![[b]İlham Əliyev və Vladimir Putin Vyana görüşünü müzakirə ediblər[/b]](https://lent.az/storage/news/2019/april/02/big/fa236011d734b626b78963f41a803af9.jpg)
[b]İlham Əliyev və Vladimir Putin Vyana görüşünü müzakirə ediblər[/b]
Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub.
ONA-nın Moskva müxbirinin verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilib ki, Azərbaycan prezidenti İlham Əliyev telefon danışığı zamanı rusiyalı həmkarı Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyanla martın 29-da Vyanada baş tutan görüş barədə fikirlərini bölüşüb.
V. Putin Bakı ilə Yerevan arasında danışıqlar prosesinin aktivləşməsinin vacibliyini qeyd edib. O, Rusiyanın xüsusilə ATƏT-in Minsk qrupu formatı çərçivəsində Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli yollarının axtarıb tapılmasına bundan sonra da yardım etməyə hazır olduğunu söyləyib.
Dövlət başçıları gündəmdə duran ikitərəfli məsələlərin müzakirəsi zamanı müxtəlif sahələrdə qarşılıqlı sərfəli əməkdaşlığın genişləndirilməsindən məmnun olduqlarını bildiriblər.
Oxşar yazılar

İlham Əliyev sabah Paşinyanla görüşəcək
9 iyul 2025 , 12:13
Ərdoğan Rusiya və Azərbaycan arasındakı gərginlikdən DANIŞDI
5 iyul 2025 , 14:35
İrəvan qazılığını bərpa etdik, o torpaqlara da gedəcəyik - Allahşükür Paşazadə
5 iyul 2025 , 12:23
Ermənistanın Kəlbəcərdə dinc əhalini atəşə tutması ilə bağlı zərərçəkmişlər ifadə verdilər
4 iyul 2025 , 21:23
İlham Əliyev Xankəndidə Türkiyə prezidenti ilə görüşdü
4 iyul 2025 , 18:48
Müsavat Partiyasının Rusiya səfirliyi qarşısında piket keçirməsinə icazə verilmədi
4 iyul 2025 , 18:25
"Ən az maaşı polislər alır" - Aqil Abbas
4 iyul 2025 , 12:29