XİN Danimarkadan olan deputatların Dağlıq Qarabağa səfərini araşdırır
10 sentyabr 2013 17:50 (UTC +04:00)

XİN Danimarkadan olan deputatların Dağlıq Qarabağa səfərini araşdırır

Azərbaycan Xarici İşlər Nazirliyi Danimarkadan olan deputatların və jurnalistlərin Azərbaycanın işğal altındakı ərazilərinə səfəri haqda xəbərləri araşdırır.


 

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib. O bildirib ki, Azərbaycanın Londondakı səfirliyinə tapşırıq verilib və araşdırmanın yekununda müvafiq qərar qəbul olunacaq.     

 

Xatırladaq ki, Ermənistan mətbuatı bir neçə gün əvvəl Dağlıq Qarabağdakı separatçı rejimin “xarici işlər naziri” Karen Mirzoyanın danimarkalı deputatlar və jurnalistlərdən ibarət nümayəndə heyətini qəbul etdiyi barədə xəbər yayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 505
avatar

Oxşar yazılar