![[b]“Rüşvətxorluğa, korrupsiyaya, bürokratiyaya qarşı çox ciddi mübarizə aparılır” - İlham Əliyev[/b]](https://lent.az/site/assets/images/breaking-news/lentaz.png)
[b]“Rüşvətxorluğa, korrupsiyaya, bürokratiyaya qarşı çox ciddi mübarizə aparılır” - İlham Əliyev[/b]
“Rüşvətxorluğa, korrupsiyaya, bürokratiyaya qarşı çox ciddi mübarizə aparılır”.
APA-nın xəbərinə görə, bunu prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışında deyib.
“Bu mübarizə, o cümlədən sistem xarakterli tədbirlər sahəsində aparılır. Deyə bilərəm ki, institusional tədbirlər ən səmərəli tədbirlərdir. Əlbəttə ki, cəza tədbirləri də tətbiq olunub, olunur, onların da əhəmiyyəti var. Ancaq institusional tədbirlər, rüşvətxorluq, korrupsiya üçün, necə deyərlər, meydançanın daralması istiqamətində atılan addımlar ən səmərəli addımlardır”, - deyə o vurğulayıb.
Prezident qeyd edib ki, son illər ərzində ictimai xidmətlər sahəsində inqilabi dönüş baş verib: “ASAN xidmət” mərkəzlərinin yaradılması bu sahədə inqilabi dönüş etdi. Son beş il ərzində bu mərkəzlərdə 20 milyona yaxın müraciət qəbul edilib və “ASAN xidmət” mərkəzlərini bəyənmə əmsalı 100 faizə yaxındır”.
Oxşar yazılar

İrandan Putinə ikiüzlülük İTTİHAMI
30 iyun 2025 , 19:59
Mossad İranın yüksək vəzifəli məmurlarını ələ saldı – Sizi izləyirik
30 iyun 2025 , 18:55
Ərdoğan Azərbaycana gələcək
30 iyun 2025 , 16:38
Fikrət Məmmədov “Şərəf” ordeni ilə təltif edilib
30 iyun 2025 , 14:10
Putinizm və Rus şovinizminin yeni üzü: İmperiyanın qara kölgəsi – Mahir Xəttab yazır
29 iyun 2025 , 19:51
“Qəhvəyi vəba” yenidən canlandı... indi Rusiyada: şovinizm dövlət normasına çevriləndə – BAXIŞ NÖQTƏSİ
29 iyun 2025 , 17:05
Özünüzü qoruyun: MOSSAD-dan iranlılara MESAJ
29 iyun 2025 , 14:28