Qarabağda əcnəbilərə dəyən zərərə görə məsuliyyəti Ermənistan daşıyacaq
10 may 2013 17:32 (UTC +04:00)

Qarabağda əcnəbilərə dəyən zərərə görə məsuliyyəti Ermənistan daşıyacaq

Bundan sonra Azərbaycanın işğal olunmuş ərazilərində istənilən ölkənin vətəndaşına dəyən maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşəcək.


 

Azərbaycan Milli Məclisindən APA-ya verilən məlumata görə, bu, yeni hazırlanmış “Azərbaycan Respublikasının işğal edilmiş əraziləri haqqında” qanunda nəzərdə tutulub.

 

Qanunun 8-ci maddəsinin 3-cü hissəsində göstərilir ki, “İşğal edilmiş ərazilərdə yaşayan, həmin ərazilərdən köçkün düşmüş Azərbaycan vətəndaşlarına, vətəndaşlığı olmayan şəxslərə, eləcə də bu qanunun tələblərinə uyğun şəkildə işğal edilmiş ərazilərə gedən xarici ölkə vətəndaşlarına dəyən maddi və mənəvi zərərin əvəzinin ödənilməsinə görə bütün məsuliyyət hərbi təcavüzü həyata keçirən Ermənistan Respublikasının üzərinə düşür”. Qanunun bu yaxınlarda Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 880
avatar

Oxşar yazılar