AŞPA parlament seçkilərinə müşahidə missiyası göndərəcək - YENİLƏNİB
22 iyun 2015 15:35 (UTC +04:00)

AŞPA parlament seçkilərinə müşahidə missiyası göndərəcək - YENİLƏNİB

 

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Bürosunun Strasburqdakı iclasında Azərbaycanda bu il keçiriləcək parlament seçkiləri ilə bağlı assambleyanın müşahidə missiyasının yaradılması müzakirə olunub.

 

APA-nın Avropa bürosunun xəbərinə görə, toplantıda uzunmüddətli müşahidə missiyasının tərkibinin formalaşdırılması üçün alt komitə yaradılıb. Azərbaycana gələcək missiyanın tərkibini məhz bu komitə müəyyənləşdirəcək.   

**

15:09

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının ilk iş günündə qurumun sədri xanım Ann Brassör jurnalistlər üçün ənənəvi brifinqini keçirib.

 

APA-nın Avropa bürosunun xəbərinə görə, AŞPA sədri Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə əlaqədər Assambleyanın ölkəyə seçkiləri izləyəcək müşahidə missiyasının göndərməyi nəzərdə tutduğunu bildirib.

 

“Biz Azərbaycanda keçiriləcək parlament seçkilərini izləyəcək müşahidə missiyasının göndərilməsini nəzərdə tutmuşuq. Lakin müşahidə missiyasının bütün üzvlərinin ölkəyə girməsini istəyirik və bu haqda Azərbaycan tərəfinə öz fikrimizi bildirmişik. Bildiyiniz kimi, Fransanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Röne Ruke 2014-cü ildə qurumun Daimi Komitəsi və Bürosunun Bakıda keçirilmiş iclaslarında iştirak edə bilmədi. Bununla bağlı yekun mövqeyimizi Azərbaycan tərəfinin cavalarından asılı olaraq, avqustun 30-da  Parisdə keçiriləcək növbəti iclasımızda bildirəcəyik".

 

Qeyd edək ki, Fransanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Rene Ruke Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərinə rəsmi Bakının razılığı olmadan səfər etdiyi üçün onun adı qəbuledilməz şəxslər siyahısına daxil edilmişdi. Buna görə də Azərbaycanın Fransadakı səfirliyi ona viza verməkdən imtina etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 141
avatar

Oxşar yazılar