Müdafiə Nazirliyindən feysbuk istifadəçilərinə <span style="color:red;">MÜRACİƏT
07 aprel 2016 10:35 (UTC +04:00)

Müdafiə Nazirliyindən feysbuk istifadəçilərinə MÜRACİƏT

 

Müdafiə Nazirliyinin mətbuat xidməti feysbuk istifadəçilərinə müraciət edib.

 

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, artıq bir neçə gündür ki, nazirliyin rəsmi facebook səhifəsi fəaliyyətə başlayıb. Səhifənin yaradılmasında məqsəd nazirliyin təqdim etdiyi məlumatların operativ şəkildə ictimaiyyətə çatdırmaqdan ibarətdir. Bununla yanaşı, facebook  sosial şəbəkəsində Müdafiə Nazirliyinin adından saxta profillər yaradılır: “Rəsmi olaraq bildiririk ki,  https://www.facebook.com/www.mod.gov.az səhifəsindən başqa yaradılan səhifələrin heç biri Müdafiə Nazirliyinə aidiyyəti yoxdur və orada yayılan məlumatlar nazirliyin mövqeyini əks etdirmir”.

 

Feysbuk istifadəçilərindən həmin saxta səhifələrdən şikayət etmələri xahiş olunur.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 199
avatar

APA Baycan

Oxşar yazılar