Martın 10-da Bakıda “Əsgər ölümlərinə son” şüarı ilə keçirilən aksiyada saxlanılanların bir qrupu avtobusla Qobustan istiqamətinə aparılaraq sərbəst buraxılıblar.
Azadlıq Radiosunun məlumatına görə, bundan əvvəl isə Yasamal Rayon Polis idarəsindəki aksiya iştirakçıları sərbəst buraxılıblar.
Səbayel polisində saxlanılan Xədicə İsmayıl, AXCP Gənclər Komitəsinin üzvü Bəyim Həsənli və AXCP fəalı Nüşabə Atakişiyeva da Qobustan ərazısınə aparılaraq azad ediliblər.
“Azadlıq” qəzeti bir qrup aksiya iştirakçısının isə polis bölməsində olduğunu yazıb.