Kür daşqınları: tibbi-epidemioloji fəlakətdən necə yayınmalı? - TƏKLİFLƏR
Kür çayının əsas çirklənmə mənbəyi Ermənistan və Gürcüstan ərazisindəki kimya və metallurgiya istehsalat müəssisələridir
1. Tarixi ekskursiya
Kür daşqınları və onların təbii fəlakət olub-olmadığı haqda polemikada ilk növbədə hazırkı situasiyanın mahiyyətinə aydınlıq gətirmək tələb olunur. Təbii fəlakət nəyə deyilir? Təyininə baxaq: fövqəladə xarakter daşıyan və əhalinin normal fəaliyyətinin pozulmasına, insanların ölümünə, maddi nemətlərin dağılmasına və məhvinə gətirib çıxaran təbiət hadisəsinə fövqəladə hadisə deyilir. Zəlzələlər, vulkanlar, qar uçqunları, limnoloji qəzalar, meşə yanğınları, sürüşmələr, daşqınlar və s. bu qəbildəndir.
Daşqınlar isə çaylarda, göllərdə, dənizdə intensiv yağışlardan, qar əriməsindən, suyun güclü küləklə sahilə qovulması və digər səbəblərdən insanların sağlamlığına zərər yetirən, onların məhvinə səbəb olan, onlara maddi itkilər verən ətraf ərazilərin su basmasıdır. Çay daşqınlarının səbəbləri bunlardır:
a) su mənbəyində və ya onun basseynində suyun həcminin artması (qar və buzların əriməsi, intensiv yağışlar və leysanlar);
b) çayın hövzəsində çoxsaylı buz parçalarının olması;
c) lillərin və digər qarışıqların çökməsi nəticəsində çayın deltasının dərinliyinin (çay dibinin) azalması və onun su tutumunun aşağı düşməsi;
d) yeraltı və yerüstü çayların kommunikant şaxələrinin obturasiyası, drenaj sistemlərinin və kollektorların tutulması;
e) dənizkənarı rayonlarda güclü fırtına küləklərinin gücü ilə suyun geri qovulmasından yaranan qovucu daşqınlar;
f) sualtı zəlzələlər və vulkan püskürmələri nəticəsində dalğalardan baş verən daşqınlar – sunami.
Az (mülayim), yüksək, böyük və katastrofik daşqınlar ayırd edilir. Böyük daşqınlar 50-100 ildən bir, katastrofik daşqınlar isə 100-200 ildən baş verir. Hal-hazırda Kürdə baş verən daşqınlar böyü daşqın kimi tövsif edilə bilər.
Yer kürəsində daşqınların və digər təbii fəlakətlərin statistikası artan dinamika ilə davam edir. Keçən əsrin ikinci yarısında daşqınların sayı 10 dəfə artmışdır. Bu qlobal istiləşməyə gətirən ekoloji fəlakətlərdən qaynaqlanır. İnsanların sayının və məskunlaşmasının artması nəticəsində meşələrin intensiv qırılması və bütövlükdə floranın sıradan çıxarılması, atmosfer havasına həddən ziyadə yanma məhsullarının, xüsusilə də karbon qazının atılması, qlobal istiləşmə nəticəsində yerin şimal qütbündə okean buzlarının intensiv əriməsi, Yerdə həyatın qarantlarından biri olan atmosferin ozon qatının sürətlə azalması kimi ekoloji fəlakətlərə qarşı vaxtında və qətiyyətlə mübarizə aparılmazsa, vəziyyətin getdikcə dramatikləşəcəyi gözlənilir. Hesablamalara görə Yer kürəsində təxminən 1 milyard insanın məskunlaşdığı 3 mln. km2 ərazi daşqın təklükəsi ilə üz-üzədir. Hər il daşqınlardan yaranan maddi nemətlər itkisi 200 milyarda yaxındır.
Tarix boyu çoxsaylı insanların həyatına son qoyan katastrofik daşqınlar olub. Məsələn, arxeoloqlar, coğrafiyaçılar, tarixçi və etnoqrafların tədqiqatları artıq eramızdan əvvəl dördüncü və birinci minilliyin birinci yarısında Mesopotamiyada Dəclə və Fərat vadisində çoxsaylı insan tələfatı ilə nəticələnən daşqınların olmasını sübut etmişdir. Daşqınların artan dinamikası ilə bağlı tədqiqatların nəticəsi daha düşündürücüdür: Məsələn, eramızdan əvvəl XXI əsrdən XVI əsrədək Çindəki Xuanxe çayında daşqınlar hər 50 ildən bir baş verirdisə, eramızdan əvvəl 206-cı ilindən eramızın 25-ci ilinə qədər (Xen sülaləsinin hökmranlığı dövründə) hər 20 ildən bir 12 daşqın qeydə alınmışdır. Eramızın 618-ci ilindən 907-ci ilinə qədər Ten sülaləsinin hökmranlığı dövründə hər 9 ildən baş verən bir 31 daşqın müşahidə edilmişdir. Kinq sülaləsi dövründə 1644-cü ildən 1911-ci ilə qədər 0,55 ildən bir baş verən 480 daşqın qeyd edilmişdir. 1332-c ildə Xuanxe çayında baş verən daşqınlar və taun epidemiyası zamanı ölənlərin sayı 7 milyona yaxın olub. Bu çayda 1887-ci il daşqınlarında ölənlərin sayı rəsmi mənbələrdə 900 min nəfər göstərilir, qeyri-rəsmi mənbələr isə bu rəqəmin 2-6 milyon arasında olduğunu iddia edir. Təkcə, 1998-ci il 12 iyundan 30 avqusta qədər Çində baş verən və bütün ərazini əhatə edən daşqınların çayı 13 olmuşdur. Daşqınlar minlərlə insanın həyatına son qoymuş, Rusiya əhalisinin sayından 1,5 dəfə çox sayda insan zərər çəkmişdir.
XX əsrin ən iri daşqını 1970-ci ildə Qanqa çayının deltasında baş vermişdir: fırtınalı külıklə qovulan 10-metrlik dəniz dalğası 20 min km2 ərazini basmış, onlarla şəhər və kənd yer üzündən silinmiş, 1,5 milyon insan həlak olmuşdur. Daşqınlar bütün quyuları məhv etdiyindən zərərçəkmiş rayonlar susuz qalmış, minlərlə insan aclıqdan və vəba və yatalaq infeksiyasından tələf olmuşdur.
1953-cü ildə Niderlandda, Böyük Britaniyada və Almaniyada fırtına küləyinin gücü Reyn, Maas, Şelda və digər çayların hövzəsində suyun 2-4 metr qalxmasından yaranan daşqınlar nəticəsində 2 min adan həlak olmuşdur. Təkcə Niderlandda su 100 km-dən çox məsafədə ölkə ərazisinə daxil olmuş, 8% ərazini basmışdır.
Sankt-Peterburqda Neva çayının səviyyəsinin 4 metr yüksəlməsi və onun törətdiyi faciəvi hadisələrı A.S.Puşkin “Mis atli” əsərində qələmə alıb.
1883-cü ildə İndoneziyanın Krakatay vulkanının püskürməsi nəticəsində əməmlə gələn sunaminin hündürlüyü 40 metrə çatmışdır, nəticədə 36 min adam həlak olmuşdur. 1952-ci ildə Kuril adalarında baş verən sunami nəticəsində Şimali-Kurilsk şəhəri məhv olmuşdur.
Avropanın Atlantik sahillərində 15 metrlik su dalğalarının Portuqaliyanın Lissabon şəhərini basması nəticəsində 70 min adam ölmüşdür.
Daşqınların sayı artdıqca onların vurdugu ziyan – maddi nemətlər itkisi sürətlə armaqdadır. Əgər XX əsrin əvvəllərində daşqınların vurduğu ziyan 100 milyon dollarla ölçülürdüsə, son onilliklər bu rəqəm 10 milyarda yaxındır!
ABŞ-ın Hannover kolleci yanında fəaliyyət göstərən Dartmurt rəsədxanasının kollektivi 1996-cı ildən başlayaraq daşqınlar haqda məlumatları toplayır və onları araşdırır.
1997-1999-cu illərdə dünyada baş verən 339 daşqın nəticəsində 170 milyon insan həlak olmuş, 150 milyon insan müvəqqəti evakuasiya olunmuş, daşqınlardan dəyən ziyan isə 250 milyard dollardan çox olmuşdur.
Daşqınların nəticələrinin aradan qaldırılmasına çəkilən xərclər çox böyükdür. Ona görə də daşqın təhlükəli rayonlarda bunun qarşısını almaq üçün təsirli tədbirlər planı görmək lazımdır.
2. Kür daşqınları
Kür çayı Zaqafqaziyanın ən iri çayı olub, uzunluğu 1.364 km-dir, basseyninin sahəsi 188 min km2-dir. Türkiyənin Qars əyalətində Kisirin dağının ətəklərindən, Böyük və Kiçik Qafqaz dağlarının yamaclarındakı qollardan başlanğıc götürür və üç ölkənin Gürcüstan, Türkiyə və Azərbaycanın ərazisindən keçib Xəzər dənizinə tökülür. Arsian sıra dağlarından Kür ən iri qollardan birini – Kvablianini qəbul edir. Onun əsas qolu Araz İran ərazisində yerləşir mənsəbinə 236 km qalmış Kürə tökülür. Kürün əsas qolları – Böyük Liaxvi, Çisandon, Araz, Xrami və Alazani, Araqvidir.
Kür çayının qidalanma mənbəyi qarışıq olub, 36% qar, 30% yeraltı (süxur suları), 20% yağış (atmosfer suları) və 14% buzlaq sularından formalaşır. Bu cür qidalanma mənbəyi müxtəlif vaxtlarda sel təhlükəsi yaradır.
Türkiyə və Gürcüstan sərhədində 30 m³/san, Tbilisidə 205 m³/san, Mingəçevirdə 402 m³/san, mənsəbində 575 m³/san təşkil edir. Su axarının gur vaxtı - sel (70%-ə qədər) yaz fəslinin üzərinə düşür. Yaz seli martdan başlayır, bəzən iyuna qədər davam edir.
Kürün suyu bulanıqdır, çay ayağında (aşağı axarında) bulanıqlıq 1900-2325 q/m³ arasında tərəddüd edir. Deltasının sahəsi 100 kv km2-dir.
Kür üzərində yerləşən şəhərlər bunlardır: Borjomi, Qori, Msxeta, Tbilisi, Rustavi, Mingəçevir, Yevlax, Sabirabad, Şirvan, Salyan.
Hövzəsində uzunburun balıq, ağ balıq, nərə balığı, ilanbalığı, suf balığı ovu ilə məşğul olan vətəgələr vardır. SSRİ vaxtı çayın yuxarılarından Tbilisiyə qədər meşə ağacı axıtmaq üçün istifadə edilib. Çay Yevlaxdan Xəzər dənizinə qədər 480 uzunluqda gəmi yolu üçün yararlıdır.
Kür üzərində Çitaxevi, ZAQES, Ortaçala və Mingəçevir hidroelektrik stansiyaları (HES) fəaliyyət göstərir. Bu HES-lərin bəndləri daşqınlar və sel zamanı suyun səviyyəsinə nəzarət etmək üçün istifadə edilir. Mingəçevir HES 605 kv km2 sahəyə malik olub Azərbaycanın ən böyük şirin su ehtiyatıdır. Bununla yanaşı Kürdən suvarma üçün istifadə edilir.
Kürün ekoloji vəziyyəti son dərəcə pisləşmişdir. Çaya müntəzəm olaraq təmizlənməmiş, zərərli istehsalat və məişət tullantıları atılır. Zərərli maddələrin miqdarı yol verilən həddən 10 dəfəyə qədər çoxdur!
8 milyondan çox adam Kürə çirkab suları axıdır. Əsas çirklənmə mənbəyi isə Ermənistan (İrəvan ətrafında, Debed çayı vasitəsilə) və Gürcüstan (Tbilisi və Rustavı ətrafında) ərazisindəki kimya və metallurgiya istehsalat müəssisələridir. Ermənistanın Allahverdi şəhərində və Qafan-Qacaran ərazisində yerləşən mis-molibden hasil edən kombinat bu zərərli mənbələrdən biridir ki, onun istehsalat tullantıları Araza, oradan isə Sabirabad yaxınlığında Kürə tökülür. Çirklənmənin digər mənbəyi kənd təsərrüfatı məhsullarıdır (azot gübrələri, DDT və digər pestisidlər). Kür çayında üzvi maddələrin, ağır metalların, fenolun, sianitin, ammonyakın miqdarı artmaqdadır. Mis şaxtaları ciddi çirklənmə mənbələrindən biri hesab olunur.
Arazın çirkli sularının ən yüksək qatılığı Naxçıvanda qeydə alınmışdır.
Adı çəkilən istehsalat tullantıları maddələr mübadiləsinin pozulmasına, irsiyyət və nəsilartırma kimi genofondun sağlamlıq durumunu şərtləndirən funksiyaların pozulmasına – nəslin cırlaşmasına, anomaliyaların, eybəcərliklərin, əlilliyin artmasına gətirib çıxarır, kanserogen (bəd xassəli şişlər yaratma), embriotoksik (rüşeymə toksiki təsir edən) təsir göstərir.
Nəzərə alsaq ki, Hacıqabulun Talış kəndindən başlayan Kür-Bakı su kəməri demək olar ki, bütün Azərbaycanı (Bakı və Sumqayıtın 80%-ni) su ilə təchiz edir, situasiyanın nə qədər ciddi olduğunun fərqində olmamaq mümkün deyil. Su təchizatının yalnız cüzi bir hissəsi Ceyranbatan və Şollar su hövzələrinin payına düşür.
Məlumatlara əsasən, 2010-cu il Kür daşqınları zamanı 20 mindən çox ev su altında qalmış, 300-dən çox ev dağılmış, 50 min hektara yaxın ərazini su basmışdır. Ölkənin şərq hissəsində Şirvan ərazisində Kür seli çay səddini dağıtmış və Bayramlı qəsəbəsini basmışdır.
3. Görüləcək tədbirlər
3.1. Çirkləndirici maddələrin bütün transsərhəd keçid məntəqələrində operativ nəzarət xidməti yaradılmasına və onun fəaliyyət mexanizmi haqda əsasnamə hazırlanmasına ehtiyac var. Belə ki, Azərbaycan ərazisinə qonşu dövlətlərdən başlanğıc götürən bütün çayların və su mənbələrinin sərhədi keçdiyi zonalarda su çirkləndiricilərinə stasionar sanitar-epidemioloji və texniki nəzarət stansiyaları təşkil etmək lazımdır. Bu stansiyalarda suyun kolititri, onun kimyəvi və kolloid tərkibi, zərərli maddələrin və kontaminatların konsentrasiyasına nəzarət sistemi, onların utilizasiyası və təmizlənməsi qurğularının quraşdırılması həyata keçirilməlidir.
3.2. Hacıqabulun Talış kəndində yerləşən bioloji su süzgəclərinin təcili surətdə yenisi ilə əvəz edilməsi sürətlənməlidir.
Proqnozlara görə, qlobal istiləşməsinin artımı, iqlim dəyişikliyi (yağıntıların artması, buzların əriməsi, okean səviyyəsinin artması) və əhali artımı nəticəsində çay vadisinin durmadan mənimsənilməsi daşqınların sayının artmasına və onun dağıdıcı gücünün artmasına gətirib çıxaracaq. Daşqınların törətdiyi ağır nəticələrin ləğvinə sərf olunan xərclər onun qarşısının alınması üçün nəzərdə tutulan preventiv tədbirlərin məsrəflərindən qat-qat böyükdür.
Preventiv tədbirlər planı nədən ibarətdir:
3.3. Çay vadisinin və torpaq örtüyünün, flora və faunanın quruluşu və relyefi, suyun keyfiyyəti, daşqınların baş vermə müddəti və sonrakı dövrdə insanların sağlamlığına dəyən zərərin qeydiyyatı metodikasının işlənib hazırlanması;
3.4. Sel və daşqın təhlükəli ərazilərin təsərrüfat məqsədilə istifadəsi zamanı, həm çayların vadisində, həm də dəniz kənarında təfsilatı ilə iqtisadi və ekoloji araşdırma aparılmalıdır. Bu zaman bu ərazilərin istifadəsi zamanı mümkün iqtisadi nəticənin alınması və bununla yanaşı, daşqınlardan törədə biləcək mümkün ziyanları minimuma endirmək imkanları nəzərdən keçirilməlidir;
3.5. Sel və daşqınların qarşısını almaq üçün görüləcək tədbirlər kompleks aparılmalıdır. Bunun üçün yerli geoloji coğrafi situasiyanın nəzərə alınması, çay vadisinin yeraltı çaylarla olan kollektorlarının, drenaj sisteminin və çayın təbii uzunluğunun qorunması mühüm şərtdir. Bu qaydalar pozulduqda çay vadisinin su tutumu azalır və sel zamanı daşqın təhlükəsi reallaşır və vurulan zərər proqnozlaşdırılandan dəfələrlə çox ola bilər.
Buna misal olaraq, Macarıstanda Tissa çayının orta və aşağı axın yerlərindəki ərazilərin seldən mühafizəsi üçün görülən tədbirlərin nəticəsini göstərmək olar. Sel sularının çay vadisindən keçmə qabiliyyətini təmin etmək üçün çayın mənfəzi qıvrım yerlərdə düzəldildi, dərinləşdirildi və nəticədə çayın uzunluğu 480 km qısaldı. Nəticədə çayın əl gəzdirilməyən yerləri uçmağa başladı. 1879-cu il selləri zamanı dərinləşdirilmiş və düzəldilmiş sahələr adi haldakından daha çox suyu buraxsa da, əl dəyməyən sahələrdə suyun səviyyəsi daha da qalxdı və bəndlər çox yerdən dağıldı, böyük bir ərazi suya qərq oldu. Seqed şəhəri demək olar ki, tamamilə dağıldı.
Ona görə çayın vadisinin bütün uzunluğu boyu eyni həcmdə su tutumu təmin edilməlidir.
3.6. Daşqınları güclənməsinə şərait yaradan amillərin (meşələrin qırılması) qarçısısnın alınması, potensial daşqınlar təhlükəsi olan ərazilərdə təsərrüfat fəaliyyətinin elə formalarına icazə verilməlidir ki, daşqınlar zamanı dəyən ziyanın miqdarı mümkün qədər az olsun. Bunun üçün daşqınlar üzrə dəqiq rayonlaşdırma və xəritəçəkmə işləri aparılmalıdır.
3.8. Torpağın və təsərrüfat obyektlərinin mühəndis qurğularının mühafizəsi ətraf mühitin minimal dəyişikliyi şəraitində etibarlı şəkildə aparılmalıdır.
3.9. Daşqınların proqnozlaşdırılması və əhalinin mümkün daşqınların başlanma vaxtı, onun səviyyəsi və müddəti, ehtimal edilən nəticələri və daşqınlardan əvvəl, daşqınlar vaxtı və sonra əvvəlcədən planlaşdırılması vacib olan görüləcək tədbirlər barədə xəbərdar edilməsi sistemi yaradılmalıdır. Bu məqsədlə hidrometeoroloji situasiyanın müasir səviyyədə dinamik müşahidəsi tələb olunur. Bütün bunlar müvafiq mərkəzi və yerli dövlət strukturları, qeyri-hökumət təşkilatları və mütəxəssislərin müştərək, uzlaşdırıcı fəaliyyəti ilə həyata keçirilməlidir.
3.10. Daşqın təhlükəsi olan ərazilərdə icbari və könüllü sığorta sistemi yaradılmalıdır. Bu sistemlə bütün müdafiə tədbirlərinə baxmayaraq daşqınların vurduğu zərərin kompensasiyası həyata keçirilə bilər.
4. Həyata keçirilməsi mühüm olan tibbi, sanitar-epidemioloji tədbirlər
4.1. malyariyanın endemik zonasına (yayılma arealına) aid olduğundan təcili olaraq aşağıdakı tədbirlər görülməlidir:
a) gölməçələrin qurudulması (bu məqsədlə xüsusi təyinatlı çirkli su vurmağa hesablanmış iri nasoslardan istifadə edilməsi məqsədəuyğundur);
b) Anopheles növü olan malyariya ağcaqanadlarının məhv edilməsi; malyariya ağcaqanadlarının əsas qidası qan və şəkər olduğundan daha zərərsiz insektisidlərdən və repellentlərdən istifadə edilməlidir, şəkər mənbəyi olan, həmin ərazilərdə bitən və hətta quraqlıqda belə solmayan bitkilərin (məs., akasiya) bitki və heyvanlar üçün az zərərli insektisidlərlərin (məsələn spinosad) şəkərlə qarışığı ilə püskürülməsi. Hazırda Bat Universitetinin (University of Bath) bioloqlarının hazırladığı bioloji metodla - malyariya ağcaqanadlarının Wolbachia bakteriyalarının köməyi ilə məhv edilməsi kimi ən müasir və ekoloji təhlükəsiz üsuldan istifadə daha məqsədəuyğundur.
c) əhaliyə preventiv tədbir kimi malyariya əleyhinə dərmanların verilməsi;
d) perspektivdə kənd təsərrüfatı zərərvericilərinin və ağcaqanadların məhvi üçün pestisidlərdən istifadə tamamilə qadağan olunmalıdır.
4.2. Su basmış evlərin zirzəmilərində, divarlarında döşəmə və tavanının taxta və ya plastik örtüyü altında, çardağında, ot tayalarında, anbarlarda tam qurutma işi aparılmalıdır. əks halda Aspergilles növündən olan qara rəngli yayılan göbələyin (əsasən Aspergillus fumigatus) inkişafı üçün şərait yaradır. Bu göbələk isə ağır bronx-ağ ciyər aspergillözü xəstəliklərinin yayılmasına yol aça bilər. ABŞ-da Katerina qasırğası və daşqınından sonra su basmış evlərdə analoji vəziyyət yaranmışdı.
4.3. Zərərçəkmiş, evakuasiya olunmuş əhaliyə psixoloji yardımın göstərilməsi, onların dispanserizasiyası, müəyyən müddət üçün müayinə monitorinqinin həyata keçirilməsi;
Adil Qeybulla
Tibb elmləri doktoru, professor

2174