OPEK-dən Rusiyaya təklif
24 iyun 2018 06:48 (UTC +04:00)

OPEK-dən Rusiyaya təklif

 

 

OPEK Rusiyaya müşahidəçi qismində təşkilata qoşulmağı təklif edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanın energetika naziri Xalid əl-Falih bildirib.

 

“Biz Rusiyaya OPEK-ə müşahidəçi qismində qoşulmağı təklif etdik. Düşünürük ki, Moskva bu təklifi nəzərdən keçirir və biz səbirsizliklə ondan rəsmi sorğunu gözlərik. Təşkilata bütün üzv ölkələr Rusiyanın OPEK ailəsinin rəsmi olaraq tərkib hissəsi olmasından        məmnun qalacaq”, - deyə Əl-Falih qeyd edib.                                                                                           

 

  

Bundan əvvəl OPEK Konqonun təşkilata üzvlüyünü dəstəkləyib.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 360
avatar

Oxşar yazılar