"Rusiyadakı vətəndaşlarımızın ölkəyə keçidi qrafiklə təmin edilir" - Prezidentin köməkçisi
15 avqust 2020 11:32 (UTC +04:00)

"Rusiyadakı vətəndaşlarımızın ölkəyə keçidi qrafiklə təmin edilir" - Prezidentin köməkçisi

“Mərkəzi Asiya ölkələrində bir neçə sayda vətəndaşlarımız qalıb”. 

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

O bildirib ki, onların da gələn həftə bərə vasitəsilə ölkəmizə gətirilməsi təmin olunacaq: 

“Rusiya-Azərbaycan sərhədində Azərbaycanda olan Rusiya vətndaşlarının müəyyən olunmuş qrafik çərçivəsində Rusiya quru yol vasitəsilə keçidi təmin olunur. Həmçinin eyni marşrut üzrə Rusiyada olan Azərbaycan vətəndaşları müəyyən olunmuş qaydalar çərçivəsində həftəlik qrafiklə ölkəyə keçidi təmin edilir. Gələn həftə ərzində də bu meyarlarla vətndaşların keçidi həyata keçiriləcək. Eyni mexanizmlə Gürcüstanda olan vətəndaşlarımızın və Azərbaycanda olan Gürcüstan vətəndaşlarının da qarşılqılı anlaşma şəraitində keçidi təmi olunur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1564
avatar

Oxşar yazılar