Kurikulum çıxmazı - RƏY
Bu ildən (2012-2013-cü tədris ili) etibarən artıq 5-ci siniflər də kurikuluma keçdilər. Əslində bu gözlənilən, uzunmüddətli proseslərin məntiqi sonluğu idi. Belə ki, Azərbaycan hökuməti tərəfindən 1999-cu ildə təsdiq olunmuş “ Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartları” qəbul olundu. Təhsil islahatının gedişində inkişaf etmiş ölkələrin təcrübəsi öyrənildi və 2005-ci ildə kurikulum islahatı çərçivəsində yeni təhsil standartlarının hazırlanmasına başlanıldı. Təhsil standartında kurikuluma keçid bir sıra səbəblərlə izah olunur:
- Cəmiyyətdə yeni ictimai münasibətlərin yaranması;
- Bazar iqtisadiyyatına keçid;
- Dünya təhsil sisteminə inteqrasiya və s.
Məqsəd kimi isə nəticəyönümlülük, şəxsiyyətyönümlülük götürülür.
Lap əcəb! Çağdaş dünyada elmi-texniki nailiyyətlərə daha tez və çox yiyələnən ölkələr daha güclü, dünya siyasi arenasında söz əsas söz sahiblərindən olurlar. Dövlətinin tərəqqisinə çalışan sıravi vətəndaş kimi mənə təhsil sistemində istənilən proqresi yalnız dəstəkləmək qalır.
Ancaq nə yazıq ki, məsələ o qədər də sadə deyil. KİV-lərdə aparılan rəsmi təbliğatın əksinə bəndəniz təhsilin içində olan biri kimi aysberqin görünməyən tərəflərini görür, onları bilavasitə yaşayır.
Kiçik bir nüansı qeyd etmədən keçmək istəmirəm. Əyalətlərdə, ələxsus kəndlərdə təhsilin qənaətbəxş səviyyədə olmaması ümumməlumdur. Səbəblər müxtəlifdir və hər biri öz həllini gözləyir. Səbəblər sırasına əyalətlərdə çalışan müəllimlərin bilik və peşəkarlıq səviyyəsinin aşağı olması, məktəblərin maddi-texniki bazasının yarıtmaz vəziyyətdə olması, acı da olsa, çox təəssüf hissi ilə qeyd etməliyəm, kənddə yaşayan insanaların təhsilə yumşaq desək soyuq münasibəti (lütfən yanlış anlaşılmasın kəndlilərə “savadsız” deyib onları təhqir etmək fikrindən çox-çox uzağam), əyalətlərdə geniş yayılmış erkən nikahlar, kənd təsərrüfatında uşaq əməyindən gen-bol istifadə olunması (sonuncu iki amil şagirdləri dərsdən yayındırır) və s. aid etmək olar. İndi ortabab təhsil üçün minimal tələblərin belə güc-bəla ilə təmin olunduğu əyalət məktəblərinə maksimum səviyyədə maddi-texniki baza, gücül şagird potensialı tələb edən kurikulumu tətbiq etsəniz gözləntiləri doğrultmayacaqdır. Əksinə, əldə olunmuş az-maz uğurlar itkiyə məruz qalacaqdır. Bunun əziyyətini isə övladına bir parça attestat vermək üçün əlləşən valideyinlər və övladları çəkəcəkdir.
Gəlin öncə kurikulumun məktəbə necə gəldiyinə nəzər salaq. Yeni dərs ili başlamazdan əvvəl ölkə ərazisində 5-ci siniflərdə fənn tədrisi ilə məşğul olacaq müəllimlər on günlük təlim kurslarına cəlb olundular. Sözügedən təlim kursları müəllimlərin məzuniyyətdə olduqları vaxta təsadüf etdi. Və müəllimlər təlimlər zamanı xərclərini (yol, yemək və s.) öz ciblərindən ödəməli oldular. Halbuki işdə olmayan müəllim üçün on günlük xərclərini ödəmək üçün pul verilməli idi. Diqqət edin, dərs ili başlamamış müəllimlər xərcə düşür.
Hələ dərs ili başlanandan iki-üç həftə sonra vəsaitlərin-dərsliklərin, metodiki vəsaitlərin,
jurnalların verilməsi isə ayrı bir macəra. Jurnal demişkən baxın yadıma nə düşdü. Yeni dərs ilinin başlanmasından ay yarım keçməsinə rəğmən müəllimlərdə jurnalı necə işləmək barədə ən kiçik təsəvvür belə yoxdur.
Yuxarıda qeyd etdiyim kimi, kurikulum-fəal dərs yüksək səviyyədə maddi-texniki təminat tələb edir. Kompyuter otağı, internet, sürətçıxarma aparatı, printer, skaner, xəritələr bu tələblər sırasında ön sırada durur. Əyalət məktəblərində sadaladıqlarımızın adı var, özü yox. Bu da müəllimi xərcə salır. Adi bir misal: hər dərs üçün nə olmasa da, iş vərəqləri mütləq olmalıdır, özü də rəngli. Sinifdə orta hesabla 20 şagird götürsək ən azı 4.00 AZN-ə başa gəlir. Nəzərə alsaq ki, məktəblərdə Azərbaycan dili, riyaziyyat digər fənlərə nisbətən çox tədris olunur. Yuxarıdakı rəqəmi beşə, sonra da həftələrin sayına uyğun olaraq dördə vurun. Orta aylıq əmək haqqı 200-250$ olan orta statistik azəri müəlliminin yaşamaq uğrunda mübarizə apardığının şahidi olarıq.
Əminəm ki, alınan tablo qarşısında “ağlamaq” yoxsa “ gülmək” dilemması qarşısında qalanlarınız var.
Dərsliklər ayrıca bir mövzudur, bu haqda başqa vaxt danışaq. Lakin bir nüansın üstündə
sükutla keçməyə könlüm razı olmur. Vaxtınız və həvəsiniz olsa 5-ci siniflər üçün nəzərdə
tutulmuş “Azərbaycan tarixi” dərsliyini vərəqləyin. Dərsliyin harada, necə, kim tərəfindən
yazıldığı bir yana qalsın, dərsliyin məzmunu ikrah doğurur. Qədim daş dövrü ilə bağlı verilmiş tapşırıqda görün nə yazılır: ”Mağara insanlarının həyatını ailənizlə müqayisə edin”. Elə bil Təhsil Nazirliyində oturanlar bu xalqı neandertal hesab edir.
Sözsüz ki, problem düşünüldüyündən də dərindir. Kiçik bir məqalə ilə həll olunmaz. Ancaq yazar ümid edir ki, ən azından ictimai rəyi azacıq da olsa cəlb edəcəkdir.
Aqşin Kərimli

2618