“İrəli”dən yeni layihə: gənclərə idarəetmə öyrədilir
24 noyabr 2014 22:52 (UTC +04:00)

“İrəli”dən yeni layihə: gənclərə idarəetmə öyrədilir

 ““İrəli” İctimai Birliyi gənclərin fəaliyyətlərini stimullaşdıran, ölkə maraqlarını qoruyan və gənclər siyasətinin inkişafında yaxından iştirak edən təşkilatdır. Birlik üçün prioritet məsələ bu istiqamətdə fəaliyyət göstərən bütün dövlət qurumları, qeyri-hökumət və gənclər təşkilatları ilə əməkdaşlığı gücləndirməklə Azərbaycanın gənclər siyasətinə töhfə verməkdir”.

 

APA-nın xəbərinə görə, bunu “İrəli” İctimai Birliyinin “Şəxsi inkişaf akademiyası” layihəsinin açılış mərasimində birliyin sədri Mirhəsən Seyidov deyib.

 

 

M. Seyidov deyib ki, bu akademiya gənclərin idarəetmə bacarığının, intellektual və yaradıcılıq qabiliyyətinin artırılmasına təkan vermək üçün yaradılır: “Əsas məqsəd gənclərin idarəetmə üzrə nəzəri və praktiki biliklərini inkişaf etdirməkdir”.

 

 

Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev bu layihənin əhəmiyyətindən danışıb. Sektor müdiri “İrəli”nin yeni layihəsinin də uğurlu alınacağına əminliyini ifadə edib.

 

Tədbir çərçivəsində, həmçinin “İrəli” İctimai Birliyinin fəaliyyətinə aid təqdimat keçirilib.

 

 

Qeyd edək ki, “İrəli” bu layihəsi Azərbaycan Prezidenti yanında Gənclər Fondu ilə birgə reallaşdırılır.  Layihə 11 regionu və paytaxtdakı 10 ali təhsil müəssisəsini təmsil edəcək 40 gəncin iştirakı ilə icra olunacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 392
avatar

Oxşar yazılar