Qorxulu böyük tənəffüs - ARAŞDIRMA
Ötən il aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasındakı (ADNA) qanlı terrordan sonra təhsil müəssisələrinin mühafizəsinin gücləndirilməsi Azərbaycanda ən çox müzakirə olunan məsələlərdəndir. Həmin hadisədən bizi təxminən bir il yarım vaxt ayırır. ADNA-dakı qanlı terrordan sonra ikinci tədris ili isə 10 gün əvvəl başlayıb.
Lent.az son bir il yarımda təhsil müəssisələrinin mühafizəsinin gücləndirilməsi ilə bağlı verilən vədlərin, görülməli olan tədbirlərin reallaşıb-reallaşmadığını öyrənmək üçün kiçik araşdırma aparıb.
Xatırladaq ki, ADNA-dakı terrorun birinci ildönümü ərəfəsində Baş Prokurorluq təhsil Nazirliyinə məktub göndərərək, ADNA-da və digər təhsil müəssisələrində mühafizə tədbirlərinin görülməsini tövsiyə etmişdi. Baş prokurorun 1-ci müavini Rüstəm Usubovun imzaladığı məktubda bildirilirdi ki, təhsil müəssisələrinin təhlükəsizliyinin qorunması üçün həmin müəssisələrin xüsusi mühafizəsi təşkil olunmalı, binalara giriş-çıxış qaydaları müəyyən edilməli, fövqəladə hallar zamanı binanın tərk edilməsi üçün xəbərdaretmə qurğusu və digər mühafizə sistemləri quraşdırılmalı, ehtiyat çıxışlar sərbəst olmalı, digər zəruri tədbirlər görülməlidir.
Məktubda Təhsil Nazirliyindən qeyd olunan məsələlərin həlli üçün tədbirlər görməsi və nəticələri barədə 1 ay müddətinə Baş Prokurorluğa məlumat verilməsi xahiş edilir.
Bir il yarım çəkən müzakirə
Yeri gəlmişkən, sentyabrın 11-də cəbhənin şimal-qərb istiqamətində əməliyyat keçirməyə cəhd edən erməni təxribat qrupunun məqsədi Azərbaycanda məhz orta məktəblərdən birində partlayış törətmək olub. Bunu təxribat törətmək üçün Azərbaycana keçməyə cəhd edərkən xüsusi xidmət orqanlarının yaxaladığı Manvel Mamikonoviç Sarıbekyan özü də istintaqa ifadəsində etiraf edib (ANS).
Bununla belə, ADNA-dakı terrordan sonra bu cür hadisələrin bir daha baş verməsinin qarşısını almaq üçün təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin gücləndiriləcəyi barədə deyilənlər söz-söhbətdən o yana gedə bilməyib. Bir neçə gün əvvəl APA-ya müsahibə verən Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Mədət Quliyev indiyədək respublikada fəaliyyət göstərən təhsil ocaqlarından onlara 34 müraciət daxil olduğunu və yalnız həmin məktəblərin Mühafizə İdarəsinin silahlı əməkdaşları tərəfindən mühafizə olunduğunu deyib. Onun sözlərinə görə, mühafizənin təşkili üçün təhsil müəssisələrinin hər biri Baş Mühafizə İdarəsinə müraciət etməlidir.
Mədət Quliyev müsahibəsində bir mühüm məqama da toxunub. Onun sözlərinə görə, bəzi təhsil müəssisələri mühafizə olunmaq üçün Baş Mühafizə İdarəsinə müraciət etsələr də vəsaitlərinin olmadıqlarını bildirirlər: “Belə olan halda biz həmin təhsil müəssisələrinin mühafizəsinə müəyyən köməklik göstəririk. Lakin ümumi götürəndə mühafizəni tam həyata keçirmək mümkün deyil. İstənilən obyektin mühafizəsi üçün lazım olan vəsait ödənilməlidir. Bu, birmənalı olaraq vacibdir”.
Mühafizə vacibdir...
Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə isə hesab edir ki, məktəblərin mühafizəsini təşkil etmək üçün yeganə problem vəsait çatışmazlığıdır. Onun sözlərinə görə, ölkədə fəaliyyət göstərən bütün təhsil müəssisələrinin mühafizəsini təşkil etmək üçün böyük həcmdə vəsait lazımdır. Ancaq bu, hələlik dövlətin imkanları xaricindədir.
Bayram Hüseynzadə vurğulayıb ki, bu gün məktəblərin hamısında gözətçi ştatı var və mülki şəxslər təhsil müəssisəsini qoruyur: “Ancaq onlar sadə adamlardır, mühafizəçi deyillər, nə bu sahədə bilik və bacarıqları var, nə də imkanları. Ona görə də bu işi hazırlıqlı mühafizəçilərə tapşırmaq daha yaxşı olar”.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı da məktəblərin mühafizəsinin peşəkarlara həvalə olunmasını vacib sayır. Onun sözlərinə görə, hazırda Bakı məktəblərinin yalnız 10 faizində mühafizə xidməti fəaliyyət göstərir: “Bəlkə heç 10 faiz də deyil. Bu çox cüzi göstəricidir, ona görə də həm məktəb rəhbərləri, həm də valideynlər təhsil müəssisələrinin mühafizə olunmamasından narahatdırlar”.
Zəminə xanım deyir ki, hazırda bəzi məktəblərdən valideynlərin təşəbbüsü ilə mühafizə xidmətləri yaradılıb. Məsələn, Bakının ən iri orta məktəbi olan 20 saylı məktəbdə Valideyn-Müəllim Assosiasiyanın təşəbbüsü və bilavasitə dəstəyi ilə bu məsələ artıq həll olunub: “Valideynləri özləri şəxsən özəl mühafizə xidmətlərinə müraciət edərək, bu məsələnin həllinə nail olublar. Mülki vətəndaşlardan ibarət həmin mühafizəçilər silahsız olsalar da, bu işdə peşəkardırlar. Səhər saat 8-dən 20.00-dək 3500 şagirdin təhsil aldığı məktəbdə növbətçi olan mühafizəçi kənar şəxsləri içəri buraxmır. Həmin mühafizəçilərin aylıq maaşını da valideynlər özləri ödəyir”.
...amma pul yoxdur
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi deyir ki, dövlət tərəfindən məktəbin qorunması üçün yalnız gözətçi ştatı ayrılır. Bu ştatda isə əməkhaqqı çox az olduğundan bu işi görənlər yalnız yaşlı insanlardır: “Ona görə də biz dəfələrlə müəssisə rəhbərlərinə müraciət etmişik ki, məktəbin təhlükəsizliyi məsələsini mümkündürsə, imkan daxilində özləri həll etsinlər. Yəni dərs müddətində giriş qapıları bağlansın, dəhlizlərdə növbətçi müəllimlər, yaxud yuxarı sinif şagirdlərindən kimsə bu işlərə nəzarət etsin”.
Bununla belə, Zəminə Əliyeva deyir ki, nə özəl mühafizə xidmətlərinə, nə də məktəblərin özlərinin təşkil etdiyi bu tip nəzarət üsulları zəmanətli deyil. Bu səbəbdən də məktəblərdə təhlükəsizlik tədbirlərinin dövlət səviyyəsində həyata keçirilməsi daha etibarlı olar.
Valideyn-Müəllim Assosiasiyasının (VMA) rəhbəri Təranə Şərifova isə deyir ki, onların istəyi hansı vasitə ilə olur-olsun, məktəblərin təhlükəsizliyini təmin edilməsinə nail olmaqdır. Onun sözlərinə görə, hazırkı şəraitdə məktəblərin mühafizəsini dövlət öz üzərinə götürə bilmirsə, bu problemin həllində valideynlər daha yaxından iştirak etməlidir: “İndi valideynlərin hamısı məktəb yaşlı uşaqlarına mobil telefon alıb verir. Bunu onlar xoşladıqları üçün eləmir, ona görə eləyirlər ki, məktəbə gedib-gələn uşaqları ilə vaxtaşırı əlaqə saxlasınlar, onların yolu keçə bilib-bilmədiklərini öyrənsinlər. Belə şeylərə görə valideyn narahat olur. Bu səbəbdən də məcburdurlar ki, uşaqlarına telefon alıb versinlər”.
3 manat üzvlük haqqı
Təranə Hacıyeva deyir ki, ADNA-dakı qanlı terrordan sonra valideynlərin məktəblərin təhlükəsizliyi ilə bağlı narahatlığı artıb. Bu səbəbdən də VMA-ya üzv məktəblərin valideynləri təhlükəsizlik xidmətlərinə müraciət edərək təhsil müəssisələrinin mühafizə olunmasını istəyib: “Artıq Bakıdakı bir çox məktəblərin Valideyn-Müəllim Assosiasiyası təhlükəsizlik xidmətləri ilə müvafiq müqavilə bağlayıb. Həmin müqavilədə valideynlər təhlükəsizlik xidmətləri əməkdaşlarına aylıq ödənişi öz üzərinə götürüb”.
Təranə Hacıyeva bildirir ki, mühafizə xidməti əməkdaşlarının maaşı valideynlərin özləri tərəfindən birbaşa deyil, onların VMA-ya ödədiyi üzvlük haqqından ödənilir. Onun sözlərinə görə, hazırda Bakı şəhərində valideynlərin hər bir uşaq üçün Assosiasiyaya ödədiyi üzvlük haqqının məbləği ən çoxu 3 manatdır. Ancaq 1 manat, 50 qəpik ödəyənlər də var. Bu vəsait isə məktəblərin mühafizəsindən, təmirindən tutmuş şagirdlərin asudə vaxtlarının təşkilinədək müxtəlif tədbirlərə sərf olunur.
Müsahibimiz söyləyir ki, hazırda Bakı şəhərində təxminən 50-yə yaxın məktəbdə mühafizə xidməti təşkil olunub. Valideyn-Müəllim Assosiasiyasının təşkil etdiyi mühafizə xidmətləri arasında həm dövlət, həm də özəl təhlükəsizlik qurumlarının əməkdaşları var. Ancaq hər iki halda məktəbi mühafizə edənlərin maaşını Valideyn-Müəllim Assosiasiyaları ödəyir.
Bakıda kameralı məktəblər var
Bundan başqa, Valideyn-Müəllim Assosiasiyaları bəzi məktəblərdə təhlükəsizlik kameraları da quraşdırmağa müvəffəq olub. Məsələn, hazırda 164, hətta şəhərdən bir qədər aralıda, Şüvəlanda yerləşən 156 saylı məktəbdə təhlükəsizliyə bu sistemlə nəzarət olunur. Bu kameralar məktəblərin həyətində, zallarda, giriş-çıxış qapılarında quraşdırılıb.
Bütövlükdə ölkə üzrə bütün ümumtəhsil məktəblərinin mühafizəsinə gəlincə, Valideyn-Müəllim Assosiasiyasının rəhbəri məsələyə fərqli yanaşır. Onun sözlərinə görə, kənd yerlərində hamı bir-birini tanıdığı üçün orada məktəblərin xüsusi mühafizəsinə ehtiyac yoxdur. Rayon mərkəzləri və şəhər məktəblərində isə bu, çox vacibdir.
“Ona görə də biz çalışırıq ki, ilk növbədə kontingenti böyük olan, yaxud da hər hansı təhlükə yaşana biləcək məktəblərin mühafizəsini təşkil edək. Çünki görürük ki, dövlətin bunu etmək imkanı yoxdur. Ancaq valideynlər çox narahatdır və məktəblərin mühafizəsi məsələsi onların sifarişidir” - deyə, VMA rəhbəri bildirib.
Uşaqları “qoca babalar” qoruyur
Orta məktəblərin mühafizəsinin necə təmin olunmasını yerində yoxlamaq üçün paytaxtımızın 6 orta ümumtəhsil müəssisəsində olduq. Əvvəlcədən qeyd edim ki, olduğumuz yerlərin heç birində təhlükəsizlik məsələsi kompleks halda həll olunmamışdı. Yalnız “İçərişəhər” metrostansiyasının yaxınlığındakı 132 və 134 saylı orta məktəblərdə mühafizə məsələsinə diqqətli yanaşıldığını hiss etmək olardı.
2 məktəbin 5 mühafizəçisi
Yeni təmirdən çıxmış 132-134 saylı məktəb kompleksində 5 mühafizəçi vardı. Amma onlardan heç biri xidməti geyimdə deyildi. Əllərindəki radioötürücü ilə bir-biri ilə əlaqə saxlayan bu şəxslər mülki geyimdəydi. Onları adi müəllim və ya valideynlərdən ayırmaq çətin idi. Məktəbin həyətinə daxil olmaqda isə heç bir problem yaranmadı. Qapının qarşısındakı mühafizəçi heç kimə “hara gedirsiniz?” sualı da vermirdi. Lakin binaların girişlərində dayanmış digər şəxslər yad adamları içəri buraxmırdı. Diqqətimizi çəkən başqa bir məqam isə məktəbin birinci mərtəbəsində üzü küçəyə açılan pəncərələrdəki dəmir barmaqlıqlar oldu.
...Zəng çalındı. İçəri keçdik. 132-134 saylı məktəblərdə sualımızı cavablandırmağa bir şəxs tapılmadı. Amma məktəbin girişində dayanmış Natiq adlı mühafizəçi bir çox mətləblərə aydınlıq gətirdi: “Hamımız şirkətin işçiləriyik, bizi göndəriblər bura. Maaşı da firmadan alırıq. Formamızı sifariş veriblər, bir-iki günə hazır olmalıdı. Amma nə yalan deyim, bizə silah verilməyib. Burda valideynlər sərbəst formada həyətə girə bilərlər, amma binaya ancaq müəllimlər və şagirdlər buraxılır”.
“Sovetski” məhəlləsində, Süleyman Tağıyev küçəsindəki (keçmiş Ostrovski küçəsi) 150 saylı orta məktəbin girişində də mühafizəçi dayanmışdı. Əynində forması da vardı. Amma bu mühafizəçinin təxminən 55-60 yaşı olardı və heç bir silahı, radioötürücüsü yox idi. Özü isə ciddi cəhdlə söyləyirdi ki, “silahım da var dubinkam da”. 150 saylı məktəbin direktorunun təsərrüfat üzrə müavini Telman Ələkbərov isə mühafizə işinə baxan qocanın yalan danışdığını dedi: “Yox, silahı-zadı yoxdu. Biz özümüz tanış firmaya müraciət etdik ki, belə bir adam tapsınlar, onlar da göndərdi. Maaşını da biz veririk. Valideynlər də mühafizəçinin olmasından razıdı”.
150 saylı məktəbə də yad insanlar, valideynlər asanlıqla daxil olub, çıxa bilirdilər. Məktəbin həyəti olmadığından valideynlər birbaşa binaya daxil olaraq, övladlarının əlindən tutub aparırdılar. Telman müəllim isə mühafizəçinin həmin adamları tanıdığını, ona görə də heç nə demədiyini bildirdi. Amma mühafizəçi həmin adamlar tanış olsalar da, onların çantasında nə olub-olmadığını müəyyənləşdirə bilməzdi.
Məktəbdə kamera quraşdırılıb
20 nömrəli məktəbin girişində iki mühafizəçi dayanmışdı. Girişi kənardan olan ibtidai siniflər korpusunu isə mülki geyimli şəxs qoruyurdu. Maraqlıdır ki, binaya daxil olarkən təxminən 40-45 yaşlı bu şəxs bizi salamlayaraq içəri buraxdı, kim olduğumuzu, niyə gəldiyimizi də soruşmadı. Ümumi girişdəki mühafizəçilər isə normal xidmət təşkil etmişdi, onlar növbəli olaraq qapının düz ağzında dayanır və yad adamları daxil olmağa qoymurdu.
Məktəbin təhlükəsizliyi ilə bağlı suallarımızı cavablandıran direktor Sabir Məmişov mühafizəçilərin Valideyn-Müəllim Assosiasiyası tərəfindən təşkil olunduğunu söylədi: “Nazirliyin imkanı çatmır ki, məktəblərin mühafizəsini də təşkil etsin. Dərslikləri, əyani vəsaitlərlə məktəbləri pulsuz olaraq təmin edirlər. Mühafizə işini isə Valideyn-Müəllim Assosiasiyası yerinə yetirir. Valideynlər özləri də bu işdə maraqlıdır. Onlar özləri dövlət qeydiyyatından keçmiş təşkilatdır və öz fondları, bank hesabları var. Mühafizəçilərə ayda 250 manat maaş verilir”. Sabir müəllim 20 nömrəli məktəbdə müşahidə kameralarının quraşdırıldığını da dedi: “Əsas girişdə artıq kamera da quraşdırılıb. Bütün günü monitorda gediş-gəlişə nəzarət etmək mümkündür. İbtidai siniflər olan korpusu mühafizə edən mülki şəxsə gəldikdə isə biz tezliklə onu dəyişmək fikrindəyik”.
Köçkün məktəbini heç kim qorumur
33 saylı Ağdam köçkün məktəbində isə nəinki mühafizəçi, heç dərs keçmək üçün adi şərait də yox idi. Bakı Dövlət Universitetinin yataqxanalarından birində yerləşən məktəbdə şagird də az idi.
...Zəngin çalınmasını gözlədik. Bu da böyük tənəffüs. Uşaqlar qayğısız, qorxusuz-ürküsüz dəhlizə çıxıb qaçışırlar...
Məktəbin direktoru Zoya Əsədova mühafizəni təşkil etməyə imkanlarının olmadığını dedi: “Bizim məktəbdə 236 şagird təhsil alır. Onların da əksəriyyəti yataqxanalarda yaşayan qaçqın ailələrin uşaqlarıdı, mən onlardan necə pul yığa bilərəm ki? Məktəbdə, ümumiyyətlə, pul yığılmır. Əgər dövlət mühafizəçi göndərərsə, lap əla olar. Amma bizim bundan əvvəl binaya ehtiyacımız var”.
Qeyd edək ki, ötən təhsil ilində Ağdam rayonundan ali məktəbə qəbul olunanlar arasında ən yüksək balı 33 saylı məktəbin şagirdi Əhmədzadə Nigar toplayıb (655 bal).
70 yaşlı jurnalist məktəbdə keşik çəkir
Şəhərin mərkəzində, Bülbül küçəsindəki 8 saylı məktəbin mühafizəçisi isə bəlkə də bu sahədəki ən yaşlı insandır. Təxminən 70 yaşlarında olan Abdulla Mövsümov bir neçə ildir ki, məktəbdə qarovulçu işlədiyini, bir müddət əvvəl isə məktəbin girişində bir stol qoyub oturduğunu dedi. Yeri gəlmişkən, məktəbin girişində qəribə bir elan vardı: “Bakı Təhsili” və “Azərbaycan müəllimi” qəzetlərindən başqa heç bir jurnalist qəbul edilmir. Maraqlıdır ki, 8 nömrəli məktəbi mühafizə edən ağsaqqalın özü də jurnalist çıxdı: “Mən özüm də jurnalist işləmişəm, “Xronika” qəzetində, “Naxçıvanın səsi” qəzetində yazılarım çıxıb. İndi söz veriblər, açılan kimi yenə qayıdıb orda işləyəcəm”.
Abdulla dayıdan məktəbi necə qoruduğunu da soruşduq. Dedi ki, yad adamları içəri buraxmır, həm də məktəbin qarşısında çox insanın toplaşmasına imkan vermir, vəssalam…
Elxan SALAHOV
[email protected]
Nizam Rza
[email protected]
Foto: Nizam Rza

2731