(R) Səyyarlar nura doğru  -  mobil göz klinikası
19 sentyabr 2012 13:45 (UTC +04:00)

(R) Səyyarlar nura doğru - mobil göz klinikası

“Əməliyyat olunandan sonra güclü işığa, günə çıxanda gözümü yandırırdı. Həkimlərdən qorxmuram, amma həkim gözümü işığa yaxınlaşdıranda qorxdum. Gözümün yandıracağını düşünmüşdüm. Amma yandırmadı, indi hər şeyi aydın gördüyümə görə elə sevinirəm ki...” Gəncə SOS Uşaq Kəndinin 10 yaşlı sakini Aydan Salahova Azercell Telekom MMC-nin təşəbbüsü ilə istifadəyə verilən Mobil Göz Klinikasında keçdiyi müayinəni belə xatırlayır.

Faydali və orijinal layihə

Mobil Göz Klinikası 2011-ci il iyunun 1-də - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə fəaliyyətə başlayıb. Mobil Göz Klinikası müxtəlif sosial təşəbbüsləri dəstəkləyən Azercell Telekom MMC-nin növbəti faydalı və orijinal layihələrindən oldu.

Layihənin məqsədi valideyn himayəsindən məhrum olan uşaqlarda göz xəstəliklərinin profilaktikasının aparılması, onların hərtərəfli müayinəsinin təşkilini təmin etməkdir. Azercell-in respublika miqyaslı bu təşəbbüsü həmçinin ahılları və aztəminatlı ailələri əhatə edir. Klinikaya müraciət edən insanlar peşəkar oftolmoloqlar, mütəxəssislərin müayinəsindən keçir, gözlərin qorunması üçün zəruri məsləhətlər alırlar.

Mobil Göz Klinikası paytaxt Bakı daxil olmaqla Azərbaycanın əksər rayonlarda uşaq və ahıllar evlərini, məktəbləri gəzir.

Azercell tərəfindən 2011-ci ildə sosial layihələrin icrasına təxminən 1,2 milyon ABŞ dolları xərclənib. 15 il ərzində Azercell ölkədə ümumilikdə sosial layihələrin icrasına təxminən 15,9 milyon ABŞ dolları həcmində vəsait sərf edib və bu istiqamətdə işlər davam etdiriləcək.

Qeyd edək ki, Azercell 3 il öncə Mobil Diş Klinikasını yaradıb. Azərbaycanda çox maraqla qarşılanan və populyarlaşan bu layihədən 2 minə yaxın uşaq yararlanıb. Azercell-in bu təşəbbüsü o qədər uğurlu oldu ki, sonradan digər şirkətlər də səyyar şəkildə tibbi müayinələrin təşkili ilə bağlı layihələr reallaşdırdılar. Nəinki Azərbaycanda, hətta digər ölkələrdə də buna bənzər avtobuslar işə salındı.

Azercell-in uşaqların sosial rifahına yönəlmiş layihələri təkcə bu layihə ilə bitmir. Şirkətin dəstəyi ilə indiyə qədər həyata keçirilən layihələr sırasında Uşaq Qaynar Xəttinin yaradılmasını, “De! Dildən-dilə, eldən-elə” şer və hekayə müsabiqəsini “ÇƏK!”, “Hər uşağın ailəyə ehtiyacı var”, “Onlar da hədiyyə gözləyirlər...” layihələrini misal göstərmək olar. Bundan əlavə Azercell artıq 14 ildir ki, “Ümid Yeri” Reabilitasiya Mərkəzinə dəstək göstərir.

İcraçi tərəf

Layihənin icrasını Caspian Compassion Project aparır. Bu qurum Azercell-in aldığı avtobusun təchizatına, həkimlərin seçiminə, klinikanın marşrutlarının müəyyənləşdirilməsinə cavabdehdir. Koordinator Əfsanə Dadaşovanın sözlərinə görə, layihə çərçivəsində indiyədək 500-ə yaxın uşaq müayinədən keçib: “Artıq Bakı şəhərindəki bir çox internat məktəblərində, uşaq evlərində olmuşuq. Gəncə, Lənkəran, Qusar rayonlarındakı kimsəsiz uşaq evlərində, Nabrandakı uşaq lagerində məskunlaşan və Qubadan, Xaçmazdan gətirilən problemli uşaqların müayinəsini aparmışıq. Hər region səfəri zamanı 100-dən çox uşağın müayinəsi aparılıb”.

Layihə koordinatoru həkimlərin bu işə çox həssaslıqla yanaşdığını, həvəs göstərdiklərini və peşəkarcasına işlərinin öhdəsindən gəldiyini deyib: “Uşaqlar, adətən, həkimə getməyi heç sevmirlər. Bu dəfə Azercell həkimləri uşaqların evinə gətirir. Yəni, biz onların həm qonağı, həm dostu, həm də həkimləri oluruq. Kənardan layihəni, işimizi izləyən insanlar çox alqışlayıb, duaçı olurlar.”

Həkimlərə hədiyyə vermək üçün gözü yolda qalan Aydan

10 yaşlı Aydan Salahova müalicədən öncə gözünün getdikcə zəiflədiyini, daima ağrıdığını deyir: “Gözlərim elə əvvəldən zəif görürdü, sonra ağrılar başladı. İndiyədək iki dəfə əməliyyat olunmuşam. Amma yenə də ağrı və zəif görmə vardı. Amma avtobusla gələn həkimlər gözümü müayinə etdilər, müalicə olundum. İndi nə ağrı var, nə də zəif görmək. Buna çox sevinirəm.

Avtobusla gələn həkimlər mənə dedilər ki, gedirik, yenə də gələcəyik. Dostlarımla həkimlərə hədiyyə hazırlamışıq, gəlsəydilər, verərdik”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1388

Oxşar yazılar