[b]Erməni deputatların Bakıdakı toplantıda iştirakı mümkündür -[/b] Milli Məclis
30 avqust 2017 16:32 (UTC +04:00)

[b]Erməni deputatların Bakıdakı toplantıda iştirakı mümkündür -[/b] Milli Məclis

""Avronest" Parlament Assamleyasının sentyabrın 22-də Bakıda keçiriləcək tədbirində Avropa Parlamentinin və "Avronest" Parlament  Assamleyasının üzv ölkələrinin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun  Parlamentlərarası İttifaqın təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edəcəklər. Üzv ölkə olaraq Ermənistandan olan deputatların da tədbirdə iştirakı mümkündür, amma gəlib-gəlməmələri özlərindən asılıdır. Müraciət edəcəklərsə, müraciətlərinə baxılacaq”.

 

Bunu APA-ya açıqlamasında Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu "Avronest" PA-nın Bakıda keçiriləcək tədbirində erməni deputatların da iştirak edəcəyi barədə məlumatları şərh edərkən deyib.

 

A. Təvəkküloğlu iclasın Bakıda Milli Məclisin “Avronest” PA-dakı nümayəndə heyətinin təşəbbüsü ilə keçiriləcəyini qeyd edib.

 

"3 və 5-ci Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində Şərq Tərəfdaşlığı Ölkələrində qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində parlamentlərin rolu” adlı toplantı Azərbaycan Milli Məclisi, "Avronest" PA-nın Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə Komitəsi, BMT-nin Bakı Ofisi və Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun birgə təşkilatçılığı ilə baş tutacaq", - deyə o bildirib.

 

Qeyd edək ki, erməni mətbuatı Ermənistanın “Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyanın Bakıda keçiriləcək iclasda iştirak edəcəyini yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 232
avatar

APA Baycan

Oxşar yazılar