Yaxın vaxtlarda dövlət sərhədinin demarkasiyası prosesi başlayacaq
25 yanvar 2013 11:48 (UTC +04:00)

Yaxın vaxtlarda dövlət sərhədinin demarkasiyası prosesi başlayacaq

 Yaxın vaxtlarda Azərbaycan və Rusiyanın dövlət sərhədinin demarkasiyası prosesi başlayacaq.


 

Bu açıqlamanı APA-ya Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov verib. Onun sözlərinə görə, bununla əlaqədar ölkə prezidentinin tapşırığı var: “Artıq qərar verilib, proses yaxın vaxtlarda başlanacaq”.

 

Komitə sədri deyib ki, Azərbaycanın Gürcüstanla sərhədinin delimitasiyası prosesi də davam edir: “Gürcüstanla Azərbaycan sərhədi 480 kilometrdir. Onun 300 kilometri razılaşdırılıb. 180 kilometr ərazi isə komissiya səviyyəsində baxılaraq sənədləşdirilib. Hazırda Gürcüstan tərəfindən diplomatik kanallarla dəvət gözləyirik. Dəvət olanda komissiya səviyyəsində danışıqlar aparılacaq”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 803
avatar

Oxşar yazılar