Səttar Mehbalıyev istefa verdi
26 avqust 2024 12:13 (UTC +04:00)

Səttar Mehbalıyev istefa verdi

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) yeni sədri vəzifəsinə Sahib Məmmədov seçilib.

Lent.az xəbər verir ki, bununla bağlı məsələ AHİK-in avqustun 26-da keçirilən növbədənkənar VII qurultayının gündəliyinə daxil edilib. 

Səttar Suliddin oğlu Möhbalıyevin sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı vaxt çatışmazlığı səbəbindən AHİK-in sədri vəzifəsindən istefası məsələsi qəbul edilib və qurultay iştirakçıları bu vəzifəyə Sahib Əli oğlu Məmmədovun namizədliyinə yekdilliklə səs veriblər.

Qeyd edək ki, Sahib Əli oğlu Məmmədov 1978-ci ildə anadan olub və Kiyev Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirib. 2014-cü ildən İqtisadiyyat Nazirliyində çalışan Sahib Məmmədov Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib. "Dövlət qulluğunda fərqlənməyə görə" və "Tərəqqi" medalları ilə təltif olunub.

Ailəlidir, 2 övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5406
avatar

Oxşar yazılar