“Dərviş toyu”: xanımlarsız və rəqssiz məclis - TƏƏSSÜRAT
İçəri daxil olanda isə elə bildim ki, artıq məclis başa çatıb. Nə restoranın girişində siqareti sümürərək qışqıra-qışqıra digərinin qulağına danışan, nə keflənib pilləkənlərlə “çəkil, mən gəlirəm” baxışları ilə üstünə şığıyan gəncləri, nə də rəqs üstündə bir-biri ilə didişənləri görmədim. Heç musiqi səsi də gəlmirdi. Özüm-özümə “yəqin səhv gəlmişəm, ya da, görəsən nəsə baş veribmi?” sualını verib, ayaqlarımı yorğun-yorğun pilləkənlərə yuxarı çəkirdim. Nəhayət, foyeyə daxil oldum. Jurnal masasının ətrafında qoyulmuş kreslolarda əyləşən bir neçə nəfər sanki pıçıltı və nəzakətlə bir-birilərilə danışırlar. Sual dolu baxışlarla tanış üz axtarıram. Budu, məclis sahiblərindən biri mənə yaxınlaşır, demək düz gəlmişəm.
...Bəli, mən dindarların müsəlman adəti ilə təşkil etdikləri, el arasında “Dərviş toyu” ilə adlanan məclisə düşmüşəm. Məclis Ceyranbatan qəsəbəsindəki restoranlardan birində keçirilir...
Toy sahibinin gülümsəyərək “xoş gəldin” deməsi məni bir az da toxtatdı. Masa ətrafında oturanlar və məclis sahibinə “Allah xoşbəxt etsin!” deyərək bir daha toya özümü çatdırdığımı dəqiqləşdirmək istəyirəm. Hamı mehribanlıqla baş əyib, subaylarınız üçün olsun!” deyərək zala keçməyimə işarə edirlər. Bəli, mən qonşum Əlinin toyuna gəlmişəm və gecikməmişəm.
Nəhayət, içəri daxil oluram, amma bəy-gəlin masası boşdur, ortalıqda da oynayan, boy sırasına düzülüb bəy tərifi deyən də yoxdur. Hamı masanın ətrafında sakit oturaraq vacib xəbər gözləyən adam kimi gözlərini qapının yanında yerləşdirilmiş musiqiçilər masasına dikib. Sanki mənə sürpriz ediblərmiş kimi, musiqi sədası eşidilir və sonra iki nəfər 30-35 yaş arası molla görkəmli gənc ahəstə səslə oxumağa başlayır. Sözlərə diqqət edirəm, Əlinin şəninə mədhiyyə deyilir. Mənə göstərilən yerdə əyləşib ifa olunan mahnının, bu məclisin qəhrəmanı Əli bəy deyil, Həzrəti Əliyə həsr edildiyini anlayıram.
Saata və masaların ətrafında oturanlara baxıb toya gecikmədiyimə bir daha əmin oluram.
Saat hələ 20.05 dəqiqəni göstərir. “Bəs bəy və gəlin hanı? Görəsən tıxacamı düşüblər?” deyə özümə sual edirəm. Amma yox. Bu məclisdə başqa bir qeyri-adilik də var. Toyda ümumiyyətlə qadın yoxdur, hətta azyaşlı qız uşaqları da gözə dəymir. Masanın üzərində də yemək-içmək tıxacı yoxdur. Amma yeməyə salat, kabab, bozbaş, göyərti, içməyə su və şirə, hətta çay da var. Adətən evimizə gələn əziz qonağımızın qarşısına düzə biləcəyimiz nemətlərdən (spirtli içki istisna olmaqla) hər cür nemət var süfrədə. Restoran personalı da qonaqlara xüsusi qayğı və istiqanlılıqla xidmət edir. Amma ofisiantlarla söhbət zamanı bəlli oldu ki, restoranda müasir hay-küylü toylar da keçirilir və bütün hallarda xidməti dindar gənclər deyil, eyni heyət göstərir.
Qısa fasilələrlə mahnılar bir-birini əvəz edir və bütün mahnılar da dini müqəddəslərə, islam adət-ənənələrinə həsr olunub. Nəhayət, saat 22 radələrində məclisə bəy dəvət edilir. Və toy boyu bəyə həsr olunan yeganə mahnı sədası altında bəy iki dostunun müşayiəti ilə məclisə daxil oldu. Ədəb-ərkanla hamını salamlayaraq, atasının əyləşdiyi masaya yaxınlaşdı və xeyir-duasını alaraq bəy taxtına qalxdı. Nəhayət, aş gəldi və sonda hamıya şərbət paylayaraq toya yekun vuruldu. Hamı sakitcə, məclisi tərk edərək evlərinə yollandı. Maşınımla bir neçə qonşu da mənimlə gələsi oldu. Yol boyu bu qonşularımdan da kimsə toy barədə və toydakı hadisələr barədə bir kəlmə kəsmədi. Adətən toylardan dönəndə qulağımda cingildəyən “can-cana” və ya sair bayağı mahnıların cingiltisi də yoxdur.
Bəli, son vaxtlar “dərviş toy”ları dəbə minib. Bu zamana qədər bir dəfə sufi toyunda iştirak etmişdim, orada qadınlar da vardı, rəqs də. Hələ sazla müşayiət olunan sufi qəzəllərini demirəm... Həmin toy hərtərəfli xoşuma gəlmişdi. Bu toyda da istirahət etdim, amma təəssüf ki, məclisdə qadınlar yox idi və kimsə rəqs etmədi.
Bu məni narahat etsə də, yol yoldaşlarım olan qonşularımı nədənsə maraqlandırmırdı.
Hərçənd, bu toydan bir gün öncə başqa bir qonşunun toyunda idim. Yemək-içmək sözü gedən toydan heç də əskik deyildi. Bir gün əvvəlki toyda danışmaqla ürəyini, musiqi sifariş etməklə ciblərini, yeməklə masanın üstünü, içməklə saysız qədəhlər boşaldan bir qonşum yol boyu gileylənmişdi. O gah sifariş etdiyi mahnının yarımçıq kəsildiyini, gah qonşulara “bəy tərifi” üçün söz gec verildiyini, gah da içdiyi arağın saxta olduğundan deyirdi. Bu dəfə də həmin qonşu maşınımda idi, amma adam düz məhəlləyə qədər bir kəlmə danışmadı.
Dəqiq yadımda deyil, amma azı 10 il bundan əvvəl Milli Məclisin sosial-siyasət daimi komissiyasının (indi komitə adlanır) sədri Hadi Rəcəbli “Mərasimlər haqqında” qanunun qəbul edilməsi haqqında təklif vermişdi. O izafi yemək-içmək və qulaqbatıran səsdən narazı idi. Ara-sıra bu mövzu indi də gündəmə gəlir, amma nədənsə problem həllini tapmır. Amma bu “dərviş toyu”nu gördükdən sonra, Hadi müəllimin dediklərinin əksəriyyətinin heç bir qanun qəbul olunmadan icrasının mümkünlüyünün şahidi oldum.
Əlbəttə, məncə, bu toyda ideal deyildi. Xüsusi ilə qadınlarla kişilərin bərabər olduğu bir cəmiyyətdə orta əsrlər dəbi ilə toy keçirmək olmaz. Ən azı bu analarımıza, xanımlarımıza və qızlarımıza hörmətsizlikdir. Əminəm ki, dindarlar İslam müqəddəslərinin qadına verdiyi yüksək qiyməti məndən yaxşı bilirlər. Həm də səhv etmirəmsə “dərviş toy”unun adəti Həzrət Əli ilə Həzrəti Fatimənin toy mərasimi götürülür. Çox kasıb toy mərasimi keçirən Həzrəti Əlinin toyu kişilərin iştirakı ilə, Həzrəti Fatimənin toyu da qadınların iştirakı ilə ayrı-ayrılıqda keçirilib. Amma Azərbaycanın da qədim toy adət-ənənəsi var. Əksər əhalisi müsəlmanlar olan ölkəmizin Oğuz igidlərinin toy adət-ənənələrini, müsəlman toy adət-ənənələri ilə birləşdirib həm milli-mənəvi, həm də tarixi dəyərlərimizi qorumaqla dünyəvi Azərbaycana layiq milli toyumuzu edə bilərik.
Allah bütün subaylara toy nəsib etsin. Amin!
İdrak Abbasov,
Lent.az üçün

4519