Novruz Məmmədov: <b>"Azərbaycanın bu təşkilatda qalması sual altındadır”</b>
25 iyun 2015 14:49 (UTC +04:00)

Novruz Məmmədov: "Azərbaycanın bu təşkilatda qalması sual altındadır”

"Avropa İttifaqının bəzi strukturları ilə birlikdə AŞPA da nümayiş etdirir ki, onlar üçün beynəlxalq hüquq heç bir əhəmiyyət kəsb etmir. “Biz necə istəyirik, o da olmalıdır” prinsipi əsasdır”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, administrasiyanın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.

  

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu qurumların mövqeyi bunu açıq-aydın göstərir. İkili standartın digər nümunəsi də budur. Təəssüflər olsun ki, Avropada bu siyasətin hara apardığını və nə ilə nəticələnə biləcəyini hələ anlaya bilmirlər.Avropa Şurasının belə mövqeyi Azərbaycanın bu təşkilatda qalmasını sual altında qoyur”, - deyə N. Məmmədov bildirib. 

# 282
avatar

Oxşar yazılar