Faiq Şahbazlı: “Dərsliklərdə bilmədiyiniz qüsurlar da var...” - MÜSAHİBƏ
Təhsil Nazirliyinin nəşriyyat və dərslik şöbəsinin müdiri Faiq Şahbazlının Lent.az-a müsahibəsi.
“Yol vermərəm, kimsə onun övladlarının adını mənim yanımda hallandırsın”
- Faiq müəllim, Lent.az-da dərsliklərlə bağlı araşdırma yazılarımıza etiraz etdiyiniz haqqında mən də məlumatlıyam. Bu yazılarda Sizi narazı salan məqamlar nə idi?
- İlk növbədə məni yazının başlığı (“Dərslik bəlası: gələcəyin altını qazmaq necə olur”) qane etmir. Hesab edirəm ki, bu, çox aqressiv yanaşmadır. Mən İlham Tuması yaxşı ziyalı kimi tanısam da, dərslik sahəsində təcrübəli şəxs kimi tanımıram, bu yazıdakı ifadələri də qəbul etmirəm. Ona görə ki, yazıda qərəz hiss olunur. Necə Siz deyirsiniz, korrupsiya qoxusu gəlir, mən də deyirəm ki, bu yazıdan korrupsiyalı sifariş qoxusu gəlir. Əvvəla ona görə ki, heç bir araşdırma aparılmadan yazıya bu cür başlıq verilib. Respublikada dərslik siyasətini Təhsil Nazirliyi həyata keçirir və bu məsələ ilə bağlı bütün məsuliyyət adıçəkilən nazirliyin üzərinə düşür. Bu siyasətin həyata keçirilməsinə rəhbərlik edən şəxslərdən biri olaraq məsuliyyətimi bilirəm. Dərslik hazırlığı çox ciddi məsələdir. Dərsliklə bağlı yazıda müəyyən adamların adı çəkilir. Məsələn, yazınızda Əlövsət Osmanlının fikirlərini verirsiniz. O, Təhsil Nazirliyindən incik adamdır. Ona görə ki, Ə. Osmanlı 2008-ci ilə qədər, təxminən 10 ildən artıq bir dövrdə ibtidai siniflərin birinci, ikinci, üçüncü, dördüncü siniflərinin Riyaziyyat, Həyat bilgisi dərsliklərinin müəllifi olmaqla yanaşı naşiri, “Əlifba” və “Musiqi” dərsliklərinin isə naşiri olub. 2008-ci ildə kurikuluma uyğun olaraq, dərslik tenderi elan etdik. Onun da dərsliyini qiymətləndirməyə təqdim etmişdik. Qiymətləndirmənin birinci mərhələsində onun müəllifi olduğu dərslik keçməmişdi. Ancaq digər müəllifin dərsliyi Ə. Osmanlının dərsliyindən 10 bal yuxarı qiymət almışdı. Qaydalara əsasən ən çox bal toplayan təklifi təkrar işlənməyə təqdim etməli idik. Lakin ilk təcrübə olduğu üçün və Əlövsət müəllimi tanıdığımızdan biz ona da şərait yaratdıq ki, ikinci mərhələdə iştirak etsin. Ə. Osmanlı ilə dəfələrlə danışdım, ona bildirdim ki, sənə şərait yaradırıq, apar dərsliyini düzəlt və ikinci mərhələyə təqdim et. Lakin o bizə etirazını bildirdi ki, mənim kitabımdan başqa kitab keçə bilməz və. s. Yəni, Ə. Osmanlı bizim təklifimizdən imtina etdi. Onu da deyim ki, bizim aramızda dostluq münasibətləri olub. Ancaq təəssüf ki, o mənim, övladlarım haqqında tərbiyədən kənar fikirlər səsləndirir. Mən isə ona yol verə bilmərəm ki, kimsə onun övladlarının adını mənim yanımda hallandırsın.
- Faiq müəllim, gəlin detallara keçək...
- Mən detallar ətrafında danışıram. Digər dərslik müəllifi bir ay müddətində dərsliyi bizə təqdim etdi. Lakin bundan hələ on gün sonra da Ə. Osmanlını gözləməli olduq. Sonradan o, ikinci mərhələdə iştirak etməyəcəyini bildirdi. Bundan sonra digər müəllifin kitabı qaldı. Qiymətləndirmə Şurası da həmin dərsliyi müsbət qiymətləndirdi və bununla bağlı qərar verdi. Onu da qeyd edim ki, mən qiymətləndirmənin içində yoxam. Sadəcə, mən bu siyasəti həyata keçirən şöbəyə rəhbərlik edirəm.
“Satınalmalar üzrə Dövlət Agentliyi səhv edib...”
- 2012-ci ildə tender niyə ləğv olundu?
- Bəli, 2012-ci ildə keçirilən tenderə xitam verildi. Bu ilə qədər keçirdiyimiz bütün tenderlər Satınalmalar üzrə Dövlət Agentliyinin razılığı ilə iki mərhələdə həyata keçirilib. Ötən ilin sentyabrında tender elan edildi. Və mən Təhsil Nazirinin əmri ilə tender komissiyasına sədr təyin edildim. Tender komissiyasında İqtisadi İnkişaf və Maliyyə nazirliklərinin nümayəndələri də təmsil olunur. Bu ilin mayın 1-nə qədər təklifləri qəbul etdik. Mayın 2-də ilk iclasımızı keçirdik. Həmin iclasda əlyazmalarını kodlaşdırdıq və bundan sonra Qiymətləndirmə Şurasına təqdim etdik. “Çaşıoğlu” Nəşriyyatı Satınalmalar Agentliyinə şikayət etmişdi ki, Faiq Şahbazlı nəşriyyatlardan biri ilə əməkdaşlıq edir. 2011-ci ilin sentyabrından mən tender komissiyasına sədr təyin edilmişdim. Bu ilin may ayında da qiymətləndirmə başladı. “Çaşıoğlu” nəşriyyatında dərsliklərlə mənə təhdid dolu zənglər edilib. Mən “Çaşıoğlu” Nəşriyyatının rəhbəri Hikmət müəllimə bildirmişəm ki, bu, tenderdir və dərslikləri qiymətləndirmək Qiymətləndirmə Şurasının işidir. Həmin Şura üzvlərinə və ekspertlərə yaxşıya pis, pisə yaxşı yazmaları ilə bağlı söz deməyi şərəfsizlik hesab edirəm. Dərsliyin adi bir səhvinə görə hamıdan çox mən “döyülürəm”. İstəyirəm ki, dərsliklərimiz yaxşı olsun. Nazir Misir Mərdanovun bizim qarşımıza qoyduğu məsələ də budur. İclas başlayan zaman Satınalmalar üzrə Dövlət Agentliyindən məktub gəldi ki, sizdən şikayət var və qiymətləndirmənin nəticələrini açıqlamağı yeddi gün gözləməlisiniz. Yeddi gün on gün oldu. Axı, biz gecikirdik. Bundan sonra yenidən Dövlət Agentliyindən məktub gəldi ki, “Çaşıoğlu” Nəşriyyatından qiymətləndirmə ilə bağlı şikayət var. Onu da vurğulayım ki, adıçəkilən nəşriyyatın rəhbəri mənə kitablarının tenderdə keçməyəcəyi təqdirdə tenderin nəticələrini ləğv etdirəcəyini bildirmişdi. Bununla bağlı Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru İskəndər Çəndirlinin qəbulunda oldum. Agentlik rəhbərinin nəzərinə çatdırdım ki, “Çaşıoğlu” Nəşriyyatının rəhbəri mənə bu cür fikirlər bildirib.
- Axı, bir nəşriyyat direktorunun sözü ilə agentlik tenderin nəticələrini ləğv edə bilməz. Başqa səbəb nədir?
- “Çaşıoğlu” nəşriyyatının rəhbəri deyir ki, Faiq Şahbazlı “Altun kitab” nəşriyyatının direktoru ilə birgə kitab müəllifi olub. Qanunda yazılıb ki, nəşriyyatın əməkdaşı və ya vəzifəli şəxsi tenderə rəhbərlik edə bilməz. Mən nə həmin nəşriyyatın rəhbərliyində çalışmışam, nə də əməkdaşı olmuşam. Sadəcə, həmin nəşriyyatda və onun əməkdaşı ilə birlikdə dərslik yazmışam. Yəni heç bir qanun pozuntusuna yol verməmişəm.
- Faiq müəllim, axı, müəllifi olduğunuz kitaba özünüz necə obyektiv qiymət verə bilərsiniz?
- Əvvəla dedim ki, mən qiymətləndirmədə iştirak etmirəm. İkincisi, mən indi yazılan dərsliklərin müəllifi deyiləm.
- Belə çıxır ki, Satınalmalar üzrə Dövlət Agentliyi səhv edib?
- Əlbəttə, səhv edib. “Çaşıoğlu” nəşriyyatının təqdim etdiyi beş kitabdan biri keçsə də, dördü keçmədi. Həmin kitablar aşağı qiymətləndirilib. Bu, Qiymətləndirmə Şurasının qərarıdır.
“Müəllif Naima Qəhrəmanova ilə görüşəcəyəm”
- Çap olunan dərsliklərdə plagiat hallarına da rast gəlinir. Birinci sinif riyaziyyat dərsliyində üsullar, məsələlər bir yana, müəlliflərin hətta şəkilləri də olduğu kimi "kopi-past"edilib. Axı, bu, qiymətləndirmə meyarlarına uyğun deyil. Baxmayaraq, deyirsiniz ki, bizim yazıdan sifariş qoxusu gəlir. Amma bilirsiniz, mən sifarişlə yazan adam deyiləm.
- Mən dedim ki, Sizə sifariş olunan mövzudan bu qoxu gəlir. Siz də tamam üzdən, özünüzün pafosunuza uyğun olaraq, belə “oxunaqlı” yazı ərsəyə gətirmisiniz.
- Axı araşdırmada Sizin də fikriniz öyrənilib...
- Qeyd edim ki, hər bir plagiat faktına görə, müəllif məsuliyyət daşıyır. Siz belə halları müəllifin özünün də nəzərinə çatdıra bilərsiniz.
- Siz Təhsil Nazirliyində dərslik siyasətinə rəhbərlik edən şəxssiniz. Siz də cavabdehsiniz. Məsələn birinci, üçüncü, beşinci sinfin riyaziyyat dərslikləri ilə bağlı narazılıqlar var...
- Siz bu problemləri mənim nəzərimə çatdırırsınız. Mən də həmin dərsliyin müəllifi Naima Qəhrəmanova ilə görüşəcəyəm. TQDK-da riyaziyyat dərsliyi ilə bağlı seminar keçiriləcək (artıq keçirilib – red.). Həmin qurum həmçinin dərsliklərinin monitorinqi ilə bağlı nəticələri də açıqlayacaq. Bu məsələ ilə bağlı müzakirələrimiz olacaq. Həmçinin, plagiat halları ilə bağlı Müəllif Hüquqları Agentliyinə müraciət etmək olar. Əgər onlar plagiat faktını təsdiqləsələr, həmin müəlliflərlə bağlı cəza tədbirimiz olacaq.
- Çox sevinirəm ki, Təhsil Nazirliyi olaraq, plagiat məsələsinə ciddi diqqət ayıracaqsınız...
- Biz o dərsliklərin nöqtəsinə, vergülünə, bütün səhvlərə görə cavabdehik. Ekspertlər bütün hallarda dərslikdə köçürmələrin olub-olmadığını müəyyən edə bilməzlər. Əgər dərsliyi biz təsdiq etmişiksə, orada plagiat hallarına rast gəlinirsə, bu, çox pis haldır.
- Bu məsələdə Təhsil Nazirliyinin məsuliyyəti nədir?
- Təhsil Nazirliyinin bu məsələdə məsuliyyəti ondan ibarətdir ki, plagiat faktları aşkarlandıqda, həmin dərslik müəllifi növbəti tenderlərə buraxılmaya bilər.
“Ekspertlər görməliydi, buna qiymət verməliydi...”
- Dərsliklərdə elə nağıllara rast gəlinir ki, həmin nağıllar uşaqların əqli inkişafına təsir göstərə bilərmi? Məsələn “Balıq cızz elədi” nağılı...
- Onun pedaqoji və metodiki yanaşmaları var. Əlifba təlimində ayrı-ayrı hərflər keçirildikcə, həmin hərflərə uyğun olaraq mətnlər verilir. Həmin mətnlərdə məzmun axtarmaq bir qədər problemli məsələdir.
- Ancaq burada da səhvə yol verilib... Hərflər keçirilmədiyi halda, həmin hərfə aid mətnlər verilib. Mən elə ikisini saymışam...
- Bu məsələ TQDK-da keçirilən seminarda da qeyd olundu. Məsələn “c” hərfi keçirməzdən öncə şagirdlərə bu hərfin işləndiyi “Azərbaycan” sözü öyrədilir.
- Necə olub ki, ekspertlər bunu görməyiblər?
- Ekspertlər görməliydi, buna qiymət verməliydi, görməyibsə, buna görə qınanılmaq qalır. Onların əziyyəti az deyil. Dərsliklərdə Sizin bilmədiyiniz qüsurlar da var. Tarixən də belə olub. Biz demirik ki, bütün dərsliklər idealdır.
- Araşdırma zamanı məlum oldu ki, dərslikləri müsbət qiymətləndirənlərin böyük əksəriyyəti Qiymətləndirmə Şurasının üzvləri və bir də sizinlə əməkdaşlıq edən nəşriyyatların direktorlarıdır. Amma razılaşaq ki, narazı olanların da sayı az deyil...
- Ölkəmizdə kurikulumun tətbiqi yeni başlayıb. Biz ildə on minlərlə müəllimi kurslardan keçiririk. Kurikulim müəllimdən tələb edir ki, öz üzərində işləsin. Elə müəllimlər var ki, bacarıqlarında problemləri var. Müəllimi qınamaq da düzgün deyil, çünki onlar əvvəllər köhnə dərsliklərlə işləyiblər.
- Belə çıxır ki, dərsliklərimizin səviyyəsi yaxşıdır, müəllimlərimizin səviyyəsi aşağıdır?
- Belə demək olmaz. Çox yaxşı müəllimlərimiz var. Lakin kurikulum 3-4 ilə tam öyrəniləsi bir şey deyil. Müəllimlərimiz öz üzərində işləməlidirlər. Ona görə də müəllimlə, valideynlə, ekspertlərlə və dərsliklərlə bağlı problemimiz var. Bu, günün reallıqlardır, çətinliklərdir. Etiraf etmək lazımdır ki, orta məktəb dərsliklərində istər poliqrafik, istərsə də məzmun baxımından müsbət mənada dəyişikliklər çoxdur. Ancaq biz demirik ki, tenderdən keçən dərsliklər hamısı idealdır. Və eyni zamanda hesab etmirəm ki, bizim dərsliklərimiz digər ölkələrin dərsliklərindən pisdir. Baxmayaraq ki, müəyyən səhvlər var. Əgər xarici ədəbiyyatdan istifadə edilibsə, mütləq istinad edilməlidir. Açıq etiraf edək ki, bizim dərsliklərimiz MDB ölkələrinin bir çox dərsliklərindən yaxşıdır.
- Bu qənaətə necə gəlmisiniz?
- Biz bununla bağlı araşdırmalar aparırıq. Türkiyədə də bizim dərsliklərimizi yüksək qiymətləndiriblər.
- Ancaq razılaşaq ki, dərslikləri kimsə tənqid edirsə, buna yaxşı baxmaq lazımdır...
- Mən haqlı tənqidləri çox hörmətlə qarşılayıram və tənqidi qeydləri nəzərə alaraq çox uğurlar qazanmışıq.
İlham Tumas
Anar Məcidzadə

2470