"Yanındayıq Türkiyə" - Bu sınaqdan da birgə çıxacağıq
30 iyul 2021 16:06 (UTC +04:00)

"Yanındayıq Türkiyə" - Bu sınaqdan da birgə çıxacağıq

“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına müvafiq olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyəyə Azərbaycandan yardım dəstələri göndəriləcək”.

Bu barədə Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, bununla əlaqədar Prezident İlham Əliyev tərəfindən Azərbaycanın Baş nazirinə və Fövqəladə Hallar Nazirliyinə lazımi tapşırıqlar və göstərişlər verilib: “Müvafiq dövlət qurumları Türkiyədən olan tərəf müqabilləri ilə əlaqə qurub və ən qısa zamanda yardım dəstələri qardaş ölkəyə yola düşəcək”.

Bu gün Baş nazir Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında da telefon danışığı olub.

Bildirilib ki, Azərbaycan hər zaman olduğu kimi, bu çətin məqamda da qardaş ölkənin yanındadır. Meşə yanğınları ilə mübarizədə Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə və bunun üçün bütün lazımi qüvvələri səfərbər etməyə hazır olduğu vurğulanıb.

O da qeyd edilib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırıq və göstərişlərinə əsasən Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar ən qısa zamanda qardaş Türkiyəyə göndəriləcəkdir.

Heç kimə sirr deyil ki, Azərbaycan bütün məsələlərdə hər zaman Türkiyənin yanındadır. Dövlətimiz Türkiyəyə nə lazımdırsa, o köməyi göstərməyə hazırdır. Yanğınlar başlayandan azərbaycanlılar Türkiyə xalqı ilə həmrəylik nümayiş etdirirlər. Bunu sosial şəbəkələrdən də yaxşı görürük. Demək olar, sosial şəbəkələrdə hamı “Türkiyə sənin yanındayıq” şüarları yazır.

Qardaş Türkiyədə bir neçə gündür davam edən və miqyası getdikcə genişlənən meşə yanğınları, eyni zamanda, alovun yaşayış zonalarına, şəhər infrastrukturuna ciddi ziyan vurması dövlətimizi, xalqımızı dərindən kədərləndirir. Azərbaycanın hər zaman qardaş Türkiyənin yanında olduğunu qeyd edib. Bir daha sübut olundu ki, istər xoş günlərdə, istərsə də çətin məqamlarda Azərbaycan hər zaman qardaş Türkiyənin yanındadır.

Eyni zamanda. Və biz bu münasibəti qardaş Türkiyədən də həmişə görmüşük. Hər iki qardaş ölkənin səyləri nəticəsində yanğınların qarşısı alınacaq. Buna heç kimin sözü ola bilməz. Bu da bir sınaqdı. Bir millət, iki dövlət olaraq bu sınaqdan da üzüağ çıxacağıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5397
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar