Qarabağa aparan yol - ARAŞDIRMA
Torpaqları işğal altında olan ölkə hər an müharibəyə hazır olmalıdır. Müharibədə isə silahdan da öncə vətənpərvərlik əsas rol oynayır. Cəmiyyətdə vətənpərvərlik hissinin daim yüksək olması, gənclərin vətənpərvər ruhda böyüməsi lazımdır. Bu baxımdan müharibə veteranlarına və əlillərinə qayğı çox mühümdür.
Bəs Azərbaycanda vəziyyət necədir?
Rəqəmlərin dili
2009-cu ilin statistikasına görə, ölkəmizdə 440 minə yaxın əlil var və onların 11 minə yaxını Qarabağ müharibəsi əlilidir. Ötən illərdə Prezident Heydər Əliyevin tapşırığı ilə ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı hazırlanıb. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun müddəaları öz əksini tapıb. 1997-2003-cü illərdə 1153 nəfər əlilin xaricdə müalicəsi təşkil olunub. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinin, bu yolda fiziki sağlamlığını itirən insanların, müharibə veteranlarının mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində də əhəmiyyətli işlər görüb. 1997-2003-cü illərdə 508 belə ailə mənzillə, 138 ailə isə fərdi evlə təmin olunub. 1998-2002-ci illərdə 1090 nəfər əlilə minik avtomobili verilib.
Prezident İlham Əliyev əlillərin, şəhid ailələri və müharibə veteranlarının sosial müdafiəsi istiqamətində addımlar atıb, fərman və sərəncamlar imzalayıb. Prezident İlham Əliyevin “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2005-ci il 14 iyul tarixli fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanlarına 600 manat məbləğində Prezident təqaüdü təyin edilib. Həmin şəxs vəfat etdikdə təqaüd onun ailə üzvlərinə ödənilir. “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli, “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 dekabr tarixli Fərmanlarına əsasən isə bu kateqoriyadan olan şəxsləri nəzərdə tutan müvafiq təqaüdlər təsis olunub.
Əlil və şəhid ailələri üçün 2006-ci ildə 434, 2007-ci ildə 943 mənzil istifadəyə verilib. 2008-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 396 mənzil tikilib. 2009-cu ildə bu rəqəm 707 olub. Prezident İlham Əliyev Cəlilabadda əlil və şəhid ailələri üçün dördmərtəbəli, 36 mənzilli yaşayış binasının istifadəyə verilməsi mərasimində deyib ki, hökumət Qarabağ əlillərinin və şəhid ailələrinin bütün qayğılarını, ehtiyaclarını təmin etməyə çalışmalıdır: “Onlar Vətən uğrunda vuruşublar, əlil olublar, sağlamlıqlarını itiriblər. Şəhid ailələrinin qohumları öz yaxınlarını itiriblər. Onlar Vətən uğrunda şəhid olublar. Azərbaycan dövləti bu insanlara öz qayğısını əsirgəməməlidir. Gözəl evlərin tikintisi, digər tədbirlərin görülməsi bizim borcumuzdur. Keçən il 707 mənzil istismara verilib. Bu il də təxminən 700 mənzil istismara veriləcək. Ancaq biz elə etməliyik ki, heç olmasa növbəti 3-4 il ərzində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin bütün məişət problemləri həll olunsun. Hələ ki, növbədə dayananlar var və biz onların da problemlərini tədricən həll edəcəyik”.
Qanuvericilikdə hər 25 iş yerindən biri əlillər üçün nəzərdə tutulub
Minik maşını ilə təmin olunan əlillərin də sayı artır. 2003-2007-ci illərdə 824 əlil avtomobillə təmin olunub. Təkcə 2007-ci ildə dövlət başçısının tapşırığı ilə əlillərə paylanılmaq üçün respublikaya 404 ədəd “Oka” markalı avtomobil gətirilib. Ümumilikdə 1998-ci ildən 2009-cu ilin dekabrına qədər 1811 nəfər maşınla təmin olunub. Onlardan 1443 nəfəri Qarabağ müharibəsində sağlamlığını itirmiş soydaşlarımız, 252 nəfəri Böyük Vətən müharibəsi veteranıdır. 116 maşın isə Naxçıvan Muxtar Respublikasında yaşayan əlil həmvətənlərimizə paylanıb. 2007-ci ildə 400 əlilə avtomobil verilib. 2009-cu ildə bu rəqəm 500 olub.
Onu da qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun 2010-cu il büdcəsində əlillərin sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsi və əlillərin sosial müdafiəsi orqanlarının saxlanılması üçün 3 718 min manat, əlillik problemi ilə bağlı informasiya təminatının, əlillərin yaradıcılıq və asudə vaxtlarının, idman və bədən tərbiyəsi üzrə tədbirlərin təşkilinə 715 min manat, əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpasına 603 min manat, əlillərə maddi və texniki yardımın təşkilinə 700 min manat, əlillərin sosial müdafiəsi orqanlarının saxlanılmasına 1 milyon 700 min manat ayrılıb.
Hər il prezident İlham Əliyevin fərmanı ilə Qarabağ əlillərin əllik müavinətləri daim artırılıb, yaşayış minimumuna uyğunlaşdırılıb, ötən il prezidentin fərmanı ilə həmin qrup insanlara ikinci müavinətin verilməsi onlara böyük dəstək olub. Bu gün əlillərə həm dövlətin öz xətti ilə, həm də sığorta haqqına görə yardımlar edilir. Digər tərəfdən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əlillər üçün qanunvericilikdə nəzərdə tutulmuş qaydada kvota müəyyən edilir. Azərbaycan qanunvericiliyinə görə, hər 25 iş yerindən biri əlillər üçün nəzərdə tutulub. Yaradılmış və kvota müəyyən edilmiş iş yerlərinə əlillərin işə göndərilməsi dövlət əhalinin məşğulluğu sisteminin yerli orqanları tərəfindən həyata keçirilir. İşə düzəlmək üçün əlillərə verilmiş göndəriş mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq bütün müəssisələr və təşkilatlar tərəfindən qəbul edilməlidir.
Müharibə əlillərinin, onlara bərabər tutulan şəxslərin, 20 Yanvar əlillərinin və digər kateqoriyadan olan I və II qrup əlillərin növbədənkənar telefon çəkdirmək hüququ var.
Mövcud qanunvericilikdə Qarabağda döyüşmüş, orda əlil olmuş insanların cəmiyyətə inteqrasiyası ilə bağlı kifayət qədər baza var.
Göründüyü kimi, qanunvericilik bazasında da kifayət qədər güzəştlər və imkanlar nəzərdə tutulub. Ancaq bəzən ortaya çıxan problemlər göstərir ki, cəmiyyətdə bu qanunvericiliklə bağlı məlumatlar azdır, insanlarımızın əhəmiyyətli qismi bundan xəbərsizdir. Ona görə də müəyyən hallarda əlillər bu güzəşt və imkanlardan yararlana bilmirlər. Məmurlarımızın da üzərinə mühüm missiya düşür. Onlar da vətənpərvərlik mövqeyindən çıxış etməli, bu Vətən uğrunda sağlamlığını, ailə başçısını itirmiş insanların qapısını özləri döyməlidirlər. Çünki Azərbaycan bu torpaqda yaşayan hər kəsin Vətənidir. Qarabağın azadlığına aparan yol da müharibə veteranları və əlillərinə qayğıdan başlayır...
Ramiz Mikayıloğlu
PS. Yazı Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin “Əlil, veteran və şəhid ailələrinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı dövlət siyasətinin təbliği” layihəsi çərçivəsində keçirdiyi yazı müsabiqəsinə təqdim olunur.

1039