su ilə qidalanmaması və axıdılan çirkab sular nəticəsində göldə canlı aləm məhv olub. Su dövriyyəsinin olmaması səbəbindən suyun duzluluğu okean suyunun duzluluğuna çatır, eyni zamanda suda oksigen çatışmazlığına gətirib çıxarıb. Nəticədə canlı aləm və gölün ətrafında olan bitki aləmi, o cümlədən quşlar üçün əlverişli şərait sayılan qamışlıqlar da məhv olub. Yay aylarında isə göldən qalxan üfunət Şirvan və Hacıqabul rayonunun ərazisinə yayılır.
Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Mədəniyyət və Turizm Nazirliyinə tövsiyələr də səsləndirilib. Təkliflər sırasında Hacıqabul gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, həmin ərazidə turizm imkanlarının araşdırılması və bu sahəyə investisiya qoyulması kimi hökumət rəsmilərinə məktublar və sorğular göndərilməsi də var.
“Aran” İsan Hüquqları Resurs Mərkəzi tərəfindən gələn ilin yanvar ayında Bakı şəhərində Hacıqabul gölünün ekoloji durumuna həsr olunmuş geniş mətbuat konfransı keçirilməsi də qərara alınıb. Mətbuat konfransında dövlət strukturları qarşısında gölün vəziyyəti ilə əlaqədar tədbirlərin görülməsi üçün məsələ qaldırılacaq.

2002