“Bu gün apteklərdə tibbi maska ilə bağlı problemlər yoxdur”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi deyib ki, dərmanlara da nəzarət artırılacaq: “Özünü müalicə etmək lazım deyil, bu, həkimlərə də xüsusi problem yaradır. Müalicə həkim nəzarəti altında olmalıdır. İnsanlar “Arbidol” kimi dərmanları alıb, özlərini özbaşına müalicə etməməlidirlər”.
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı isə qeyd edib ki, bir sıra dərmanların xəstəxanada müalicədə tətbiqi zamanı da müəyyən problemlər ortaya çıxır: “Arbidol” və digər dərmanlar xəstəxanalarımızda yetərincədir, bu həftə də sifarişə uyğun yenidən ölkəyə gətiriləcək. Evdə müalicə zamanı xəstələrə hansı dərmanların veriləcəyi də bu həftə açıqlanacaq. Bir daha qeyd etmək istəyirəm ki, xəstəxanalarımızda dərman problemi yoxdur”.