Komitə sədri: "Bunu heç bir dini cərəyan dəyişə bilməz"
22 yanvar 2015 16:42 (UTC +04:00)

Komitə sədri: "Bunu heç bir dini cərəyan dəyişə bilməz"

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Demokratiya Naminə Avropa Fondunun nümayəndələrini qəbul edib. Komitədən Lent.az-a verilən məlumata görə, qəbulda Fondun rəhbəri Roberta Bonazzi, əməkdaşları Tomasso Virgili və Demir Murat Seyrek iştirak edib. Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, fikir və təcrübə mübadiləsi baxımından bu cür görüşlərin keçirilməsi olduqca vacibdir. O, qeyd edib ki, dünyəvilik və tolerantlıq Azərbaycan xalqının təfəkkür tərzidir. Azərbaycanda bütün konfessiyalar dinc şəraitdə fəaliyyət göstərirlər. Bunu heç bir cərəyan, heç bir qüvvə dəyişə bilməz. Bizim bu təcrübə- multikultural və tolerant cəmiyyətimiz Avropada da təşviq edilə bilər. Mübariz Qurbanlı bildirib ki, ölkəmizdə dinə yüksək səviyyədə dövlət qayğısı var və bu qayğı bütün konfessiyaları əhatə edir.

Görüş zamanı müxtəlif məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Qarşılıqlı hörmət və səmimiyyət şəraitində keçən görüşün sonunda qonaqlar səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildiriblər.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 132

Oxşar yazılar