Misir Mərdanov: “Xarici ölkələrə tələbə göndərilməsində maraqlıyıq”
“Azərbaycanda gənclərin xaricdə təhsil almasına xüsusi önəm verilir. Daha çox ehtiyac duyulan ixtisaslar üzrə xarici ölkələrə tələbə göndərilməsində maraqlıyıq”. Lent.az-ın Təhsil Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu təhsil naziri Misir Mərdanov Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkunla görüşündə bildirib.
Nazir qeyd edib ki, Azərbaycanla Türkiyə arasında təhsil sahəsində genişlənən əməkdaşlığın milli maraqlarımıza xidmət edir. “İki ölkə arasında birgə elmi araşdırmalar sahəsində müzakirələr aparmaq zəruridir ” - deyə, M. Mərdanov vurğulayıb.
Təhsil naziri hər iki ölkənin müvafiq mütəxəssisləri arasında bu istiqamətdə müzakirələrin aparılmasının zəruriliyini də qeyd edib: “Türkiyənin nüfuzlu ali təhsil müəssisələri ilə əlaqələrin genişləndirilməsi vacibdir”.

831