Uorlik: “Dialoqu inkişaf etdirmək çox vacibdir” - MÜSAHİBƏ
04 dekabr 2014 16:31 (UTC +04:00)

Uorlik: “Dialoqu inkişaf etdirmək çox vacibdir” - MÜSAHİBƏ

ATƏT-in Minsk Qrupunun həmsədri Ceyms Uorlikin APA-nın Bazelə ezam olunmuş müxbirinə müsahibəsi

 

- Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşdə helikopter hadisəsi və yaranmış gərginlikdən başqa hansısa mühüm məsələlər, sülh sazişinə dair məqamlar müzakirə olunurmu?

 

- Helikopter hadisəsi hər iki tərəf üçün də faciə hesab edilə bilər. Biz belə hadisələrin qarşısını almaq və dialoqu qorumağa çalışırıq. Vaxtaşırı gərginlik yaradan insidentlər baş verir və bu, danışıqların inkişafına xələl gətirir. Hər iki tərəfi təmkinli davranmağa, diqqətlərini nizamlanma prosesinə aid məsələlərə yönəltməyə çalışırıq. Əlbəttə ki, nazirlərlə müzakirədə münaqişənin nizamlanmasına dair məqamlar da mövzular sırasındadır. Hazırda tərəfləri davamlı dialoq ətrafında birləşdirmək və bu dialoqu inkişaf etdirmək çox vacibdir.

 

- Helikopterin vurulduğu ərazi barədə Minsk Qrupu həmsədrlərinin 19 noyabr tarixli bəyanatında əvvəlcə “neytral zona” ifadəsi işlədilmiş, sonra isə bu bəyanat “no mans land” ifadəsi ilə redaktə olunmuşdu. Bu termin dəyişikliyi məsələnin mahiyyətinə necə təsir göstərir?

 

- Mən hüquqşünas deyiləm, diplomatam. Bu terminlərin hüquqi cəhətdən izahını verə bilməyəcəyəm. Lakin onu deyə bilərəm ki, həmin ərazi qüvvələri ayıran ərazidir və mən “no mans land” ifadəsini düzgün hesab edirəm. Həmin ərazinin gərginlik altında saxlanması məqsədəuyğun deyil. Bu, münaqişə ətrafındakı situasiyanı daha da gərginləşdirə bilər.

 

- Siz noyabrın 21-də helikopter heyətinin cəsədlərini qaytarmaq üçün hərbi üsulun çıxış yolu olmadığını bildirdiniz və tərəfləri dialoqa çağırdınız. Lakin növbəti gün Ermənistan silahlı qüvvələri tərəfindən xüsusi hərbi əməliyyat keçirilməsi barədə məlumat yayıldı. Bu, həmsədrlərin təsir gücünün olmadığına, yaxud da Ermənistanın həmsədrləri dinləmədiyi anlamına gəlmirmi?

 

- Mən tərəfləri dialoqa, diplomatiyaya çağırmışdım, lakin sonra bu əməliyyat barədə mətbuatdan məlumatlar oxudum. Bu hərbi əməliyyatın detalları barədə geniş məlumata malik deyiləm. Əlbəttə ki, bizim üçün ilk seçim diplomatik həll yoluna nail olmaq üçün tərəflərlə işləməkdir. Lakin bu, humanitar hadisədir. Biz pilotların cəsədlərinin ailələrinə qaytarılmasına diplomatik yolla nail olmağı düşünürdük. Bu prosesin hərbi xarakterli addımlarla davam etməsi yeni itkilərə yol açır.

 

- Yaxın zamanlarda prezidentlərin görüşü baş tuta bilərmi?

 

- Bu barədə məlumatım yoxdur, amma mümkündür. Bu istiqamətdə danışıqlar aparacağıq. Əgər prezidentlər tərəfindən bu istiqamətdə qərar verilsə, biz dəstək olmağa hazırıq.

 

- Qarabağda saxlanılan və qanunsuz mühakimə olunan azərbaycanlı girovlarla bağlı məsələni izləyirsinizmi?

 

- Mənim bu məsələ ilə bağlı şərhim yoxdur. Qırmızı Xaç Komitəsi bu işlə məşğul olur. Biz bu işin necə davam edəcəyini gözləməliyik.

# 191
avatar

Oxşar yazılar