<b>Son döyüşlərdə itkin düşənlərlə bağlı təklif - <span style="color:red;">BQXK </b>
07 aprel 2016 12:29 (UTC +04:00)

Son döyüşlərdə itkin düşənlərlə bağlı təklif - BQXK

 

 

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) son günlər Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən gərginlik nəticəsində itkin düşmüş şəxslərlə bağlı tərəflərə öz neytral vasitəçi xidmətlərini təklif edib.

 

Bu barədə APA-ya BQXK-nin Bakı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

 

O qeyd edib ki, BQXK münaqişə tərəflərinə itkin düşmüş şəxslərin taleyini aydınlaşdırmaq üçün olan səylərinə öz aktiv dəstəyini təklif edib və müvafiq hakimiyyət orqanları ilə əlaqə saxlayır.

 

BQXK-nin itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması yönündə olan istənilən səyləri sırf humanitar məqsəd daşıyır və ancaq itkin düşmüş şəxslərin və onların ailələrinin naminədir.

 

Qeyd edək ki, aprel ayının əvvəllərində cəbhədə baş verən döyüşlərdə erməni tərəfi 25 nəfərin itkin düşdüyünü açıqlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 224
avatar

APA Baycan

Oxşar yazılar