Azərbaycan-Rusiya sərhədlərinin demarkasiyası üzrə ikinci iclas keçirilib
22 may 2014 12:38 (UTC +04:00)

Azərbaycan-Rusiya sərhədlərinin demarkasiyası üzrə ikinci iclas keçirilib

Bakıda Azərbaycan-Rusiya sərhədlərinin demarkasiyası üzrə birgə komissiyanın ikinci iclası keçirilib.


 

APA-nın məlumatına görə, iclasda çıxış edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan və Rusiya arasında qarşılıqlı etimadın yüksək səviyyəsi və dostluq münasibətlərinin nəinki ikitərəfli, o cümlədən regional xarakterli məsələlərin həllinə kömək edəcəyinə ümidvar olduğunu deyib: “Bu kontekstdə biz əminik ki, Rusiya regionda stabilliyin və təhlükəsizliyin möhkəmlənməsində vacib rol oynayan qonşu dövlət və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə məşğul olan ATƏT-in Minsk Qrupunun həmsədri kimi 20 ildən çoxdur davam edən bu qanlı münaqişənin tez bir zamanda həlli və Azərbaycan ərazilərinin işğaldan azad edilməsi üçün öz töhfəsini verəcək".

 

Demarkasiya üzrə komissiyanın Rusiya tərəfdən həmsədri Vadim Postnov isə prezidentlər arasında imzalanmış sərhəd haqqında sənədi xatırladaraq növbəti iş üçün geniş imkanların açıldığını söyləyib. O, prosesdə irəliləyişlərin əldə olduğunu əlavə edib: “Bu sərhədlər dostluq sərhədi olacaq bizim xalqları bir-birinə daha da yaxınlaşdıracaq. Bizim iqtisadi, insani və digər əlaqələrimiz qarşısında heç bir maneə yaratmayacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 448
avatar

Oxşar yazılar