Tramp Putinlə danışıqların nəticələrindən narazı qalıb:  ekspert inandırıcı arqumentlər  AÇIQLADI
19 mart 2025 19:46 (UTC +04:00)

Tramp Putinlə danışıqların nəticələrindən narazı qalıb: ekspert inandırıcı arqumentlər AÇIQLADI

Donald Tramp və Vladimir Putin arasında aparılan danışıqların nəticəsindən heç də ABŞ prezidentini qane edəcək bir şey kimi görünmür. 

Lent.az-ın məlumatına görə, hərbi icmalçı Denis Popoviç bu fikri “Radio NV”nin efirində bildirib.

"Kremlin bəyanatları ilk növbədə xronoloji olaraq gəldi. İkincisi, daha konkret idi. Danışıqlar başa çatdıqdan sonra Trampın danışıqların nəticələrindən razı qalmadığı aydın idi. Və bu, mətbuat konfransının olmamasından aydın görünürdü. Biz bilirik ki, Tramp jurnalistlərin yanına getməyi sevir. Amma bu dəfə belə bir ünsiyyət olmadı", - Popoviç bildirib.

O, həmçinin qeyd edib ki, dünənki danışıqların daha az aşkar, lakin son dərəcə parlaq nəticəsi ABŞ və Rusiya arasında hokkey oyununun keçirilməsinə dair razılaşma olub.

"Buna gülə bilərsiniz, dünən çox qara yumor olub. Amma idman Rusiyanın çox diqqət yetirdiyi bir şeydir. Biz Dünya Kubokunu, Soçi Olimpiadasını xatırlayırıq. İndi də hokkey oyunuu. Gülə bilərsiniz, amma konkret razılaşmalar əldə olunarsa, bu o demək olacaq ki, ən azı bu sahədə Rusiya blokadanı sındırıb”, - Popoviç əlavə edib.

Martın 18-də ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin arasında telefon danışığı olub, söhbətdə xüsusilə Ukraynadakı müharibə məsələsinə toxunulub. “The New York Times”ın jurnalistlərinin yazdığına görə, Putin Trampın cəbhədə tam hüquqlu atəşkəsə başlamaq təklifini rədd edib.

Bu arada Ağ ev ABŞ və Rusiyanın Səudiyyə Ərəbistanında danışıqların ikinci raundunu keçirəcəyini qeyd edib. Qeyd olunur ki, o, martın 23-də baş tutmalıdır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 538

Oxşar yazılar