Beynəlxalq Müəllimlər Günü ilə bağlı tədbir keçirilib
Lentaz-ın məlumatına görə, tədbirdə çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nailə Rzaquliyeva bildirib ki, BŞTİ-nin tabeliyində 316 orta, 3 əsas, 5 yardımçı, 1 evdə təhsil, cəzaçəkmə müəssisəsində axşam məktəbi var.
Bu məktəblərdə 311 min 695 nəfər şagirdin təlim-tərbiyəsi ilə 29 min 870 nəfər müəllim məşğul olur. N.Rzaquliyevanın sözlərinə görə, yeni tədris ilində Bakıda 5060 şagird yerlik 7 məktəb binası inşa edilib. Paytaxtdakı 8 məktəbdə şagird sıxlığının aradan qaldırılması üçün 3180 yerlik əlavə korpus tikilərək istifadəyə verilib.
N.Rzaquliyeva deyib ki, 2006-2012-ci illərdə ali məktəblərə qəbul imtahanları zamanı aşağı nəticələr göstərən məzunların sayı azalıb, yüksək nəticə göstərən məzunların sayı artıb.
N.Rzaquliyeva Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müəllimlərə ünvanladığı təbrik müraciətini də oxuyub.
Təhsil naziri Misir Mərdanov qeyd edib ki, Azərbaycanda təhsil işçilərinin özünəməxsus çəkisi var. Ölkədə təhsil sahəsinin sürətlə inkişaf etdiyini deyən nazir bildirib ki, Azərbaycanda təhsil almaq üçün münbit şərait yaranıb. M. Mərdanovun sözlərinə görə, hər il Müəllimlər Günü ilə bağlı dövlət tərəfindən müəllimlərin əməyi qiymətləndirilir.
Anar

Oxşar yazılar

Hədiyyə verilən əmlak boşananda bölünür? - CAVAB
3 iyul 2025 , 12:48
Sabah bu yerlərə leysan yağacaq - Hava PROQNOZU
3 iyul 2025 , 12:33
Bu rayonlara yağış yağır - FAKTİKİ HAVA
3 iyul 2025 , 12:04
Azərbaycanda bu qədər rusdilli məktəbə ehtiyac var? - TƏHLİL
3 iyul 2025 , 10:55
Bu BÜRCLƏR iyul ayında çox zəngin olacaq: Qızıldan dağlar kimə vəd edilir?
3 iyul 2025 , 09:09
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
3 iyul 2025 , 08:15
Bu üç ayda doğulmusunuzsa... iyul ayı çox uğurlu olacaq
3 iyul 2025 , 00:02