Hikmət Babaoğlu
17 yanvar 2021 17:03 (UTC +04:00)

Hikmət Babaoğlu

Qələbə Yolu ...Hannibal andı və Şuşa ...!

Dünyada yollar çoxdur.....və yol nəqliyyat vasitələrini bir məntəqədən digərinə çatdıran xüsusi şəbəkədir .Ancaq mən bu gün tamamilə fərqli bir yoldan danışacağım üçün bir qədər tarixə ekskursiya etmək istəyirəm . Yollardan əvvəl , izlər ,  çəhlimlər , cığırlar , yolaklar var idi .On görə də biz hələ bu gün də bəzən yol sözünü onun arxaik formaları ilə birlikdə işlədirik .Məsələn yol-iz , yol-yolak və . s Ancaq müasir mənada xüsusi inşa edilmiş yola tarixdə ilk dəfə Şümerin Ur şəhərində rast gəlinir . Eramızdan 6 min il əvvəl şumerlər Ur şəhərində daşdan döşənmiş yollar inşa edib və düz elə bu günki təyinatı üzrə də istifadə etmişlər. Elə yol yaradıldığı gündən də ondan istifadə qaydaları müəyyənləşdirilib daha dəqiq  desək müəyyənləşib . Çünki insanlar yolla hərəkət edərkən silahı sağ əllərilə tutduqları üçün yolun soluna sığınır və oradan o yana yol olmadığı üçün sol tərəflərini təhlükəsiz hesab edirdilər. Yolla qarşıdan gələn təhlükəni isə sağ əllərində tutduqları silahla zərərsizləşdirdilər. Bu əslində təbii şərtlərin diktə etdiyi ilk yol hərəkəti qaydası da sayıla bilər. Bir qədər sonra insanlar təkəri və dolayısıyla arabanı kəşf etmiş oldular . Elə arabayla hərəktdə də eyni qaydaya riayət edirdilər .Qədim türklərdə arabadan istifadənin daha doğrusu onu idarə etmənin iki forması var idi. Xorasan və Türküstan üsulu .Xorasan üsulu ilə arabada xüsusi oturacaq düzəldilir , arabaçı həmin oturacaqda oturur və uzun cilov vasitəsilə arabanı çəkən atları idarə edirdilər .Bu elitar üsul hesab edilirdi .Türküstan üsulu isə arabaya qoşulmuş ən solda olan atın yehərinə oturmaqla yüyən vasitəsilə onu idarə edirdi . Bu daha çevik və dəqiq idarəetmə forması idi. Çünki atı birbaşa üstündə oturaraq idarə etmək daha asan idi .Bu qayda romalılarda da eyni idi . Katolik kilsəsi ucsuz –bucaqsız Roma torpaqlarından Vatikana gələn zəvvarları məhz bu istifadə qaydası ilə qəbul edirdi. Ancaq 17-ci əsrin sonlarında dinə qarşı olan islahatçılar  fransızlar başda olmaqla dindarların acığına  yolun sağı ilə hərəkət etməklə zəvvarlara qarşı bir kompaniya başlatdılar . Bir qədər sonra isə Napoleon solaxay olduğu üçün bu qaydanı mənimsəyərək bütün Fransada və işğal etdiyi torpaqlarda qanuni elan etdi və beləliklə də sağ tərəfdən hərəkət etmək qaydası yarandı .Qısa müddət sonra avtomobil sənayesinin inkişafı ilə bu üsul bütün dünyaya yayıldı .Ancaq ingilislər katoliklərdən uzaq anqlokan olduqları üçün bu qarşıdurmadan da uzaqda qalmağı bacardılar və elə bu gün də sol tərflə hərəkət etməklə yolun sağ tərəfini boş buraxırlar .

İndi isə mən sağ ya da sol hərəkət qaydasından asılı olamyan tamamilə başqa bir yoldan danışacam . Bu yol Azərbaycanın müzəffər ali baş komandanının Azərbaycan xalqına yanvar ayının 14 – də tanıtdığı Qələbə yoludur . Bu yol xalqımız üçün bütün yollardan müqəddəs , bütün yollardan gözəl , bütün növ yol hərəkət qaydalarının fövqündə olan bir yoldur .Çünki bu yol bizi Şuşaya aparan , arzularımıza , xəyallarımıza milli hədəflərimizə qovuşduran yoldur .Çünki bu yol Azərbaycan bayrağını milli ruhumuzun sevdası olan Şuşamıza sancmaq üçün rəşadətli azərbaycan əsgərinin canı-qanı hesabına açdığı yoldur !

Şimali Afrikada , təqribən indiki Tunis ərazisində qədim Karfagen dövləti var idi .Ancaq miladdan öncə 3-cü yüzillikdə yüksələn Roma bu dövləti təhdid edirdi . Ona görə də atası hələ 7 yaşı olanda Hannibalı məbədə apararaq Romalılara qarşı daima mübarizə aparacağına and içdirmişdi .Doğurdan da Hannibal ömrü boyu bu andına sadiq qaldı , vətənini qəhrəmanlıqla müdafiə etdi. Dəfələrlə romalıları məğlubiyyətə uğradı .Ona görə də onun andı tarixə Hannibal andı , yəni sədaqət , şücaət, rəşadət andı kimi düşdü. Ancaq bir məslə var ki , o bizim Qələbə Yolumuzla səsləşdiyi üçün həmin hadisəni qısaca nəql etmək istəyirəm .Hannibal Roamlıları qəfil yaxalamaq üçün Aralıq dənizini keçərək Alp dağlarına çatır . Mövcud yollarla Romaya getsə düşmənin onu qabaqlayacağını bildiyi üçün çətin bir qərar qəbul edir . Qoşunlarına Alp Dağlarını aşaraq Romaya enməyi əmr edir. Sərkərdələri ona deyirlər ki , Alp Dağlarından Romaya getmək üçün yol yoxdur . Bax onda Hannibal tarixi bir cümlə qurur . Yol yoxdursa onu salmaq lazımdır !Doğurdan da olduqca çətin şərtlərdə Alp Dağlarını aşaraq Romaya enir .Birdən-birə Hannibalı Roma yaxınlığında görən romalılar gözlərinə inana bilmirlər . Azərbaycanın Ali Baş Komandanı da Şuşanı azad etmək üçün bənzər qərar qəbul etdi , yol olmayan yerdən yol saldı , düşmənlər bizi başqa istiqamətdən gözlədikləri halda birdən-birə Şuşanın ətəklərində görərək artıq uduzacaqlarını yəqin etdilər və belə də oldu . Azərbaycan Prezidenti dahi hərbi strateq kimi öz planı və əsgərlərinin rəşadəti və cəsarəti sayəsində düşməni məğlub edib Şuşanı işğaldan qurtardı . Beləliklə Prezident kimi hakimiyyətə gəldiyi ilk gündən ərazi bütövlüyümüzü bərpa edəcəyi ilə bağlı öz xalqına verdiyi sözü yerinə gətirdi .Bütün bunlar haqqında  isə yanvar ayının 14-də  açdığı tarixi Qələbə yolu ilə Şuşaya səfər edərkən öz xalqına məlumat verdi . Biz də şanlı zəfər tariximizin ən mühüm bir səhifəsi haqqında da məlumat əldə etmiş olduq .Bu əslində həm də bir liderin öz xalqı qarşısında şərəfli hesabatı idi! Bu gün Qələbə yolu həm də bizim birlik , bərabərlik , qardaşlıq və bundan doğan Dəmir Yumruq yolumuzdur. Qarabağ Azərbaycandır !!!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2541
avatar

Hikmət Babaoğlu

Oxşar yazılar