<b>Sercio Mattarella Azərbaycana gəldi</b>
17 iyul 2018 22:44 (UTC +04:00)

Sercio Mattarella Azərbaycana gəldi

İtaliya Respublikasının prezidenti Sercio Mattarella iyulun 17-də Azərbaycana rəsmi səfərə gəlib.

 

APA-nın məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

İtaliya prezidenti Sercio Mattarellanı və qızı Laura Mattarellanı hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşılayıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 279
avatar

Oxşar yazılar