"Həftəsonu nəqliyyatın fəaliyyətinə məhdudiyyət qoyulmasının səbəbi insanların toplaşmasının qarşısını almaqdır”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
O bildirib ki, əldə olunan müsbət dinamika bizi rahatlaşdırmamalıdır: “Digər dövlətlərin təcrübəsi də bunu göstərir. Virus hər an yenidən alovlana bilər”.