Prezident İlham Əliyev BMT-nin Sənayenin İnkişafı Təşkilatının baş direktoru ilə görüşüb
14 may 2013 19:52 (UTC +04:00)

Prezident İlham Əliyev BMT-nin Sənayenin İnkişafı Təşkilatının baş direktoru ilə görüşüb

Bu gün Prezident İlham Əliyev Vyanada BMT-nin Sənayenin İnkişafı Təşkilatının baş direktoru Kandeh Yumkella ilə görüşüb. Lent.az-ın AzərTaca-a istinadən verdiyi xəbərə görə, görüşdə baş direktor Kandeh Yumkella Azərbaycana səfərini məmnunluqla xatırladıb, dünyada gedən qloballaşma proseslərinə toxunaraq sənaye, energetika və digər sahələrdə müşahidə olunan meyllərdən, bəşəriyyəti narahat edən problemlərdən danışıb. Müasir dövrün çağırışlarından bəhs edən BMT rəsmisi dünyadakı işsizlik problemlərinə toxunub.
 

Prezident İlham Əliyev Azərbaycandakı iqtisadi inkişaf proseslərini diqqətə çatdıraraq, ölkəmizdə yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması, energetika və digər sahələrdə görülən tədbirlər barədə məlumat verib, respublikamızın əldə etdiyi uğurlardan söz açıb.
Görüşdə Azərbaycan ilə BMT-nin Sənayenin İnkişafı Təşkilatı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
 

Prezident İlham Əliyev fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 667
avatar

Oxşar yazılar