[b]Elmar Məmmədyarov: “Ermənistan tərəfi vaxt istəyib”[/b]
24 iyul 2018 19:04 (UTC +04:00)

[b]Elmar Məmmədyarov: “Ermənistan tərəfi vaxt istəyib”[/b]

“Nazirlərin növbəti görüşü planlaşdırılır. Vaxt lazımdır  ki, həmsədrlər hər şeyi dərindən öyrənsin. Amma artıq razılığa gəlmişik ki, sentyabrda növbəti görüş olsun”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı ilə görüşdən sonra keçirilən brifinqdə deyib.

 

“Təklif var idi ki, BMT Baş Assambleyasının iclası çərçivəsində  ya da ondan əvvəl görüş olsun. Azərbaycan adından hazır olduğumuzu bildirdim və dedim ki, nəticəli danışıqlar olsun. O ki qaldı yüksək səviyyəli - baş nazir və prezidentin görüşünə, Ermənistan tərəfi vaxt istəyib”, - deyə o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 300
avatar

APA Baycan

Oxşar yazılar