Gürcü nazir: "Azərbaycan prezidentinin ölkəmizə səfərini yüksək qiymətləndirirəm“
10 noyabr 2015 11:46 (UTC +04:00)

Gürcü nazir: "Azərbaycan prezidentinin ölkəmizə səfərini yüksək qiymətləndirirəm“

 

“Mən strateji tərəfdaş və qardaş ölkə olan Azərbaycanın dövlət başçısının Gürcüstana səfərinin nəticələrini yüksək qiymətləndirirəm”.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri Georgi Kvirikaşvili deyib. O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin Gürcüstana iki günlük rəsmi səfəri mehriban dostluq şəraitində keçib: “Görüşlərdə strateji  tərəfdaşlığımızın daha da  genişləndirilməsi məsələləri, münasibətlərimizin inkişafı ilə bağlı konkret təkliflər müzakirə olunub. Düşünürəm ki, bu cür səfərlər strateji tərəfdaşlığımızın, dostluq və qardaşlıq əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edir”.

 

Nazir onu da qeyd edib ki, Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü planlaşdırılır. Lakin o, görüşün konkret vaxtını açıqlamayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 159
avatar

Oxşar yazılar