Seçki qutusuna bülletenlərin topa şəklində atılması videosu saxtadır - BİRGƏ AÇIQLAMA
07 fevral 2024 15:08 (UTC +04:00)

Seçki qutusuna bülletenlərin topa şəklində atılması videosu saxtadır - BİRGƏ AÇIQLAMA

Bu gün bir sıra sosial media platformalarında 44 saylı Sumqayıt üçüncü Seçki Dairəsinin 21 saylı məntəqəsində növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı seçki qutusuna bülletenlərin topa şəklində atılmasını əks etdirən video yayılıb.

Lent.az xəbər verir ki, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin birgə açıqlamasında bildirilir ki, qeyd olunan video manipulyasiya məqsədi ilə hazırlanıb və heç bir reallığı əks etdirməyən saxta məlumatdır.

“Araşdırmalar zamanı bu videonun 2019-cu il sentyabrın 8-də başqa bir ölkədə çəkildiyi müəyyən edilmişdir.

Son illər bütün dünyada yeni təhdid növü kimi qiymətləndirilən saxta xəbərlərə qarşı respublikamızda da müvafiq qurumlar tərəfindən mübarizə və geniş maarifləndirmə işləri aparılır.

Azərbaycan vətəndaşlarını, o cümlədən media nümayəndələrini və ictimai fəalları bu kimi hallara qarşı hər zaman prinsipiallıq nümayiş etdirməyə, saxta və yalan məlumatlara söykənən kampaniyaların təsirinə düşməmək üçün sayıq olmağa çağırırıq.

Qeyd olunan saxta hesabların mənbəyi barədə müvafiq tədbirlərin görülməsi təmin edilməkdədir”, - qeyd olunub.

# 3879
avatar

Arzu Qurbanlı

Oxşar yazılar