QHT-lər iqlim dəyişikliyinə qarşı birləşdi
“İqlim Dəyişikliyi və İnkişaf” QHT Alyansında 13 təşkilat təmsil olunur
İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) “İqlim dəyişikliyinin yaratdığı sosial-iqtisadi təhlükələr və risklərin idarə olunması” layihəsinin yekunlarına həsr olunmuş konfrans keçirib. Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Ombudsman aparatının, Milli Məclisin, Oxfam Humanitar Təşkilatının, ATƏT-in, yerli QHT-lərin mütəxəssislərinin qatıldığı tədbirdə “İqlim Dəyişikliyi və İnkişaf” QHT Alyansının təsis edildiyi elan olunub.
İTM-in ictimaiyyətlə əlaqələr departamentindən Lent.az-a bildiriblər ki, tədbirdə layihənin koordinatoru Aytəkin Əsgərova görülən işlər, aparılan tədqiqat haqqında məlumat verib. Daha sonra ATƏT-in Bakı Ofisinin İqtisadiyyat və Ətraf Mühit Departamentinin rəhbəri Yan Olson Təhlükəsizlik və Ətraf Mühit üzrə Vətəndaş Fəaliyyəti proqramından (CASE) danışıb.
Layihənin eksperti Qubad İbadoğlu isə tədqiqatın yekunlarına dair təqdimatında deyib ki, iqlim dəyişikliklərinin yaratdığı qlobal təhlükələrin miqyası ildən-ilə genişlənir, bu istiqamətdə mövcud risklərin idarə olunması getdikcə çətinləşir. Belə ki, qlobal istiləşmə nəticəsində 1998, 2002, 2003, 2006 və 2007-ci illərdə əvvəlki illərlə müqayisədə daha yüksək hərarət qeydə alınmış, 2008-ci ildə isə temperaturun aşağı düşməsi müşahidə olunub. Onun sözlərinə görə, son 2 ildə (2009-2010-cu illər) yenidən istiləşmə tendensiyası geri qayıtmış və bu fasiləsiz prosesin yaratdığı təhlükələr son illər ərzində daha çox fəsadlara (daşqınlar, yanğınlar, quraqlıq və s.) yol açıb.
Ekspert Dünya Bankının apardığı tədqiqata əsaslanaraq deyib ki, Azərbaycan 28 ölkə arasında iqlim dəyişikliyinin təsirlərinə ən çox məruz qalan 11-ci ölkədir. Bu sırada Rusiya 1-ci yerdə, Türkiyə 3-cü yerdə, Gürcüstan 7-ci yerdə, Ermənistan isə 4-cü yerdədir. Dəyişikliklərə qarşı həssaslığa görə Azərbaycan 8-ci, Ermənistan 20-ci, Gürcüstan 22-ci, Türkiyə 10-cu, Rusiya isə 25-ci, dəyişikliklərə adaptasiya imkanlarına görə isə Azərbaycan 24-cü, Ermənistan 5-ci, Gürcüstan 6-cı, Türkiyə 14-cü, Rusiya isə 16-cı yerdədir. İqlim dəyişiklərindən müdafiə olunma indeksinə gəlincə, Azərbaycan bu baxımdan 28 ölkənin sıralamasında 7-ci ölkədir. Ermənistan 4-cü, Gürcüstan 5-ci, Türkiyə 9-cu, Rusiya isə 10-cu yerdə qərarlaşıb.
Qubad İbadoğlu deyib ki, bu il iqlim dəyişikliklərinin təsiri ilə kənd təsərrüfatı istehsalında azalmalar baş verib. Belə ki, 2010-cu ilin noyabr ayında ötən ilin noyabr ayı ilə müqayisədə ərzaq məhsullarının inflyasiyası 16,15 faiz təşkil edib. İqlim dəyişikliyinin təsirində məhsuldarlıq aşağı düşüb. Bütün bunları nəzərə alan İTM tədqiqat qrupu hidrometeoroloji, iqtisadi, su və torpaq resurslarından səmərəli istifadə sahəsində müvafiq tədbirlərin görülməsini tövsiyə edir.
Tədbirin sonunda yeni təsis olunan “İqlim Dəyişikliyi və İnkişaf” QHT Alyansında birləşən 11 təşkilat tərəfindən birgə fəaliyyət haqqında Memorandum imzalanıb. Daha 3 təşkilat Gəncədə yerləşdiyi üçün tədbirdə iştirak edə bilməyib və məktubla Memoranduma qoşulduqlarını qeyd ediblər.
Elxan SALAHOV

730