Aysel Əlizadə yazır: “Etiraz, ya çözüm?..” - ON ÜÇÜNCÜ MƏKTUB
On üçün nəhs rəqəm olmasıyla bağlı fikirləri kənara atıb yazmağa başlayıram. Əvvəlcə istədim bu sayla bağlı bir dastan açım, sonra fikirləşdim - nəyə lazımdı?
Piketçilərin də heç bəxti gətirmir. Həmişə ayaqlarına güc verib nəyəsə etiraz-zad etmək istəyəndə bir əngəl çıxır. Məsələn, yuxarıdakılar aşağıya vedrə-vedrə su endərirlər. Yağışı deyirəm, ağlınıza başqa şey gəlməsin.
Görən “əmma” olmasa nə qədər adam yığışıb piket keçirər? Nə qədər adam səsini ucaltmaq istəyir görən? Maraqlıdı, ölkədə nə qədər adam hakim qüvvənin işindən narazıdı. Bunu necə müəyyən etmək olar?
Müşahidələr və təcrübə göstərir ki, ümumilikdə adamlar situasiyaya yox, konkret şəxslərə müxalif olurlar. Məsələn, kimsə öz sahəsində uğur qazanırsa, şöhrətlənirsə, ona mütləq xeyli adam müxalif olur. Yox, belə yox, bir xeeylii adam...
Müxalifətlə iqtidar heç vaxt dəyirmi masa arxasına keçib dialoq qura bilməyəcəklər. Dialoq konkret mövzu üzərində qurulur. Ağalar bəyin təbirincə desək, “danışmaq” dialoq qurmaq mənasına gəlir. “Danışmaq” tərəflərin dialoqudu. Bu, bir tərəfin yox, tərəflərin iştirakı ilə baş verən prosesdi. Ağalar bəy deyir ki, kimsə danışırsa, demək, kiminləsə danışır. Adam təkbaşına danışa bilməz. Yəni adamın təkbaşına elədiyi şeyin adı dinməkdi. Dilin fəlsəfəsini tədris edən alim izah etməyə çalışır ki, öz-özünə danışan adama “danışır” demək yanlışdı. Öz-özünə adam ancaq dinə bilər. Burda bəylə bir az, bəlkə də bir çox razılaşmadığım məqamlar var. Mənə görə, adam öz-özüylə danışır demək olar. Çünki adam özündəki ikinci şəxslə, öz ikincisi, ikinci məni ilə danışır. Və bu ikiləşmə artıq adamın təkbaşına danışmadığını deməyə əsas verir. Və əslində bu da elə həmin məntiqə söykənir. İstənilən halda danışmaq tək tərəfli deyil. Hətta özüylə danışan adam belə “ ikinci “mən” lə danışır. Yüzdəyüz əminəm ki, “danışmaq” feli “dan” kökündən yön alır və ilkin mənası nəyisə danmaqdı. Dolayısıyla, bu gün dilimizdə yer alan “danışmaq” feli - fikir bidirmək, öz versiyanı irəli sürmək, qarşı tərəfin dediklərinə əks arqument gətirmək, sözünü demək kimi özünü ifadə vasitəsidi. Sözümün canı var.
Bu yaxınlarda bir neçə siyasətçi ilə rəsmi, bir neçəsi ilə qeyri-rəsmi müsahibələrim oldu. Konkret çözüm, çıxış yolu göstərmək, konkret tutarlı təklif irəli sürmək məqamına gələndə nala-mıxa vuran az deyildi. Və bu nal-mıx məsələsi mənzərəni “etirazçılardan başqa bir şey deyillər” şəklinə salırdı.
Fikir vermişəm, etirazçı tiplər bütün sferalarda, sahələrdə, qatlarda, cərgələrdə, cəbhələrdə elə ancaq etiraz etməklə məşğuldular. Bu günlərdə bir görüşdəydim. Bir nəfər başladı bizim yazar uşaqların qarasına danışmağa. Qəribəsi bilirsiz nədi? Ölkədə hər dərdə,hər problemə münasibət bildirib ortaya mövqe qoyan yazarları açıqlıqda, nə bilim nadinclikdə qınayanlar heç vaxt onların baş vurduqları yerlərə girişməzlər, onların müzakirəyə çıxardıqları mövzuları qorxularından dillərinə alıb danışmazlar. Uzaqbaşı üzlərinə yalançı təbəssüm taxıb özlərindən vəzifəcə , imkanca yuxarıda olanların sifətinə şirin-şirin kişnəyərlər. Müəllimin, həkimin, qaçqının problemindən yazanları, öz aləmlərində - çayxanalarda kəkotulu çaydan qurtum alıb xəyalən samovar oduna, restoranlarda basdırmadan yeyib antrikot atəşinə tutarlar...
Deməyim o ki, gerçəkdən adamla yox, mətləblə əlləşənlər etirazdan daha çox, çözümlə beyin yorurlar. Ümumiyyətlə, bu ucu-bucağı görünməyən mövzudu. Və hər yerdə eyni məzmun daşıyır. Bayaq bir qızla söhbət edirdik. Şikayətlənirdi. Ərindən, işindən, həyatından. 90-cı dəfədi mənə eyni şeylərdən danışır. Ok, dedim. Bunları bildik, aydındı. Nə etməyi düşünürsən? Susub, baxır. Onu heç düşünməmişəm, deyir. Necə yəni düşünməmişəm. Həyatını şikayət etməklə keçirəcəksən? Bəs çözüm? Bu haqda kim düşünəcək? Problem var, bəllidi. Onu necə həll etmək lazımdı? Neynəmək gərəkdi? Variantlar, üsullar, metodlar fikirləşmisən?
Dediyim kimi, mövzu genişdi. Birinci gün davamını yazacam. Gözlərinizə güc düşməsin. Qoruyun gözlərinizi, əzizlərim. Hələlik...
Bazar ertəsi görüşərik)))
Sizə uğurlu həftə sonu arzulayıram.
[email protected]

2137