Elə bil ki, nağıldı - itdi, batdı, dağıldı…
Doğulduğu, boya-başa çatdığı, təpədən dırnağa qədər bağlı olduğu Yasamaldadır. Bax bu dəqiqə telefon zəng çalacaq, onun doğma səsi telefondan qulağıma dolacaq: «Salam! Mənəm də… Rafiq. Necəsən? Vaxtın var?!»…
Vaxtım var, qardaş. Amma sən yoxsan, sənin isti nəfəsin yoxdur. Bu nə daş idi başımıza saldın, indi ölmək vaxtıdır, heç utanırsan?! Biz cəhənnəmə, atandan, Elnurdan… Yəqin yenə gözlərindən güləcəksən, ancaq özünə məxsus yüngül bir yumorla klassik sitat deyəcəksən: «Hesab edirəm ki, mənim ölümüm haqqında xəbərlər həddindən artıq şişirdilib».
Axı, sən həyatı çox sevirdin, həddindən artıq optimist idin. Üzündən təbəssüm, ürəyindən mərhəmət əskik olmazdı. Bizim dərdimizi bizimlə bölüşürdün. Xeyirdə, şərdə daim yanımızda olurdun, bizi tək qoymurdun… Doğma qardaş kimi… Sanki arxamızda dağ vardı… Elə bil ki, nağıldı, itdi, batdı, dağıldı… Dağın itkisi dağ boyda olur, qardaş, ona görə də ağırdı…
Rafiq Mustafayevlə (əsil adı Rəfayıldır, biz Rafiq deyirdik) 80-ci illərin sonlarında, xalq hərəkatında tanış olmuşuq. Yeri gəlmişkən, Azərbaycan həmin hərəkatda müstəqillik qazanıb, mən də Rafiq kimi dost qazanmışam. Həmin dövrdə mərhum Azər Qasımzadənin rəhbərliyi ilə, ilk müstəqil nəşrlərdən olan həftəlik «Dirçəliş» qəzetini buraxırdıq. Mən azərbaycanca, Rafiq rusca. Onda hələ cavandı, sarışın, ağbəniz oğlandı, rusca təhsil almışdı, dili mükəmməl bilirdi. Rus və dünya ədəbiyyatında dərin idi - mənə boy vermirdi. Yəqin bizi yaxınlaşdıran da bu idi, bir-birimizdən öyrənirdik. Günlərin bir günü mənə rusca bir kitab bağışladı - Deyl Karnegi «Dostları və nüfuzu necə qazanmalı». Diqqətlə oxudum, molla demiş, əvvəl güldüm, sonra ağladım. Güldüm ki, nə yaxşı dünyada belə kitablar varmış. Ağladım ki, niyə mənim bundan xəbərim yoxmuş. İndi də stolumun üstündədir. Təbii ki, həmin kitab deyil. Dostumun kitabı oxumaqdan cırıldı, dağıldı… Mən təzəsini aldım… Deyirəm, bu mənada kitablar insanlardan yaxşıdır, onların təzəsini almaq olur…
Mən sadə olsam da, sadəlövh deyiləm. Rafiqin kitabını (onda biz hələ dost deyildik) oxuya-oxuya fikirləşirdim: Əcəba, bu kişi bu kitabı mənə niyə bağışlayıb?! Və oxuduqca anlayırdım. Rafiq təbiətən təmkinli və tədbirli adamdı, gənc olsa da, qulaq asmağı bacarırdı. Onun bir aforizmi vardı, deyirdi, biz başqalarından yalnız nəyisə bildiyimizə görə yox, həm də bilmədiyimizə görə fərqlənirik. Mən isə çılğın və səbirsiz idim, mübahisə etməyi sevirdim. Amma görün Karnegi hələ XX əsrin əvvəllərində nə yazırdı: «Mən on il Nyu-Yorkun və Çikaqonun müxtəlif universitetlərində «Mübahisə etmək və qalib gəlmək» mövzusunda mühazirələr oxumuşam və yalnız 10 ildən sonra anlamışam ki, mübahisədə qalib gəlməyin bir yolu var: MÜBAHİSƏ ETMƏMƏK». Bəli, Rafiq mənə demək istədiyini Karneginin dili ilə deyirdi, xətrimə dəymək istəmirdi. İnsanın böyüklüyünə, tərbiyəsinə baxın! Belə adamla necə dost olmamaq olar?!
Və 90-ın əvvəlləri… Qarışıqlıq, hərc-mərclik… Ali təhsilli insanların bir qarın çörək dərdi… Rafiqlə biz evli idik, deməli, bir neçə qarın dərdi çəkməli idik. Dərd adamı daha da yaxınlaşdırır. Dərdimizi də son qəpiyimiz kimi bölüşürdük, çarə axtarırdıq, çalışırdıq. Həmin dövrdə insanlar qəpik dalınca Türkiyəyə, Rusiyaya üz tuturdu. Sözün əsil mənasında, həyat uğrunda mübarizə gedirdi. Mənim bacım həkim idi, ailəliklə Sverdlovsk vilayətinin Nijni Tagil şəhərində yaşayırdı. Rafiqlə məsləhətləşdik, pul lazım idi. Bir dostumuz vardı, təzə ev satmışdı, əlində xeyli pul qalmışdı. Allah atasına rəhmət eləsin, verdi. Biz də Bakıdan əlimizə və ağlımıza gələni alıb verdik özümüzü Nijni Tagilə. Qınamayın, imkansızlıq adamı hətta alverə də məcbur edir. Biz orda daimi yaşamırdıq, 15-20 gün qalıb geri qayıdırdıq. Amma pul qazanırdıq, borcumuzu qaytarırdıq, ailə saxlayırdıq. Rafiqlə Nijni Tagil xatirələrimiz çoxdur. Acısı da var, şirini də. Hətta eləsi var, sonradan şükür və təəccüb edirdik ki, necə salamat qalmışıq. Doğrusu təəccübü o edirdi, mən isə şükür edirdim ki, yanımda Rafiq kimi dost var. Yalnız onun təmkini və tədbiri bizi təhlükəli vəziyyətlərdən çıxarırdı. Mənim çılğınlığıma və indi özümə də yersiz gələn səbirsizliyimə qalsaydı, biz Rusiyadan salamat qayıtmazdıq…
90-cı illərin ortalarında Azərbaycanda vəziyyət düzəlməyə, biz də jurnalist fəaliyyəti ilə məşğul olmağa başladıq. Mən əvvəllər «Aydınlıq»la əməkdaşlıq etmişdim və qəzetin redaktoru mərhum Məmməd Nazimoğlu ilə isti münasibətlərimiz vardı. Məmməd artıq «Xalq qəzeti»ndə baş redaktorun 1-ci müavini idi və məni də işə dəvət etdi. Rafiq isə rusdilli jurnalist olduğundan Rusiyanın qəzet və informasiya agentlikləri ilə əməkdaşlıq etməyə başladı. Tezliklə onun qabiliyyətini gördülər və yüz minlərlə tirajlanan nəşrlərə müxbir kimi dəvət etdilər. R.Mustafayev 2000-ci ildən etibarən Rusiyanın ən məşhur informasiya agentliklərindən biri olan «Regnum»un Azərbaycan üzrə müxbiri olub, «Deyli Teleqraf», «Kommersant», «Novıe İzvestiya» kimi mətbu nəhəngləri ilə əməkdaşlıq edib. Azərbaycan həqiqətlərinin bütün dünyaya yayılmasına xidmət edib. Mən artıq 20 ilə yaxındır ki, mətbuat sahəsində işləyirəm və hesab edirəm ki, həmkarıma, hətta dostum olsa da, qiymət verməyə peşəkarlığım və mənəvi haqqım çatır. Rəfayıl Mustafayev savadlı, məlumatlı və geniş dünya görüşlü insan idi. Öz üzərində işləməyi, oxumağı, öyrənməyi sevirdi və bacarırdı. Böyük enerjisi və zəhmətsevərliyi vardı. Sutkada 8-12 saat kompüterin arxasında, özü demiş, xəbər məkanının ortasında oturardı, hər gün yazardı. Talantlı və duzlu qələmi vardı. Çox yüngül və özünə məxsus yumorla yazırdı, ona görə də, yazıları oxunaqlı olurdu. Allah ikisinə də rəhmət eləsin, Rafiq Mustafayevin rusca yazdıqlarını Məmməd Nazimoğlunun azərbaycanca yazdıqları ilə müqayisə etmək olar. Həmin kolorit, həmin dərinlik, təhkiyənin varlığı, sadə və yumorla yazmaq bacarığı… İnsan kimi də oxşar, hər ikisi «aşağıdan axan çaylar» idilər. Taleləri də oxşar oldu…
Hesab edirəm ki, R.Mustafayevin jurnalist fəaliyyətində qırmızı xətt kimi keçən əsas məqamı qeyd etməsəm, olmaz. Əslində bu məqam dostumu bir peşəkar kimi də xarakterizə edir. Əvvəl ondan başlayım ki, Rafiqin 10 ilə yaxın əməkdaşlıq etdiyi «Regnum» İnformasiya Agentliyi müstəqil olsa da, burda erməni lobbisinin təsiri açıq-aydın hiss edilir(di). Və burda Dağlıq Qarabağ probleminin səbəblərini təhrif etmək, Azərbaycan həqiqətlərini gizlətmək, erməni yalanlarını şişirtmək cəhdləri həmişə olub. Mustafayev bir azərbaycanlı jurnalist, vətənpərvər ziyalı kimi bu cəhdlərə qarşı ardıcıl mübarizə aparıb və qarşısını almağa çalışıb. Rafiq səbirlə, tədbirlə işləyirdi, Azərbaycan haqqında hər hansı yalan yayılan kimi, dərhal əsaslı cavab hazırlayır, amma öz adından yazmırdı. O, bir jurnalist kimi kənarda durmağı bacarırdı, yalnız politoloqların, mütəxəssislərin, siyasətçilərin fikrini mətbuata çıxarırdı. Hətta erməni politoloqları ilə də danışmağı və onlardan bizə lazım olan cavabı almağı bacarırdı. Necə, nə cür? Bax, bunu mən bilmirəm. Bu, artıq jurnalistika deyil, faktiki olaraq, diplomatiyadır.
Dediyim kimi, Rafiq Mustafayev zəhmətkeş olduğu qədər də, optimist adam idi. Amma arabir kefi kök olanda (təzada bax!) pessimizmə uymağı da vardı. Bu, onda son zamanlar peyda olmuşdu: «Birdən mənə bir şey olsa, Elnurdan muğayat olun». Məni gic gülmək tuturdu, deyirdim sənin atan 80-i keçib, özün də, maşallah, buz baltası kimisən. Sən bizim hamımızın bozbaşını yeyəcəksən. Sözlərim canına yağ kimi yayılırdı, yenə gözlərindən gülürdü: «Buna zərrə qədər şübhəniz olmasın. Düzü mən özüm də şübhə etmirəm, amma dünyanın işini bilmək olmaz. Birdən, işdir də…» Deyəsən öz düşüncələri özünü qorxudurdu, susurdu. Sonra davam edirdi: «Bilirəm, Vahid var, Seyfulla var… Onlar Elnuru tək qoymazlar… Amma sizin yeriniz ayrıdır… Mənim sizdən başqa kimim var?!»
Oğlu Elnuru çox istəyirdi, lap çox istəyirdi. Boyu ilə fəxr eləyirdi. Deyirdi: «Gordüz, mən deyirdim Elnur hündür olacaq, Fuad babasına, Vahid əmisinə oxşayacaq». Yeri gəlmişkən, atasının yas mərasimində Elnur babası ilə əmisinin arasında durmuşdu. Bütün mərasim ağlayırdı, dağ kimi böyük, çörək kimi sadə insana yas saxlayırdı. Adam adama nə qədər oxşayar, İlahi?! Üçü də bir görünüşdə, üçü də bir boyda. Elə bil eyni adamdı, sadəcə olaraq, ömrünün ayrı-ayrı pilləkənlərində dayanmışdı. Elnur başlanğıcında, əmisi zenitində, babası isə qürub çağında… Rafiq sağlığında bu üçlüyü necə arzulayırdı…
Qalib ARİF

833