2013-cü ilin Ermənistan üçün son dərəcədə ağır və məyusluqla dolu bir il olduğu artıq sadə erməni vətəndaşında belə şübhə yaratmır. Ancaq onlar belə belə vəziyyətin yaranmasında nə qonşuları nə onlardan üz döndərmiş havadarları nə də ki, 2013-cü ili günahkar bilirlər. Sözsüz ki, bugün ən azından dünya demokratiyadan danışdığı bir vaxtda aqressiv siyasət yeridərək bu məsuliyyəti öz uydurulmuş tarixi ədalətlərini bərpa etməyə yönəldilmiş fəaliyyətlə maskalamaqla demokratik və ədalətli dövlət imici yaratmaq mumkun deyil. İşğalçılıq siyasəti yeritməklə ölkə hakimiyyəti özü – özünü dalana salmış oldu. İşğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılmaması və bunu da saxta tarixə əsaslandırılmış faktlarla ört basdır edilməsi məs Ermənistan dövlətinin regionun lider dövləti olan Azərbaycan və onun yaxın müttəfiqi Türkiyə tərəfindən regiondakı bütün layihələrdən kənarda qalmasına səbəb oldu. Bu isə öz növbəsində Ermənistanın iqtisadi inkişafına təsirsiz ötüşmədi. Dövlət daha çox Rusiyadan və ölkəyə erməni diasporası tərəfindən yatırılan pullardan asılı vəziyyətə düşdü.
Sözsüz ki, uzun müddət Ermənistanı məhz bu vəziyyətdə saxlamaq istər erməni diasporası istərsə də, Rusiya üçün iqtisadi cəhətdən əlverişli deyil. Bu yardımların kəsilməsinin əsas səbəblərindən biri də erməni hakimiyyətinin ayrılan maliyyəni necə istifadə etməsidir. Ölkəni idarə edənlərin məhz Qarabağı işğal edən və orada vəhşiliklər törətmiş insanlardan ibarət olması hakimiyyətin nə səbəbdən Qarabağ problemini uzatmasına səbəb olur.
Maraqlı məqam ondan ibarətdir ki, bu hakimiyyət məhz öz xalqına münasibətdə də aqressiv mövqedədir. Həyata keçirilən siyasətdə xalqın güzəranı nəzərə alınmır və şəxsi maraqlar üzərindən islahatlar həyat keçirilir. Son dövrdə Ermənistanın üzləşdiyi qaz problemi artıq ölkədə digər problemləri də üzə çıxartmaqdadır. Ölkədəki problemlər səbəbindən miqrasiya artıq Ermənistanın qarşısında böyük problemə çevrilmişdir. Hətta Ermənistan prezidenti Serj Sarkisyan öz çıxışında məs bu problemi qabartmış və xaricdə təhsil alan erməni gənclərini ölkəyə dəvət etmişdir. Ölkədəki böhranı isə sosial-iqtisadi vəziyyətlə əlaqələndirmişdir.
Son həftədə Ermənistanda ictimai nəqliyyatda tariflərin qaldırılması, cəmiyyət daxilində narazılıqları daha pik nöqtəyə çatdırmış oldu. Hətta keçmiş hərbçilərin belə dövlətə qarşı etiraz etməsi dövlətin idarə edən hərbi xuntanın dayaqları olan hərbiçilərdən məhrum olması anlamına gəlmiş oldu. Ümumilikdə istər ölkədə baş verən sosial böhran istərsə də orduda baş verən ölüm halları və kütləvi ordudan yayınma halları hakimiyyətdə olan hərbi xuntanın sonunu günbəgün yaxınlaşdırmış olur...
Hümbətov Tural
Şərqi Avropada Təhsil Alan Azərbaycanlı Tələbələr və Məzunlar İ.B. Baş katib