Tanınmış analitik Kamala Harrisin qələbəsini “gördü”:  onun proqnozu səhv olmur 
09 sentyabr 2024 16:15 (UTC +04:00)

Tanınmış analitik Kamala Harrisin qələbəsini “gördü”: onun proqnozu səhv olmur 

Seçkilərin nəticəsini 10 dəfədən 9-da düz proqnozlaşdıran analitik Allan Lixtman Demokratlar Partiyasının namizədi Kamala Harrisin niyə qalib gəlməli olduğunu açıqlayıb.

Lent.az xarici mediaya istinadən bildirir ki, Lixtman, demək olar ki, bütün ABŞ prezident seçkilərinin nəticələrini proqnozlaşdırmaqla tanınır (10-dan 9-u). O, hətta Donald Trampın qalib gəldiyi 2016-cı ildə düzgün seçim edib, baxmayaraq ki, bu ssenarini çox az adam proqnozlaşdıra bilərdi.

Kimin ABŞ prezidenti ola biləcəyini müəyyən etmək üçün o, özünün “Ağ Evin 13 açarı” sistemindən istifadə edib. Bu, müəyyən bir namizədə uyğun gələn bir sıra meyarlardan ibarətdir. 13 bənddən 9-da Kamala Harris Trampdan daha yaxşı nəticə göstərib. Onun hakim partiyada rəqibi yoxdur, seçki kampaniyası zamanı iqtisadiyyat tənəzzülə uğramayıb, iqtisadiyyat artır, adambaşına düşən ümumi daxili məhsul 2023-cü ildə 2,1 faiz artıb.

Bundan əlavə, Demokratlar Partiyası mühüm yeni qanunlar qəbul edir və Kamalla Harris ölkənin perspektivlərini yaxşılaşdırmaq üçün ticarətə və digər aspektlərə geniş təsir göstərməyə davam edəcək.

Lixtmanın sözlərinə görə, Harris heç bir ciddi qalmaqalla tanınmır. Amma o, milli qəhrəman və ya xarizmatik xarakter deyil.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1992
avatar

Oxşar yazılar